Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə211/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   207   208   209   210   211   212   213   214   ...   229
İqlimi və hidroqrafiyası. Mürəkkəb səth quruluşuna malik 
olan  Əfqanıstanın iqlimi də mürəkkəbdir. Ölkənin iqlimi kəskin 
sutkalıq və illik temperatur tərəddüdü ilə  səciyyələnən quru 
subtropikdir. Qışda ölkəyə  şimaldan Arktikadan soyuq, yayda isə 
İrandan və Pakistandan quru və isti hava kütlələri daxil olur. 
Yağıntıları azdır. Qış  və yaz aylarında düşən yağıntıların miqdarı 
əksər rayonlarda 100-300 mm-dən artıq olmur. Dəşte-Mərq səhrasına 
isə il ərzində 40-50 mm yaıntı düşür. Ölkəyə  ən çox (800 mm) 
yağıntı onun cənub-şərqinə düşür. Yağıntılar az düşdüyündən 
Əfqanıstanın kənd təsərrüfatı süni suvarmadan çox asılıdır. 
Dənizə  çıxışı olmayan Əfqanıstan qapalı hövzədə yerləşir. 
Çayların  əksəriyyəti ölkənin daxili rayonlarından başlayır və ölkə 
daxilində qurtarır. Daxili hövzəyə aid edilməyən  ən böyük çayları 
Kokça və Kunduzdur. Amudəryaya tökülən bu çaylar sularını Aral 
dənizinə axıdılır. Su sərvətləri ilə  Əfqanıstanın  şərq və  cənub-şərqi 
nisbətən yaxşı  təmin olunmuşdur. Buradan axan Kabil çayı 
Əfqanıstanın məhsuldar Kabil, Cəlalabad vahələrinin suvarılmasında 
mühüm  əhəmiyyət kəsb edir. Sərhəd çayı olan Amudərya ölkənin ən 
sulu çayıdır. O, üuxarı axınında Pənc adlanır. Ölkənin daxili 


 
273 
rayonlarından  Əfqanıstan miqyasında bol sulu sayılan Hilmənd çayı 
axır. Bu çayın suvarma əhəmiyyəti çox böyükdür. 
 Torpaq və bitki örtüyü.  Əfqanıstanda su qıtlığı ilə yanaşı 
məhsuldar tolrpaq qıtlığı da mövcuddur. Dağların  əksər yamacları 
torpaq örtüyündən tamamilə  məhrumdur. Boz torpaqlar daha geniş 
yayılmışdır.  Əfqanıstanda 3500 növ bitki yayılmışdır, bunun xeyli 
hissəsi endemik bitkilərdir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin