283
əhəmiyyətlidir. Neft ehtiyatına
görə regionda, həm də dünyada
qabaqcıl mövqeyə malikdir. Ölkənin ən mühüm neft yataqları qərbdə
və şimaldadır. Xəzər şelfində də neft axtarışı işlərinə başlanılmışdır.
Ölkədə təbii qaz ehtiyatı da çoxdur (14 trilyon kub m.). Mineral
enerji sərvətlərindən kömürün əhəmiyyəti də böyükdür. Ən mühüm
yataqları şimal dağ massivi və qərbdədir.Son illərdə enerji məqsədilə
nüvə xammalından istifadəyə meyl güclənmişdir. Bu isə bir sıra Qərb
ölkələrini, ilk növbədə ABŞ rəsmilərini daha çox narahat edir. İranda
qara metal (dəmir filizi) və əlvan metal (mis, qurğuşun, sink, qalay,
sürmə, boksit və s.) filizləri də çıxarılır. Dəmir filizi yataqları əsasən
Kerman, Semnan, Tehran rayonlarında, əlvan
metal filizləri isə şimal
və qərb əyalətlərindədir. İran tikinti və üzlük materialları (mərmər,
qranit, yəşəm daşı, gil, gips, əhəng daşı və s.), qiymətli daşlarla da
(firuzə, əqiq və s.) zəngin ölkədir.
Dostları ilə paylaş: