Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Kənd təsərrüfatının aparıcı sahələri



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə207/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   203   204   205   206   207   208   209   210   ...   229
Kənd təsərrüfatının aparıcı sahələri. Ölkədə Afrika darısı, 
arpa, buğda, qarğıdalı, çəltik və,s  əkilir. Məhsuldar illərdə 1,2 mln. 
tona yaxın taxıl  əldə edilsə  də, bu təlabatını ödəmir. Darı  və kalış 
yerli torpaq-iqlim şəraitinə uyğunlaşdığından suvarma tələb etmir. 
Onları  həm quru çay dərələrində, həm də  mərkəzi yaylalarda 
becərirlər. Bağçılıq inkişaf etmişdir. Burada xarici bazar üçün xurma, 
banan, ananas, papayya
*
, manqo, daxili bazar üçün üzüm, ərik, nar, 
gavalı, əncir və.s yetişdirilir. 
Yəməni dünya bazarında tanıdan onun məşhur qəhvəsidir. 
XVII yüzillikdən burada qəhvə  dənindən istifadə olunur.Yəmən 
qəhvəsi Avropa ölkələrinə Mokko portundan daşındığı üçün onun ən 
qiymətli növünü «Mokko» adlandırmışlar. Dünya ölkələrində 
qəhvənin bu növü çox yüksək qiymətləndirilir. Qəhvə ağacları 1200-
2000 metr yüksəkliklər arasındakı terraslarda
**
 yetişdirilir. Bar verən 
ağacdan bir ildə 6-7 kq məhsul  əldə olunur. Yəməndə yetişdirilən 
qəhvənin tərkibində kofeinin faizi yüksəkdir.  Əhalinin yoxsul 
təbəqəsi qəhvə qabığından və onun emalından qalan tullantıdan 
«kişr» adlanan içki hazırlayır. 
Qəhvə  əkinləri hesabına genişləndirilən kat kolları  əsasən 
Mərkəzi yaylalarda və Taiz şəhəri  ətrafında geniş yer tutur. 
                                      
*
  Papayya  – xarici görünüşünə görə meyvəsi yemişə oxşayan ağac. Onu 
bəzən yemiş ağacı da adlandırırlar. 
**
 Terras – (latınca torpaq , yer mənalarını bildirir) – dağ yamacları, göl və 
dəniz sahillərinin pilləvars relyef formaları. Terraslardan əkin yerləri, 
yolların çəkilişi və s. məqsədi üçün istifadə olunur. 


 
269 
Yəmənlilər tərkibində narkotik maddə olan bu bitkinin yarpağını 
çeynəməyi xoşlayırlar. Daxili bazarda kat yarpağı yüksək qiymət-
ləndirilir. 
Texniki bitkilərdən pambıq və tütün əkinləri üstünlük təşkil 
edir. Burada uzun lifli Sudan pambığı (Lambert növü) becərilir. 
Tütün  əsasən Hədramautda yetişdirilir. Bostançılıq və  tərəvəzçilik 
yəmənlilərin qədim peşələrindən sayılır. 
Heyvandarlıq kənd təsərrüfatının ən zəif inkişaf etmiş sahəsidir. 
Təbii yem bazasının çox məhdud olması bu sahənin inkişafını ləngidir. 
Ərəb ölkələrinin  əksəriyyətindən fərqli olaraq Yəməndə qaramalın 
zebu cinsinin saxlanması xüsusi əhəmiyyət kəsb edir. Dəvə saxlanıl-
masının da əhəmiyyəti böyükdür. Yəmənin Qırmızı  dəniz,  Ədən 
körfəzi sahilləri balıq və digər dəniz sərvətləri ilə zəngindir. Balıqçılıq 
donanması müasir texniki avadanlıqla təchiz olunub. Ovlanan balığın 
xeyli hissəsi qurudulduqdan sonra ixrac olunur. Ölkə özünü ərzaq 
məhsulları ilə yalnız 50 faiz təmin edə bilir. 
 Sənayenin aparıcı sahələri. Yəmən sənayesi rüşeym halın-
dadır. Son illərdə xarici kredit və xüsusi kapital qoyuluşu hesabına 
bəzi sahələrin inkişafı üçün imkanlar yaranmışdır. 
 Neft  hasilatı  və ilkin emal müəssisələri hasilat sənayesində 
üstün yer tutur (ehtiyatı 550 mln. ton, illik hasilat təqribən 20 mln. 
tondur). Ölkədə  həmçinin xörək duzu, dəmir filizi və  bəzək daşları 
çıxarılır. Səna,  Ədən,Taiz,  İbb,  Əl-Mükəllə  şəhərlərində yerli 
miqyasda iri görünən istilik elektrik stansiyaları tikilmişdir. Mədən 
sənayesi neft, təbii qaz, daşduz, tikinti materialları  çıxarılmasına 
əsaslanır. Emaledici sənaye gətirilmə  və yerli xammala istinad edir. 
Ədən yaxınlığında yerləşmiş  Əl-Bureyk və  Mərib  şəhərlərindəki 
neftemalı zavodları ölkənin ən mühüm sənaye müəssisələridir. Mərib 
Əl Səlif istiqamətində neft kəməri çəkilmişdir. Yeyinti sənaye çörək 
bişirmə, konserv, sərinləşdirici içkilər,  şirniyyat, küncüt, pambıq 
yağı, süni buz və s. istehsal edən müəssisələrlə təmsil olunmuşdur. 
Yüngül sənayeyə  məxsus müəssisələr,  əsasən kənd təsərrüfatı 
məhsullarının emalı  və  əhali tərəfindən çox işlənən məmulatların 
istehsalı üzrə ixtisaslaşmışdır. Bunların içərisində pambıqtəmizləmə 
zavodları, gön-dəri məmulatları istehsal edən müəssisələr, toxuculuq
xalçaçılıq və tikiş fabrikləri, mebel, siqaret, kibrit istehsal edən 
müəssisələr xüsusilə əhəmiyyətlidir. 
Sənətkarlıq inkişaf emiş sahədir. Burada zərgərlik,dəri aşılama, 
 
270
dulusçuluq, tikiş, çəkməçilik peşələri xüsusilə seçilir. Səna və Ədən 
ölkənin ən böyük sənətkarlıq mərkəzləridir. Lakin son illərdə ənənəvi 
Yəmən sənətkarlığının  əhəmiyyəti xarici ölkələrdən ucuz malların 
ölkəyə gətirilməsi ilə əlaqədar xeyli azalmışdır. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin