61
əmirliklər qısa tarixi müddətdə «neft hay-küyünün» bəhrəsindən
məharətli istifadə edə bilmiş və ölkənin sosial-iqtisadi simasını əsaslı
sürətdə dəyişdirə bilmişlər. Ölkə, tikintisi böyük vəsait tələb edən iri
infrastruktur sahələrini və sənaye müəssisələrinin çoxunu «neft hay-
küyü» dövründə yarada bilmişdir. 1970-ci illərin «neft dollarları
yağışı» dövründə neft çıxaran digər ölkələrdən fərqli olaraq
əmirliklərdə lazımsız, lakin «nüfuzlu» obyektlərin, yəni «neft
erasının piramidası» kimi obyektlərin tikintisinə
vəsait
ayrılmamışdır. Burada başlıca olaraq «XXI əsrə sıçrayış» üçün start
meydançasına çevrilə bilən əsası və uzunmüddətli müəssisələrin
tikintisinə kapital qoyulmuşdur.
Neft-qaz və onunla əlaqədar olan neft-kimya sənaye
sahələrinin inkişafına əsaslanan BƏƏ qısa müddətdə ölkə
iqtisadiyyatının təməlini qomuşdur. Ən müasir texnika və avadanlıqla
təchiz olunmuş neftemalı və neft-kimya müəssisələri, aliminium,
sement zavodları, təbii şəkildə və neftlə yanaşı çıxarılan qazların
mayeləşdirilməsi üzrə müəssisələr, su təmizləyici qurğular, elektrik
stansiyaları, polad əridən zavodlar, mineral gübrə, yuyucu maddələr
və s. istehsal edən müəssisələr tikilmiş və istifadəyə verilmişdir.
Yüngül və yeyinti sənaye sahələri də sürətlə inkişaf edir. Sənaye
sahələrinin inkişafı ilə yanaşı, səhrada kənd təsərrüfatı plantasiyaları,
heyvandarlıq fermaları yaradılmış, geniş avtomobil magistralları
salınmış, dəniz və hava limanları tikilmişdir.
BƏƏ-nin milli iqtisadiyyatının özünəməxsus səciyyəvi
xüsusiyyəti vardır. Bu xüsusiyyət inkişaf etməkdə olan, xüsusilə neft
və digər xammal ixrac edən ölkələr üçün xarakterikdir. Ümumdaxili
məhsulun strukturunda 51 faiz sənayenin, 45 faiz xidmət sahələrinin,
4 faiz isə kənd təsərrüfatının payına düşür.
Dostları ilə paylaş: