268
BMT-nin təsnifatına görə Yəmən iqtisadi cəhətdən zəif inkişaf
etmiş ölkələr qrupuna aid edilir.Ölkənin daxili məcmu məhsulunun
illik dəyəri 11,0 mlrd., milli gəlirin adambaşına düşən payı isə 700
ABŞ dollarından bir az artıqdır.Ölkə təsərrüfatının geri qıalmasının
səbəbləri çoxdur. İqtisadi inkişafa yeddi ilə qədər davam edən
vətəndaş müharibəsi mənfi təsir göstərmişdir.
İqtisadi artım tempi 1990-2001-ci illərdə 5,6 faiz olmuşdur.
Sonrakı illərdə bu rəqəm 3,5-ə enmişdir. İqtisadi siyasət ölkənin ger-
iliyinin aradan qaldırılmasına yönəldilmişdir. Əhalinin üçdə-bir
hissəsi yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Ümumdaxili
məhsulun 20 faizi kənd təsərrüfatı və balıqçılığın, 35 faizi sənayenin,
45 faizi isə xidmət sahələrinin payına düşür.