223
dinidir. Yaşlı əhalinin 80 faizi savadlıdır. İbtidai təhsil məcburidir.
Hər 15 şagirdə 1 müəllim düşür, bu isə dünyada ən yüksək
göstəricidir. Bununla belə təhsilin bütün səviyyələrində əvvəllər
olduğu kimi dini tərkib tutarlıdır. Oğlan və qızlar
üçün təlim
ayrıcadır. Ölkədə yeddi dövlət Universiteti fəaliyyətdədir. Pedoqoji
heyət əsasən xaricilərdən ibarətdir. Dövlət təhsil müəssisələri ilə
yanaşı 21 kişi və 12 qadın özəl institutu da vardır.
Ölkədə orta ömür müddəti 73 ildir. Kişilər üçün 71, qadınlar
üçün isə 75 ildir. Tibbi yardım ölkənin vətəndaşlarına olduğu kimi,
əcnəbilərə də göstərilir. Hər min nəfər əhaliyə 3,2
xəstəxana
çarpayısı düşür, xəstəxanalar ən müasir tibbi avadanlıqlarla təchiz
olunmuşlar.
Səudiyyə Ərəbistanının yerli sakinləri rəmzi mənada vergi
ödəsələr də eyni zamanda çox sayda maddi yardım alırlar. Təhsil və
tibbi xidmət pulsuzdur. Şagird
dərslikləri, dəftərləri, geyim for-
malarını və yeməyi pulsuz alır. Peşə təlim məktəblərində oxuyanların
aylıq stipendiyası 500 ABŞ dollarıdır. Xarici ölkələrdə təhsil alan
tələbələrin stipendiyası öz ölkəsində oxuyanlar üçün olduğundan 3
dəfə çoxdur. Ali və orta təhsil müəssisələrinin
bütün müdavimləri
üçün işədüzəlmə qanunvericiliklə təsbit olunmuşdur.
Məktəbəqədərki uşaq baxçaları, doğum evləri, sanatoriyalar
dövlətin dotasiyası hesabına fəaliyyət göstərirlər. Doğum, toy və
ölüm hallarında da müavinət verilir. Az gəlirli ailələrə yaşayış evi
pulsuz verilir.
Ölkə əhalisi ərazi üzrə çox qeyri-bərabər yayılmışdır. Orta
sıxlıq hər kv. km-ə 10 nəfərdən bir qədər artıqdır. Qırmızı dəniz və
İran
körfəzi sahilləri, həmçinin paytaxt bölgəsində əhali sıxdır. Ölkə
ərazisini təqribən 60 faizi oturaq əhalidən məhrumdur. Belə bölgələrdə
isə hətta köçərilərin belə ayağı dəymədiyi sahələr vardır.
İşlə məşğul olan əhalinin 90 faizi dövlət sektorunda çalışır,
əhalinin sürətli artımı şəraitində iş yerləri ilə təminat zəruri
olduğundan əcnəbi işçi qüvvəsinin öz sakinləri ilə əvəzlənməsi proq-
ramı həyata keçirilir.
Səudiyyə Ərəbistanı şəhər əhalisinin sayı sürətlə artan
ölkələrdən biridir. Oturaq həyata keçməyə başlamış bədəvilər və
digər peşə sahibləri daha əlverişli iş axtarmaq məqsədi ilə şəhərlərə
miqrasiya edir. Hazırda əhalinin 80 faizə yaxını şəhərlərdə yaşayır.
Ölkənin ən
mühüm şəhərləri Ər-Riyad, Ciddə, Məkkə, Mədinə, Ət-
224
Taif, Dəhran, Dəmman, Xüfuf, Bureydə və başqalarıdır.
Dostları ilə paylaş: