209
bölmə: dövlət, kooperativ və kiçik kəndli təsərrüfatları fəaliyyət
göstərir. 1958-ci ildə icarə münasibətləri və aqrar islahatlar haqqındı
ilk qanun qəbul olunur. 1963 və 1970-ci
ildə aqrar islahat
qanunlarına mühüm əlavələr edildikdən sonra torpaq sahibkarlarının
mülkiyyəti bir qədər məhdudlaşdırılmışdır.
Aqrar islahatlardan sonra dövlətdən torpaq almış kəndlilər
arasında kooperativ hərəkat genişlənməyə başlayır. Hazırda Suriyada
1,8 mln. hektar sahəsi olan 4500-dən artıq kooperativ təsərrüfat var.
Ölkə kənd təsərrüfat məhsulları istehsalının 45
faizi bu
kooperativlərin payına düşür.
Ümumi sahəsi 18,4 mln. hektar olan Suriya torpaqlarının 8,7
mln.-u kənd təsərrüfatı üçün əlverişlidir, bunun isə təqribən 6,0 mln.
hektarından istifadə olunur. Fərat vadisində və oazislərdə suvarılan
əkinçilik üstünlük təşkil edir. Becərilən torpaqlarda əsasən dənli
(buğda, arpa, qarğıdalı), texniki (pambıq, tütün, şəkər çuğunduru)
bitkilər yetişdirilir. Suriyada
bostan və tərəvəz bitkiləri, üzüm və
meyvə bağları da geniş ərazi tutur. Kənd təsərrüfatı məhsuldarlığının
qeyri-sabit və aşağı səviyyədə olması onun texniki-iqtisadi geriliyi ilə
bağlıdır. Suriyada əl əməyindən və qoşqu heyvanlarının
gücündən hələ
çox istifadə olunur. Yem çatışmazlığı üzündən heyvandarlıq lazımi
səviyyədə inkişaf edə bilməmişdir. Ölkədə ət, yağ, yun, dəri və bağır-
sağa (kolbasa istehsalı üçün) olan tələbatın
müəyyən hissəsi yerli im-
kanlar hesabına ödənilir.
Əsasən ekstensiv istiqamətdə (yəni kəmiyyətə üstünlük
verməklə inkişaf edən) heyvandarlığın məhsuldarlıq
səviyyəsi
aşağıdır. Baytarlıq mədəniyyətinin zəif inkişafı, otlaqların çatış-
mazlığı, müharibələr və başqa səbəblər üzündən son illərdə ev hey-
vanlarının sayı bir qədər azalmış, təbii artım isə çox zəif olmuşdur.
Suriya hökuməti heyvandarlıqdakı geriliyi aradan qaldırmaq
üçün
nümunəvi fermalar, elmi-tədqiqat mərkəzləri yaratmışdır.
Ölkədə əhalinin ət məhsullarına olan tələbatını ödəmək üçün böyük
şəhərlərin ətrafında broyler təsərrüfatları yaradılır. Suriyanın
sahil
sularında balıq ovu inkişaf etdirilir (ildə orta hesabla 12-13 min ton
balıq ovlanır).
Dostları ilə paylaş: