Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə87/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   83   84   85   86   87   88   89   90   ...   229
Xarici ticarət. Regionun başqa ölkələri kimi Küveyt də xarici 
ticarət  əlaqələrindən çox asılıdır. 2003-cü ildə Küveyt ixracatının 
dəyəri 21,5 mlrd. idxalatın dəyəri isə 7 mlrd. ABŞ dolları olmuşdur. 
Xarici  əlaqələr bir tərəfdən valyuta, digər tərəfdən isə müasir 
təsərrüfatın  əsasını yaratmaq üçün zəruri olan maşın və avadanlıq 
əldə etməyin mənbəyini təşkil edir. 
Uzun illərdir ki, Küveyt azad ticarət siyasəti aparır və olduqca 
aşağı gömrük vergisi təyin edir (orta hesabla idxal edilən məhsulun 
dəyərinin 4-5 faizi). Bir sıra məhsullar, məsələn təzə meyvə  və 
tərəvəzin bəzi növləri,  ət məhsulları, diri qaramal, hökumət 
müəssisələri tərəfindən sifariş verilən mallar (tikinti materiallarının 
bəzi növləri, istehsal məqsədi ilə maşın və avadanlıqlar, müxtəlif növ 
elektron hesablayıcı qurğular, yanğın söndürən maşınlar və s.) ölkəyə 
gömrük haqqı alınmadan daxil olur. Lakin yerli istehsal məhsulları 
ilə rəqabət apara biləcək bəzi idxal məhsullarına isə (şirniyyat, undan 
hazırlanmış  məmulatlar, yuyucu tozlar, bəzi meyvə  və  tərəvəz, 
sərinləşdirici içkilər və s.) dəyərin 10-15 faizinə qədər vergi qoyulur. 
Silah və sursat, partladıcı  və narkotik maddələr (yerli əzcaçılıq 
sənayesi üçün zəruri olan maddələr istisna olmaqla), zəhər və zəhərli 
maddələr (ölkənin kənd təsərrüfatında istifadə olunanlardan başqa), 
spirtli içkilər, islam ənənəsinə, ölkənin dövlət quruluşuna və əhalinin 
mənəviyyatına ziyan vura bilən kino və vidiofilmlər, bu yönümlü çap 
məmulatları, donuz əti və ondan hazırlanmış müxtəlif məhsulların 
idxalı qadağan edilir. 
Ölkənin ticarət əməliyyatı müvafiq xarici şirkətlər ilə bilavasitə 
əlaqə saxlayan milli şirkət və  təşkilatlar tərəfindən həyata keçirilir. 
Küveytin xarici ticarətinin  əlamətdar xüsusiyyətlərindən biri də 
ondan ibarətdir ki, idxalat dəyərinin artmasına baxmayaraq xarici 


 
131 
ticarət dövriyyəsində 1961-ci ildən 2005-cü ilə  qədər dəyərinə görə 
ixracat idxalatdan üstün olmuşdur. 
Küveytin başlıca ixracat məhsulu yanacaqdır. Ayrı-ayrı illərdə 
ixracat gəlirinin 80 faizə  qədəri neftin payına düşmüşdür. Yanacaq 
ixracatında neft məhsulları hesabına xam neftin payı xeyli aşağı 
düşmüşdür. Küveyt inkişaf etmiş ölkələr arasında – ən iri ticarət 
ortaqları Avropa İqtisadi Birliyinin üzvü olan ölkələr və Yaponiyadır. 
Qonşu  ərəb ölkələri, xüsusilə  Səudiyyə  Ərəbistanı, Pakistan, 
Sinqapur, Filippin, Braziliya, Türkiyə, Hindistan və digər dövlətlərlə 
də ticarət əlaqələri saxlayır. Ölkənin pul vahidi Küveyt dinarlarıdır.  

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin