279
nəqliyyat şəbəkəsi zəif inkişaf etdiyindən, hər bölgə ilk növbədə öz
çörəyi ilə özünü təmin etməyə çalışır. Buğda ilə yanaşı Əfqanıstanda
qarğıdalı, çəltik və arpa da yetişdirilir.
Texniki bitkilər Şimali Əfqanıstanda geniş yayılmışdır. Pambıq
və tütün əkinləri nisbətən geniş sahədə becərilən texniki bitkilərdir.
Pambıq ölkədə ötən əsrin 50-ci illərindən becərilir. Əvvəllər bu
sahənin inkişafı həm pambıq parça müəssisələrini
xammalla təmin
etmək, həm də dünya bazarında pambığın satış qiymətinin
yüksəlməsi ilə əlaqədar idi. Ən məhsuldar illərdə Əfqanıstanda 150-
160 min ton pambıq yığılırdı. Hazırda isə bu sahədə də geriləmə
vardır.
Bağçılıq və üzümçülük ölkədə ənənəvi təsərrüfat sahəsi sayılır.
Bu sahədə əmtəəlik püstə, badam, qoz, üzüm və meyvə istehsalı
mühüm əhəmiyyət kəsb edirdi. Vətəndaş müharibəsi digər sahələrdə
olduğu kimi üzümlüklər və bağlara da böyük zərər vurmuşdur.
Cəlalabad irriqasiya kompleksinin suyu ilə suvarılan
torpaqlarda
sitrus meyvələri və zeytun becərilməsinə xüsusi fikir verilir.
Heyvandarlıqla həm köçəri, həm də oturaq həyat tərzi sürən
kəndlilər məşğul olur. Mövsümi otlaqlar axtarmaq məqsədilə
köçərilər adətən eyni
istiqamətdə hərəkət edərək, yay aylarında
Hindiquş və digər dağlıq rayonlara qalxır, qışda isə Hind və Pənc
çaylarının dərələri ilə aşağı – ovalıqlara enirlər. Heyvandarlıqla
oturaq həyat tərzi sürən kəndlilər də məşğul olur. Ölkədə aqrar
bölmədə ümumi məhsulun 30 faizi heyvandarlığın payına düşür. Bu
sahədə qaragül dərili qoyunçuluq, xüsusilə əhəmiyyətlidir.
Əfqanıstan qaragül dərisinin mühüm ixracatçısıdır. Ölkədə xarici
valyuta gəlirinin artıb-azalması qaragül qoyunçuluğunun
vəziyyətindən çox asılıdır. Qoyunçuluğun bu növü
ekstensiv
istiqamətdədir. Qaragül dərili qoyunçuluq ölkənin şimal və şimal-
qərbində Fəryab, Bəlx vilayətlərində daha yaxşı inkişaf etmişdir. Ən
məhsuldar illərdə ölkədə 1,3-1,4 mln. ədəd qaragül dərisi istehsal
olunur. Dünya bazarında onun alıcıları çoxdur. Qaragül dərisi
dövlətin əsas xarici
gəlir mənbəyi olduğundan, ən yaxşı otlaqlar bu
sahə üçün ayrılır.
Dostları ilə paylaş: