Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Səth quruluşu və faydalı qazıntıları



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə159/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   155   156   157   158   159   160   161   162   ...   229
Səth quruluşu və faydalı qazıntıları. Geoloji cəhətdən Ərəbis-
tan yarımadası Afrikanın  şimal-şərq sahilinin davamı olan qədim 
qaya süxurlarından ibarət bir platformadır. O qədər də uzaq olmayan 
geoloji dövrdə bu regionda bir sıra nəhəng çatlar əmələ gəlmişdir ki, 
bunun nəticəsində sonralar Qırmızı dənizin suları altında qalan dərə 
formalaşmışdır.  Ərəbistan platformasının meylliyi qərbdən  şərqə 
olduğundan Qırmızı  dənizin  şərq sahili İran körfəzi sahilindən 
hündürdür.  Ərəbistan yarımadasının  ən uca dağları  Şərq sahildədir 
 
212
(Cəbəl-Şəfa və Cəbəl-Hicaz). 
Cəbəl-Şəfanın davamı olan Hicaz dağları  qırılmaz zəncirvarı 
deyildir. Bu dağlar en dairəsi istiqamətində dərin dərələr, keçidlər və 
«Hərrat» adlanan nəhəng lava sahələri ilə bir-birindən ayrılır. İlk bax-
ışdan Hərrat sahələri adamı heyrətə gətirir: qara, kələ-kötür, nəhəng 
kömür parçalarına bənzəyən bu daşlar 10 km-lərlə  səthi  əhatə edir, 
insana ay landşaftı təsiri bağışlayır. Burada yer başdan-başa lava ilə 
örtülmüşdür, təkcə küləyin gətirdiyi qumla dolmuş kiçik çuxurlarda, 
bu yerlərin cansızlığını daha da nəzərə çarpdıran qısaömürlü səhra 
çiçəyi bitir (hərrat-qaynar olmaq, isti olmaq deməkdir). 
Səudiyyə  Ərəbistanında  ən yüksək zirvələr Hicaz (mənası 
maneə, sədd deməkdir) dağ sistemindədir. Burada orta hündürlük 
dəniz səviyyəsindən 2000 m yüksəkdir. Cəbəl-İbrahim kimi ayrı-ayrı 
zirvələrin hündürlüyü 2500 m-dən çoxdur. İqlim  şəraitinə görə 
ölkənin  ən gözəl yeri məhz buradır. Belə ki, dəniz səviyyəsindən 
1500 m hündürlükdə yerləşən və əlverişli iqlimi olan Ət-Taif şəhəri 
ölkənin ən məhşur istirahət yerlərindən biri sayılır. 
Ölkə ərazisinin əksər hissəsini Böyük və Kiçik Nəfud və Rub-
əl Xali səhraları tutur. Böyük Nəfud səhrasından sel sularının və 
küləyin gətirdiyi qum yığınlarından  əmələ  gəlmiş yerlərin land-
şaftının səciyyəvi xüsusiyyəti səhranın at ayağının izini xatırladan 
nəhəng çuxurlarla (ərəblər bunu fulci adlandırır) örtülü olmasıdır. 
Bəzi fulcilərin diametri 2 km-ə, dərinliyi 80 m-ə çatır. Böyük 
Nəfuddan cənubda yerləşən Kiçik Nəfud səhrasının dyunları (qum 
təpələri) arasında səhra otlarına, yayın  ən isti günlərində belə yaşıl-
lığını  və  təravətini saxlayan alçaqboylu tikanlı kollara rast gəlmək 
olar. Ona görə də bu rayon bədəvilərin ən çox sevdiyi otlaq yeridir. 
Ərəbistan yarımadasının ən böyük səhrası (sahəsi təqribən 1,0 
mln. km
2
) olan Rub-əl Xalidə  (ərəbcədən tərcümədə boş dörddə bir 
deməkdir) şiddətli küləyin təsirindən qumun üst qatı daim hərəkətdə 
olduğundan adamda elə təsəvvür yaranır ki, hündür qum yığınlarının 
üstündən tüstü çıxır. Səhranın Bəhr-əs-Səfi adlanan qərb hissəsi, 
xüsusən pis ad çıxarmışdır. Buradakı qumlar at üçün keçilməzdir, 
«səhra gəmisi» adını qazanmış  dəvələr də barxanların  ətəklərində 
qarnına qədər quma batır. Ölkənin  Əl-Həsa adlanan İran körfəzi 
sahilləri səthi qumlu düzənliklərdən ibarətdir. 
İlk nəzərdə  qəribə görünsə  də  ərazisinin çox hissəsini cansız 
qum yığınları təşkil edən Səudiyyə Ərəbistanı hökuməti Avtsriyanın 


 
213 
«Şerf» şirkətindən qum almaq barədə saziş imzalamışdır. Xüsusi tex-
nologiyaya  əsaslanan bu qum «qeyri-adi keyfiyyətlərə» malikdir. 
Xüsusi emaldan sonra o uzun müddət rütubəti özündə toplamaq və 
saxlamaq qabiliyyətinə malik olur. Mütəxəssislərin fikrincə, belə 
qumun 1 kub metri tərkibində 60 litr su saxlamaq imkanına malikdir. 
Toplanmış sudan sonradan lazım olan vaxt istifadə etmək olar. 
Səudiyyə Ərəbistanından başqa Uqanda, Keniiya, Yaponiya da bu cür 
qumları idxal edib, ondan istifadə edirlər. 
Ötüb keçmiş sellərin, çayların «vadi» adlanan böyük və kiçik 
yataqları  Ərəbistan yarımadası relyefinə ayrı bir xüsusiyyət verir, 
onlar müxtəlif istiqamətlərdə uzanıb gedirlər.  Ərəbistan iqliminin 
daha yağışlı qədim dövründə aramsız olaraq vadilərdən axan sellər və 
çaylar Rub-əl Xali səhrasından İran körfəzinə tərəf axırdılar. 
Ölkədə yağışlı dövrlərdə  cəmi bir neçə vadi su ilə dolur. 
Məsələn, mənbəyi Məkkə  şəhəri yaxınlığından başlayan Fatimə 
vadisində daşqın vaxtlarında axar suyun eni bəzən bir neçə kilometrə 
çatır. Səudiyyə  Ərəbistanının qərbində  ən mühüm vadi Dəvasir 
vadisidir. Bişə, Rəniyə, Tətlit və bir çox başqa adsız çay yataqlarının 
«birləşməsindən»  əmələ  gəlmiş  Dəvasir vadisi və  Səudiyyə 
Ərəbistanının qərbindəki başqa bütün quru çay yataqları kimi Kiçik 
Nəfudun qumlarında sona yetir. Bir neçə ildən bir, xüsusilə uzun 
müddət yağan yağışlardan sonra bu vadilər su ilə dolur.  
Buna baxmayaraq Dəvasir sisteminin bütün vadilərində çox da 
böyük olmayan dərinlikdə yeraltı sular vardır. Bunlardan xurma ağa-
clarının və  bəzi taxıl bitkilərinin becərilməsində istifadə edirlər. 
Məsələn, Bişə vadisinin Dəvasirlə birləşdiyi yerdən 250 km 
məsafədə zəngin yeraltı su təbəqəsi mövcuddur. Bu vadidə əs-Sülayil 
şəhəri istiqamətində 100 km məsafədə yeraltı sular 1-2 metrə  qədər 
dərinlikdən çıxır.  
Əsrin əvvəllərində Ərəbistana gəlmiş avropalı səyahətçi Douti 
yazır ki, Dəvasir vadisinin oazisləri bədəvi qəbilələrini xurma ilə 
təchiz edir. Buradakı xurma ağacları meşəlikləri sürətlə gedən dəvə 
ilə üçgünlük yol uzunluğundadır. Dəvasir, Tətlit, Həmd, Bişə  və 
Rəniyə vadilərində  qədim kəndlərin xarabalıqlarına da rast gəlmək 
olur. Bu onu göstərir ki, keçmişlərdə bu yerlərin  əhalisi indikindən 
xeyli çox imiş. 
Qırmızı  dənizin Səudiyyə  Ərəbistanına aid edilən  ərazi suları 
daxilində onlarla kiçik adalar Səudiyyə Ərəbistanına məxsusdur. Bu 
 
214
adaların səthi qayalıqlardan, mərcan riflərindən, yaxud qumluqlardan 
ibarətdir. İran körfəzinin sahilləri isə daha girintili-çıxıntılıdır. Lakin 
qumlu alçaq sahil, kiçik körfəzlərin dayazlığı onlardan gəmiçilik 
məqsədilə istifadə olunmasını  çətinləşdirir. Bəhreyn boğazı eyniadlı 
arxipelaqı materikdən ayırır.  İran körfəzi sahilində  Dəmman ticarət 
və Ras-Tənnur neft limanları fəaliyyət göstərir. 
Səudiyyə  Ərəbistanı faydalı qazıntılar, xüsusilə  də yanacaq 
sərvətləri ilə yaxşı təmin olunmuş ölkələrdən biridir. Neft ehtiyatına 
görə o dünyada birinci yeri tutur. Ehtiyatı 37,3 mlrd. tondan artıq 
olan neftin ən iri yataqları ölkənin  şərqində  və  İran körfəzinin  şelf 
zonasındadır. Təbii qazın ehtiyatı 6,4 trln. m
3
-dir. Qaz ehtiyatına görə 
dünyada yeddinci-səkkizinci yerdədir.  
Son tədqiqatların nəticəsində ölkənin qərb hissəsində Fatimə 
vadisi rayonunda tərkibində metalın faizi 47-yə çatan və ehtiyatı 
böyük olan dəmir filizi yataqları  aşkar edilmiş  və  həmin yataqlar 
əsasında metallurgiya müəssisəsi tikilmişdir. Yəmənlə  sərhəd 
bölgələrində mis və digər polimetal filizlər, Ciddə  şəhərindən  şi-
malda uran filizi yataqları tapılmışdır. 
Bunlardan başqa ölkədə ehtiyatı 1 mlrd. tondan artıq olan daş-
duz yataqları da aşkar edilmişdir. Daşduz Cizan şəhərinin yax-
ınlığında çıxarılır. Səudiyyə  Ərəbistanı tikinti materialları ilə  də 
zəngindir. Ölkənin çox yerində daş, gips, gil, qum və s. vardır. Yerli 
əhali bunlardan geniş istifadə edir. Yanbo şəhərindən şimalda böyük 
gips yataqları yerləşib. Dəmman yaxınlığında yerli əhəngdaşı 
əsasında sement zavodları  fəaliyyət göstərir. Səudiyyə  Ərəbistanı 
hökuməti 1972-ci ilin iyulundan neftdən başqa ölkənin digər mineral 
sərvətlərinin istismar edilməsini nizama salan yeni qanun qəbul et-
mişdir. Bir sıra güzəştləri olan bu yeni qanun xarici və yerli sahibkar-
ları faydalı qazıntıların kəşfiyyatını aparmağa daha da həvəsləndirir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   155   156   157   158   159   160   161   162   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin