215
malaşmasında küləklər mühüm rol oynayır. Ölkənin şərq hissəsində
şimal və şimal-qərb küləkləri hökm sürür (ərəblər bu küləkləri «şe-
mal» adlandırırlar). Bu küləklər qış aylarında
temperaturun kəskin
surətdə aşağı düşməsinə səbəb olur və Hind okeanından əsən ilıq
hava axınını dağıdır. İnsan orqanizminə daha çox zərər vuran isti
Şərq küləyini ərəblər «səmum» adlandırırlar. Bu söz «zəhərli»,
«zərərli» mənalarını bildirir.
Hind okeanının musson küləkləri ölkəyə yağış gətirir. Bu
yağışlar subtropik zonalarda olduğu kimi adətən güclü, qısamüddətli
olduğundan təsərrüfata, evlərə böyük ziyan vurur. Mərkəzi
Ərəbistanda və Nəcddə yağışlar yay və qış aylarında,
Hicazda isə
qışın və yazın əvvəllərində yağır. Ölkənin şərq hissəsində yağışlar
adətən noyabr, dekabr aylarında başlayıb may ayında qurtarır. Ən
yağışlı yer Asir adlanan cənub-qərb rayonudur.
Burada il ərzində sahilə 200 mm, dağlara 600 mm-ə qədər ya-
ğıntı düşür. Mərkəzi rayonlarda və Nəcddə il ərzində yağıntı 100
mm-ə yaxın, Hicaz dağlarında bundan bir yarım, iki dəfə çox olur.
Ölkənin şərq hissəsində (Dəhran rayonu) yağıntının orta illik miqdarı
75 mm-dir, lakin bəzən bu 175 mm-ə qədər artır, ya da 25 mm-ə
qədər enir.
Ərəbistan yarımadası platforıması şərqə tərəf getdikcə
alçaqlaşdığından qərb rayonlarında yağan yağışlar suyadavamlı
təbəqələrə qədər süzülüb keçir və şərq rayonlarının yeraltı
rezervuarlarında yığılıb qalır. İran körfəzi
rayonunda quyu qazmaqla
təmiz şirin suyun asanlıqla əldə edilməsi bununla bağlıdır. Əl-Həsa
və Əd-Katif oazislərində əsrlərdən bəri ərəblər quyunu əl ilə qazıb su
çıxarırlar. İran körfəzi rayonu sahillərində, hətta körfəzin dibində
belə şirin su fəvvarələri aşkar edilmişdir.
Bu səbəbdən də sahil
rayonunun şirin su ilə təchiz olunması, yarımadanın başqa hissələrinə
nisbətən qat-qat yaxşıdır.
Qərbdə, dəniz səviyyəsindən 200-400 m hündürlükdə olan
Dəhnə qumluqlarında isə su azdır. Burada yağış suyunu kiçik
hovuzlara yığır, əl ilə 70 m, bəzən daha dərin quyular qazırlar.
Kifayət qədər yaxşı içməli su əldə etmək üçün qazma üsulu ilə 160-
230 m dərinliyə qədər quyu qazmaq və güclü
nasoslardan istifadə
etmək lazım gəlir. Bir çox yerlərdə su şor çıxır və içmək üçün yararlı
olmur.
Səudiyyə Ərəbistanında daimi axara malik çaylar, eləcə də
216
şirin sulu göllər yoxdur. Buna baxmayaraq çox yağıntılı illərdə su
nəinki çayların quru yatağını (vadini) doldurur,
hətta müvəqqəti
axınlar və göllər yaradır. Bu cür göllərin suyu çirkli və duzlu
olduğundan ondan məişətdə istifadə olunmur. Qalın qum qatından
keçərək yaxşıca süzülən və keyfiyyətinə görə bulaq suyundan
seçilməyən yeraltı suların əhəmiyyəti böyüyür.
Dostları ilə paylaş: