Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Azərbaycan Respublikası ilə münasibətləri



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə95/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   91   92   93   94   95   96   97   98   ...   229
Azərbaycan Respublikası ilə münasibətləri.  Azərbaycan 
Respublikası ilə  Qətər dövləti arasında diplomatik münasibətlər 
1994-cü ilin 14 sentyabrında yaradılmışdır. Qətər beynəlxalq 
təşkilatlar (BMT, İKT və s.) çərçivəsində Ermənistan 
Respublikasının Azərbaycana qarşı  hərbi təcavüzü ilə bağlı 
qətnamələrin qəbul edilməsində Azərbaycanın mövqeyini daim 
dəstəkləmişdir. Azərbaycan Respublikasının 28 sentyabır 2002-ci il 
tarixli fərmanına  əsasən Respublikamızın Səudiyyə  Ərəbistanındakı 
səfiri eyni zamanda Qətər dövlətində səfir təyin edilmişdir. 
Azərbaycan Respublikasının Prezidenti İlham  Əliyev 2004-cü 
ilin 30 noyabrından dekabrın 1-dək Qətər dövlətinin başçısının dəvəti 
ilə  Qətərdə  rəsmi səfərdə olmuşdur. Səfər zamanı Xarici İşlər 
Nazirlikləri arasında turizm, mədəniyyət, iqtisadi, ticarət və texniki 
sahələrdə  əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. Hazırda iki 
ölkənin rəhbərlikləri arasında mütamadi məktub mübadiləsi aparılır. 
  
 
 
138

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin