Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Səth quruluşu və faydalı qazıntıları



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə172/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   168   169   170   171   172   173   174   175   ...   229
Səth quruluşu və faydalı qazıntıları. Türkiyə dağlıq ölkədir. 
Ölkənin dəniz səviyyəsindən orta yüksəkliyi 1132 metrdir. Tür-
kiyənin Asiya hissəsinin qərbində Kiçik Asiya yaylası (orta hündür-
lüyü 1000 metr) yerləşir. Onun daxili hissəsi qədim tektonik nüvə - 
Anadolu yaylasıdır. 
Yaylanın səthi hamar deyil, burada dərələrlə parçalanmış 
yüksək dağ silsilələri, geniş quru düzənliklər vardır. Anadolu yaylası 
oroqrafik cəhətdən üç rayona bölünür: Qərbi, Daxili və  Şərqi 
Anadolu. 
Qərbi Anadolu oroqrafik rayonu Egey və Mərmərə dənizlərinin 
sahillərini  əhatə edir. Sahildən hərəkət edərkən alçaq sıra dağların, 
dərin enli çay vadiləri ilə  əvəz olunduğu aydın görünür. Buradakı 
dağlar orta yüksəkliyə malikdir (Uludağ – 2543 m). Türkiyənin ucqar 
şimal-qərbi, yəni Şərqi Frakiya dərə-təpəli düzənlik olduğundan kənd 
təsərrüfatı üçün əlverişlidir. Düzənlik şimal-şərq və şimaldan çox da 
yüksək olmayan dağlarla əhatələnir. 
Daxili Anadolu oroqrafik rayonu Anadolu yaylasının çox 
yüksək hissəsidir. Burada bir neçə axarsız hövzə vardır ki, bunların 
da bir-birindən dağ tirələri ayırır. Hündürlüyü 850 m olan dağ 
tirəsində ölkənin paytaxtı Ankara şəhəri yerləşir. Yaylanın 
cənubunda sönmüş vulkanlar yüksəlir. Bunlardan ən hündürü Kayseri 
şəhərindən cənubda yerləşmiş Erdjieş dağıdır (3917 m).  
Şərqi Anadolu oroqrafik rayonu şimalda Pont, cənubda  Şərqi 
Tavr arasında  İranla sərhəd yaxınlığından Böyük Ağrıdağ (Böyük 
Ararat) sönmüş vulkanı ucalır. Türkiyənin  ən yüksək nöqtəsi (5137 
m) buradadır. Türkiyənin Asiya hissəsi  şimalda və  cənubda dağ 
sistemləri ilə əhatə olunmuşdur. 
 Şimali Anadolu (Pont) Qara dəniz sahillərinə paralel 100 km 
məsafədə uzanır. Bu dağlarda orta yüksəklik 1500 m-dir. Pont dağ 
silsiləsinin  şərqində yüksəklik (Kackar – 3932 m) qərbinə nisbətən 
çoxdur (Yaralıgöz – 2019 m). 
 Türkiyənin cənubunda Aralıq dənizi boyu və ondan şərqə 
Türkiyə-İran sərhədinədək digər mürəkkəb dağ sistemi Tavr (Toro-


 
233 
slar) uzanır. Dağ sistemləri çox parçalandığından o, Qərbi (Liki), 
Mərkəzi (Kili) və Şərqi Tavrlara bölünür. 
 Qərbi Tavr dağ sistemi Antalya körfəzi və Antalya düzənliyini 
əhatə edir. Yüksək dağ qurşağı (Ağ dağ – 3014 m, Elmalı – 2490 m) 
dərin vadilərlə ayrılmış və dərələrlə parçalanmışdır. 
Mərkəzi Tavrlar daha yüksək olması ilə seçilir. Bir çox 
yüksəkliklərdə hündürlük 3000 m artıqdır (Medetsiz – 3525 m, Ay-
dos – 3480 m). Kili yarımadasının cənub hissəsində dağ sistemi Ar-
alıq dənizi sahillərinə  qədər enir. Sahildəki Analya, Anamur, 
Manavqat, Silifke rayonlarında allüvial düzənliklər var. 
Mərkəzi Tavrların  şimal-şərq davamı Antitavr silsiləsidir. Bu 
silsilə  tədricən alçalaraq Uzunyayla platosu ilə qovuşur. Mərkəzi 
Tavrları  məşhur aşırım Kiri Darvazası  kəsir. Buradan Kiçik Asiya 
mədəniyyətini Şərq ölkələrinə yayan qədim yollar keçmişdir. Hazırda 
aşırımdan dəmir və şosse yolu çəkilmişdir. 
Şərqi Tavr Murat çayı  və Van gölündən cənuba ölkənin  şərq 
sərhədinədək uzanır.  Şərq hissəsi (Xakyari) çox yüksəkdir, bəzi 
dağların zirvələri daim qarla örtülü olur və 4000 metrdən artıq yüksəlir 
(Buzul, 4116 m) Şərqi Tavrdan cənubda geniş çökəklik (Diyarbakır) 
yerləşir. Çökəklik cənuba getdikcə tədricən alçalır. 
Türkiyədə müxtəlif filiz, dağ-kimya, yanacaq-energetika xam-
malı ehtiyatları aşkar olunsa da, onların sənaye ehtiyatı azdır. Toros-
dakı xromit filizi yataqları ölkənin mühüm təbii sərvətidir, ehtiyatına 
görə Türkiyə dünyada qabaqcıl yerlərdən birini tutur. Torosdakı 
xromit filizi yataqları ölkənin mühüm təbii sərvətidir, ehtiyatına görə 
dünyada qabaqcıl yerlərdən birini tutur (ümumdünya ehtiyatının 8 
faiz). Daş və boz kömür, dəmir, mis (4 faiz), volfram (7 faiz), uran (5 
faiz), molibden və manqan filizləri, boksit, civə, sürmə (25 faiz) 
yataqları da aşkar edilmişdir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   168   169   170   171   172   173   174   175   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin