Microsoft Word Yaxin ve orta serq olkeleri doc


 Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə214/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   210   211   212   213   214   215   216   217   ...   229
 
3. Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi 
 
Əfqanıstan tarixində  əhalinin siyahıya alınması  işləri ilk dəfə 
1979-cu ildə aparılmışdır. O vaxt burada 15,5 mln. nəfərin yaşadığı 
qeydə alınmışdı.  Əfqanıstan təbii artımı böyük olan ölkələrdən biri 
olsa da, burada əhalinin ümumi sayı  zəif artır. Bunun səbəbi həm 
ölkədə  təqribən 20 il müddətində  vətəndaş müharibəsinin davam 
etməsi, həm də qeyri-stabilliklə  əlaqədar köçüb gedənlərin sayının 
çox olmasındadır. BMT-nin müvafiq sənədlərində Əfqanıstanda 25,6 
mln. nəfərin (2005-ci il) yaşaması qeyd olunur. Bu göstəriciyə görə 
Əfqanıstan dünya ölkələri içərisində 53-cü yeri tutur. 
Ölkə üzrə orta sıxlıq hər kv. km-ə 40 nəfərə yaxındır. Əhalinin 
xeyli hissəsi mənimsənilən torpaq sahələri, mühüm şəhərlər, çay 
vadiləri və dağ  dərələrində  məskunlaşmışdır. Kabil və  Qəndahar 
vadiləri, Hərirud düzənliyi, Məzari-Şərif, Bəqlan, Cəlalabad 
bölgələrində əhali nisbətən sıxdır. 
Əfqanıstanda həm xarici, həm də daxili miqrasiya mövcuddur. 
1978-ci il aprel inqilabından sonra ölkə  ərazisini tərk etmiş 4 mln. 
nəfərdən artıq  əfqan müxtəlif səbəblər üzündən xaricə,  əsasən 
Pakistana, İrana və Hindistana getmişdir. Köçəri və yarımköçərilər də 


 
277 
daxil olmaqla Əfqanıstan  əhalisinin xeyli hissəsi kənd yerlərində, 
təqribən 25 faizi isə şəhərlərdə yaşayır. 
Əfqanıstanda 30-dan artıq millətin və xalqın nümayəndəsi 
yaşayır. Antropoloji cəhətdən  Əfqanıstanın  əhalisi cənub 
avropoidlərin hind-pamir qrupuna aid edilir. Ölkənin cənub və şimal-
şərq hissələrində  İran,  şimal-qərbində isə türk dilli xalqlar 
məskunlaşmışlar. Şərqdə Pakistanla sərhəd boyunca hind-ari qrupuna 
aid edilən xalqlar yaşayır. 
Əfqanıstanda say etibarilə  ən böyük xalq puştulardır. Onlar 
Əfqanıstan-Pakistan sərhədi boyunca geniş ərazidə, əsasən Hindiquş 
silsiləsinin cənubunda məskunlaşmışlar. Taciklər sayca Əfqanıstanın 
ikinci xalqıdır. Hazırda ölkədə taciklər yaşayan üç sahə ayrılır: Herat 
vadisi; Bədəxşan vilayəti; Pəncşer, Qorbənd və Salanq çaylarının 
dərələri. 
Sayca ölkənin üçüncü xalqı olan özbəklər  Əfqanıstanda 
Hindiquş silsiləsindən  şimalda qədim zamanlarda yaşayırdılar. 
Həzaralar  əsasən Kabil – Herat-Həzəracat dağlıq rayonu arasında 
olan  ərazilərdə  məskunlaşmışlar. Türkmənlər isə Türkmənistan 
Respublikası ilə  sərhədin yaxınlığında yaşayaraq köçəri və ya-
rımköçəri həyat sürürlər. Bu xalqlardan başqa Əfqanıstan ərazisində 
əfşar, qızılbaş, qırğız, brahuilər və başqa xalqların nümayəndələri 
yaşayır. 
Əfqanıstanın dövlət dili puştu və  dəri (bəzi mənbələrdə dari 
yazılır) dilləridir. 1936-cı ilə  qədər dövlət dili yalnız dəri dili (buna 
farsi-kabuli də deyilir) olmuşdur. 1936-cı ildən puştu dili ikinci, 
1964-cü ildən isə birinci dövlət dili statusu qazanmışdır.  Əslində 
ölkədə yaşayanlar 30-dan artıq dildə danışır. Əhalinin 90 faizi puştu 
və ya dəri dilində, ya da iki dildə danışa bilir. Lüğət tərkibinə görə bu 
dillər bir-birindən uzaq olsalar da, hər ikisi İran dilləri qrupuna aid 
edilir. 
Əfqanıstan  əhalisinin, demək olar ki, hamısı müsəlmandır. 
İslam dininin sünni məshəbi geniş yayılmışdır. Ölkənin ictimai və 
siyasi həyatında İslam dininin rolu çox böyükdür. 
Kabil ölkənin  ən böyük şəhəridir. Qədim  şəhər olan Kabil 
mühüm nəqliyyat qovşağında yerləşir.  Şəhərin  əhalisi 3 mln. nəfərə 
yaxındır. Puştulardan başqa  şəhərdə taciklər, özbəklər, həzaralar və 
digər xalqların nümayəndələri də yaşayır. 1504-cü ildən Böyük 
Moğolların, 1773-1818-ci illərdə Dürrani dövlətinin paytaxtı 
 
278
olmuşdur.  İngiltərə-Əfqanıstan müharibələri zamanı  şəhər ingilis 
qoşunları tərəfindən işğal edilir. 1880-ci ildən Əfqanıstan dövlətinin 
paytaxtıdır. 
Kabil eyniadlı çayın sahilində,1800-1900 metr yüksəklikdə 
yerləşir.  Şəhərin məhəllələri Kabil çayının hər iki sahilini tutur. 
Şəhərin köhnə hissəsi Kabil çayının sağ sahilindədir və  səciyyəvi 
Şərq simasını saxlamışdır. Çayın sol sahilindəki yeni hissədə keçmiş 
kral iqamətgahı, Məhəmməd Nadir şahın türbəsi, xarici səfirliklərin 
binası, parklar, iri yaşayış  məhəllələri yerləşir. Kabil şəhəri cənub-
qərb istiqamətində böyüyür. Kabil ölkənin siyasi, mədəni mərkəzi 
olmaqla yanaşı, həm də iqtisadi mərkəzidir. Şəhərdə avtomobil təmiri 
zavodu, asfalt-beton zavodu, yeyinti və yüngül sənaye müəssisələri, 
əczaçılıq fabrikləri və s. vardır. Ölkənin iqtisadi və mədəni həyatında 
mühüm  əhəmiyyəti olan digər  şəhərlər Məzari-Şərif (rəvayətə görə 
Həzrət  Əlinin qəbrinin burada olması güman edilir. Məzari–Şərif 
şərafətli qəbir deməkdir), Herat, Qəndahardır. 
 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   210   211   212   213   214   215   216   217   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin