Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Azərbaycan Respublikası ilə münasibətləri



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə164/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   160   161   162   163   164   165   166   167   ...   229
Azərbaycan Respublikası ilə münasibətləri. Ərəb dünyasının 


 
221 
və müsəlman aləminin  ən nüfuzlu dövlətlərindən biri də  Səudiyyə 
Ərəbistanı məlikliyidir. Təsadüfü deyildir ki, prezident Heydər Əliyev 
müsəlman dövlətləri arasında üçüncü (Türkiyə və İrandan sonra), ərəb 
dövlətləri arasında isə birinci səfərini Səudiyyə Ərəbistanı məlikliyinə 
etmişdir. 1994-cü ilin aprelində Azərbaycan Respublikası sabiq Sovet 
İttifaqının müstəqillik qazanmış müsəlman dövlətləri arasında birinci 
olaraq Səudiyyə Ərəbistanı məlikliyində öz səfirliyini açmışdır. 
Bu vaxta qədər isə  Səudiyyə  Ərəbistanı ilə Azərbaycan 
Respublikası arasında, demək olar ki, heç bir əlaqə olmamışdır. 
Prezident Heydər  Əliyev ilk dəfə bu ölkəyə 1994-cü ilin aprelində 
səfər etmişdir. 1994-2004-cü illər ərzində müxtəlif sahələrdə çoxsaylı 
səfər mübadilələri edilmişdir. Səudiyyə  Ərəbistanı  tərəfindən 
dövlətin rəsmi  şəxsləri, eyni zamanda iri şirkət rəhbərləri və  iş 
adamlarından ibarət nümayəndə heyətləri Azərbaycanda səfərdə 
olmuşlar. 
Səudiyyə Ərəbistanı Ermənistanın təcavüzü ilə əlaqədar bütün 
beynəlxalq və regional təşkilatlarda Azərbaycanın mövqeyini daim 
dəstəkləyir.  İki ölkənin səhiyyə nazirliklərinin hazırladıqları birgə 
proqrama  əsasən bir qrup azərbaycanlı  həkim Səudiyyə 
Ərəbistanında öz ixtisası üzrə fəaliyyət göstərmişlər. 
1999-cu ilin iyununda Azərbaycanda Səudiyyə  Ərəbistanının 
səfirliyi fəaliyyətə başlamışdır. Məlikliyin rəhbərləri 2002-ci il 
avqustun 11-də qondarma «Dağlıq Qarabağ Respublikası»nda 
keçirilmiş «prezident seçkilərini» pisləmiş  və Azərbaycanın  ərazi 
bütövlüyünü dəstəklədiyini bir daha bəyan etmişdir. Rəsmi Ər-Riyad 
dəfələrlə bildirmişdir ki, Dağlıq Qarabağ münaqişəsi həll 
olunmayınca, Ermənistan Respublikası ilə heç bir siyasi, iqtisadi və 
mədəni əlaqələr qurulmayacaqdır. 
Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə 
Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı məlikliyi 
arasında iqtisadiyyat, ticarət, investisiya, texniki, mədəniyyət, idman 
və  gənclik sahələrində  əməkdaşlıq üzrə Müştərək Komissiyanın 
Azərbaycan Respublikası tərəfindən tərkibi təsdiq edilmişdir. 
Azərbaycan Respublikası – Səudiyyə  Ərəbistanı  məlikliyi 
Müştərək Komissiyasının birinci iclası 2001-ci ilin fevralında Bakıda 
keçirilmişdir. Müştərək Komissiyanın işinin sonunda iki ölkə 
arasında protokol imzalanmışdır. 
2002-ci ilin dekabrın 28-də  Səudiyyə  İnkişaf fondu Bakı 
 
222
şəhərində orta məktəb binalarının tikilməsi layihələrini həyata 
keçirmək məqsədi ilə Azərbaycan Respublikası hökumətinə 35,7 
mln. rial həcmində kredit ayrılması barədə  qərar qəbul etmişdir. 
2004-cü ilin fevralın 14-15-də  Ər-Riyadda Səudiyyə  Ərəbistanı-
Azərbaycan Respublikası Hökumətlərarası Müştərək Komissiyasının 
ikinci iclası keçirilmiş  və iclasın sonunda müvafiq protokol 
imzalanmışdır. 
2005-ci ilin yayında Azərbaycan Respublikasının xarici işlər 
naziri Səudiyyə  Ərəbistanı  məlikliyində  rəsmi səfərdə olmuşdur. 
2007-ci ilin avqust ayında Səudiyyə Ərəbistanı məlikliyinin rəsmiləri 
respublikamızda olmuşlar. (hər iki ölkə arasında münasibətlərin daha 
da inkişaf etdirilməsi qərara alınmışdır. Səudiyyə  Ərəbistanında 
çalışan azərbaycanlı mütəxəssiələrin sayı ildən-ilə artır. 2007-ci ilin 
ortalarına olan məlumata görə  Səudiyyə  Ərəbistanında 232 
azərbaycanlı həkim çalışır. Ailəsi ilə birlikdə bunların sayı 800 nəfərə 
çatır.) Bu səfərlər çərçivəsində ölkə  rəsmləri ilə ikitərəfli və 
çoxtərəfli münasibətlərin mövcud vəziyyəti, perspektivləri müzakirə 
olunmuşdur. 
Səfərlər zamanı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 
ilə  Səudiyyə  Ərəbistanı  məlikliyi Xarici İşlər Nazirliyi arasında 
ikitərəfli siyasi məsləhətləşmələr haqqında «Anlaşma 
Memorandumu» imzalanmışdır. 
  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin