Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Ölkənin qısa tarixi, idarəolunma sistemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə162/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   158   159   160   161   162   163   164   165   ...   229
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi  
və Azərbaycan Respublikası ilə münasibətləri 
 
Səudiyyə  Ərəbistanı köçəri  ərəb tayfalarının çox qədimdən 
məskunlaşdığı  ərazilərdəndir.  Ərəb tayfaları ilkin dövrlərdə ölkənin 
şimal-şərqində, eramızdan  əvvəl ikinci minillikdə isə  Ərəbistan 
yarımadasının hər yerində yayılmışdır. Məkkə  şəhəri tezliklə 
Ərəbistanın mühüm siyasi, ticarət mərkəzinə çevrilir. Məkkəlilər 
yeddinci  əsrin ortalarında qonşu tayfaları öz ətrafında birləşdirdilər. 
Hicaz  əyalətində yeddinci əsrdə yeni din – İslam və ilk müsəlman 
teokratik dövləti – xəlifət yaranır. Xəlifətin ilk paytaxtı  Mədinə 
şəhəri olur. 
Ərəb xəlifəti VII-VIII əsrdə  Əməvilərin, VII-IX əsrlərdə 
Abbasilərin hakimiyyəti altında olur. X-XII yüzilliklərdə  Ərəbistan 
yarımadasında müstəqil  əmirliklər, sultanlıqlar yaranır. XVI əsrdə 
ərəb ölkələri, o cümlədən Səudiyyə  Ərəbistanı (o vaxtlar Hicaz 
adlanırdı) Osmanlı imperiyasının təsiri altına düşür. XVIII yüzilliyin 
ortalarında türklərin  Ərəbistandan çıxarılması  hərəkatı başlanır. Bu 
hərəkata Nəcd  əyalətinin Səudilər sülaləsindən olan Əmir 
Məhəmməd ibn Səud başçılıq edir. O, qarşısında Ərəbistanı İslamın 
vəhhabilik
*
  təriqəti bayrağı altında birləşdirib azadlıq hərəkatına 
                                      
*
 Vəhhabilik – ortodoksal İslamda yaranmış dini-siyasi cərəyan. XVIII 
əsrin ortalarında Nəcddə türk sultanlarına qarşı  ərəblərin azadlıq hərəkatı. 
 
218
başlamaq məqsədi qoymuşdu. XX əsrin  əvvəllərində  Ərəbistan 
yarımadasında  əmirliklərin birləşdirilməsi və vahid mərkəzi dövlət 
yaradılması uğrunda mübarizə daha geniş vüsət alır. Nəhayət, 1926-
cı ilin yanvarında Nəcd  əmirliyinin hakimi Əbdül  Əziz ibn Səudun 
başçılığı ilə müstəqil dövlət yaradılır.  Əbdül  Əziz ibn Səud özünün 
«Hicaz, Nəcd və Birləşdirilmiş digər əyalətlərin» məliki elan edir. 
1932-ci il sentyabrın 23-də  Səudiyyə  Ərəbistanı adı almış 
məlikliyin tarixi-coğrafi  əyalətlərinin (Hicaz, Nəcd,  Əl-Həsa və  Əl-
Asir) bir dövlət tərkibində birləşdirilməsi haqqında məlikin fərmanı 
elan olunur. O vaxtdan Səudiyyə  Ərəbistanı  məlikliyi dünya 
xəritəsinə düşmüş  və  həmin gün milli bayram şəklində geniş qeyd 
olunur. 1943-cü ildə  Səudiyyə  Ərəbistanı  məlikliyi ilə diplomatik 
münasibətlər yaradan ABŞ, 1951-ci ildə «Qarşılıqlı müdafiə  və 
qarşılıqlı yardım» haqqında saziş imzalayır. 
Səudiyyə Ərəbistanı inkişaf etmiş ölkələr ilə iqtisadi və siyasi 
əlaqələri genişləndirmək, antikommunizm siyasəti yürütməklə yanaşı 
ərəb ölkələrinə qarşı  İsrail təcavüzünü pisləyir və bu təcavüzdən 
ziyan çəkmiş  ərəb ölkələrinə  və ümumiyyətlə, müsəlman ölkələrinə 
maddi yardım göstərir. 
Xarici mütəxəssislərin və  fəhlələrin ilk dəstələri Səudiyyə 
Ərəbistanında ötən əsrin 60-cı illərindən görünməyə başladı. Neftçı-
xarmanın sürətli artımı illərində milyonlarla fəhlə  Ərəbistana axışıb 
gəldi. Ərəb ölkələrinin, Hindistanın, Pakistanın, Banqladeşin, Cənubi 
Koreyanın, Tayvanın, Filippinin və s. ölkələrin mütəxəssisləri 
təyyarə meydanları, magistral yollar, iri müəssisələr, elektrik 
stansiyaları, bank binaları tikdilər, yaşıllıqlar saldılar və indiyədək bu 
sahillərdə işləyib xidmət edirlər. 
Şübhə yoxdur ki, əcnəbilər məlikliyin yerli əhalisi kimi sosial 
nemətlərdən istifadə edə bilmirlər. Onların iş günü formal olaraq 
normalaşdırılsa da, əmək haqqı yerli əhaliyə verilən əmək haqqından 
xeyli aşağıdır. Buna baxmayaraq xaricilər aşkar, yaxud gizli surətdə 
Səudiyyə  Ərəbistanına o ümidlə axışıb gəlirlər ki, bir neçə ildən 
sonra öz gələcəklərini təmin edəcək qədər vəsait qazanıb vətənlərinə 
                                                                                
Banisi Məhəmməd ibn Əbd Vəhhabdır. Vəhhabilər Qurani-Kərimi qəbul 
etsələr də,  İslam dinində müqəddəslərə  pərəstişi, dərvişliyi rədd etmiş, 
cihata böyük diqqət vermişlər. 


 
219 
qayıda bilsinlər. 
Ölkənin tarixində hakimiyyətə qarşı  ən böyük çıxış  İslam 
ənənəçilirənin üsyanı oldu. 1979-cu il noyabrın 20-də  səhər minə 
yaxın adam Məkkədə müsəlman dünyasının əsas müqəddəs yeri olan 
Əl-Həram məscidini tutdu. «İslam dinindən ayrılmış, amerikanlaşmış 
hakimiyyəti» devirmək  şüarı altında keçirilən üsyan İranda baş 
vermiş fevral inqilabından da ilham almışdı. Hakimiyyət orqanları 
Məkkədə üsyanı yatırsa da, bəzi dəyişikliklər etməyə  məcbur oldu. 
Söz verildi ki, məsləhətverici məclis yaradılacaq, dövlət vəsaitlərinin 
xərclənməsi üzərində nəzarət artırılacaq, korrupsiyaya qarşı mübarizə 
gücləndiriləcək. Bundan əlavə hökumət  şiələrin yaşadığı bölgələrin 
inkişafı üçün ayrılan maliyyələşdirməni xeyli artırdı, onların dini 
həyatdakı məhdudluğunu bir qədər azaltdı. 
Səudiyyə  Ərəbistanı  Cəmiyyətində ölkənin idarəçiliyində 
iştirak etmək istəyənlər çoxdur. İçərisində hakim ailənin şahzadələri 
olan qüvvələr kapitalist inkişaf yolunun gələcəyini təmin etməyə, 
rejimin demokratikləşdirilməsinə nail olmağa can atırlar. Digər 
tərəfdən  İslam fundamentalizminin güclü cərəyanı islahatların 
qabağını almağa çalışır və belə bir şüar irəli sürür: «Əgər elektrik 
işığı dinin alovunu kölgədə qoyursa, onu söndürmək daha yaxşıdır». 
Məlikliyin hakim dairələri üçün yenilik tərəfdarları ilə  İslam 
ənənəçiləri arasında müəyyən çıxış yolları tapmaq bir qədər çətindir. 
Buna baxmayaraq Səudilər sülaləsinin həm siyasi, həm də sosial-
iqtisadi həyatda rollarının saxlanılması, mütləqiyyətin hələ yaşamağa 
qadir olduğunu göstərir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin