Azərbaycan Respublikası ilə münasibətlər. Azərbaycan və
Türkiyə Respublikaları arasında münasibətlərin əhatəli, qarşılıqlı
əməkdaşlıq və dostluq zəminində olmasına bir sıra amillər təsir
göstərmişdir. Əvvəla, hər iki ölkənin əhalisi tarixi köklərlə bir-birilə
sıx bağlıdır. İkincisi, həri iki ölkə arasında əlverişli nəqliyyat sistemi
mövcuddur. Üçüncüsü, hər iki ölkənin iqtisadiyyatının inkişafına
səbəb olan təbii ehtiyat potensialının zənginliyi və s.
Göstərilən bu və digər amillər Türkiyə–Azərbaycan
münasibətlərinin 1992-ci ildən sonra tamamilə yeni məcrada qurul-
masına imkan yaratmışdır. Hər iki ölkə arasında çoxşaxəli diplo-
matik, iqtisadi, mədəni əlaqələr mövcuddur. Azərbaycanda
Türkiyənin iş adamları üçün geniş istehlak bazarı olduğu kimi,
Türkiyədə də azərbaycanlı mütəxəssislərin fəaliyyəti üçün şərait
yaradılmışdır.
Türkiyə və Azərbaycan arasında ticarət əlaqələri ildən-ilə
genişlənir. Təsadüfi deyildir ki, Azərbaycanın Asiya ölkələri ilə idx-
alatının təqribən 45 faizi, ixracatının isə 38 faizi Türkiyənin payına
düşür. Türkiyədən respublikamıza elektrotexnika avadanlığı, kimya,
neft-kimya, yüngül, maşınqayırma və metal emalı sənaye məhsulları,
meşə materialları və s. ixrac edilir. Nəqliyyat, energetika sahəsində
əməkdaşlıq mövcuddur. Bakı-Tiflis-Ceyhan neft kəməri, Bakı-Tiflis-
Ərzurum qaz kəməri, tarixi «İpək yolu»nun bərpası, Bakı-Sədərək-
Dilucu-İqdır, avtomobil yolları, Bakı-Tiflis-Qars dəmir yolu hər iki
ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
2007-ci il noyabrın 6-8 tarixində Türkiyə Respublikası
prezidenti Abdullah Gülün Bakıda rəsmi səfərdə olması, bir sıra
mühüm görüşlərlə yanaşı Azərbaycan-Türkiyə biznes Forumunda
çıxış etməsi hər iki ölkə arasında münasibətlərin dərin olmasını bir
daha sübut etdi.
Bakıda keçirilən Türk Dövlət və Cəmiyyətlərinin XI dostluq,
qardaşlıq və əməkdaşlıq qurultayında (2007-ci il, 17-19 noyabr) isə
Türkiyə Respublikasının Baş naziri Ərdoğan, sabiq prezident Süley-
man Dəmirəl iştirak etmişlər.