143
yanvarında Qətərdə maye yanacaq əldə edilmişdir. İkinci Dünya
müharibəsinin başlanması ilə əlaqədar bütün işlər dayandırılmış və
yalnız 1947-ci ildə neftçıxarma işləri bərpa olunmuşdur. 1949-cu ilin
yanvarında isə 15 min ton neftlə yüklənmiş ilk tanker Qətər
sahillərindən Avropaya yola salınmışdır.
1952-ci ildə «Petroleum development kompani of Katar»
şirkətinin neft-qaz kəşfiyyatı və istismarı hüququnu «Katar petroleum
kompani» (KPK) şirkəti ələ keçirmiş və həmin ilin dekabrında ingilis
şirkəti «Şell» yarımadanın şərq sahilindən şelf bölgəsinin 75 il
müddətilə ona konsessiya verilməsi barədə Qətərin şeyxi ilə
müqavilə imzalamışdır. 1953-cü ildə «Şell-Katar»
neft şirkəti fəal
axtarış işlərinə başladı. Yeddi ildən sonra isə sənaye əhəmiyyətli
zəngin yataqlar kəşf edilmiş və neft çıxarılmasına başlanılmışdır.
1935-ci ildə bağlanan ilk müqaviləyə əsasən xarici şirkətlər
ölkədən çıxarılan hər ton neftə görə Qətər şeyxinə bir dollar verməli
idilər. 1951-ci ildə bu rəqəm 3 dollara çatdırılmış, bir ildən sonra isə
qonşu İranda neft sənayesinin milliləşdirilməsindən qorxuya düşən
KPK «gəlirin bərabər bölüşdürülməsi» Prinsipi ilə razılaşmağa
məcbur olmuşdur.
1973-cü ilin oktyabr hadisələri ilə bağlı maye yanacağın
qiyməti nəinki bir neçə dəfə qaldırılmış,
həm də neft hasil edən Ərəb
ölkələrinin sərvətləri üzərində xarici kapitalın bilavasitə nəzarəti
azalmış, regionun bir sıra ölkələrində isə xarici şirkətlərə məxsus
olan müəssisələrin milliləşdirilməsi prosesi başlanmışdı. Qətər də bu
prosesdən kənarda qalmamışdır.
Xarici neft şirkətləri ilə münasibətlərin dəyişdirilməsi barədə
işgüzar danışıqlara başlayan Qətər bölgü nisbətini öz xeyrinə də-
yişdirməyə nail olur. 1974-cü ilin iyulunda
Qətər əmiri ölkədə baş
Neft Korporasiyasının (Katar Ceneral Petroleum Korporeyşn)
yaradılmasına icazə verir. Bu təşkilata neft sənayesinin bütün
sahələrində fəaliyyət göstərmək, yerli və xarici şirkətlərin səhmlərini
almaq, yeni şirkətlər yaratmaq hüquqları verilir.
1976-cı ildə KPK, 1977-ci ildə isə «Şell of Katar» şirkətlərinin
bütün kapitalı dövlətin əlinə keçir. 70-ci illərin axırlarında neft
siyasəti sahəsində bütün məsuliyyət Qətər Baş Neft Korporasiyasına
tapşırılır. 80-cı illərin əvvəllərində neftin hasilatı, nəql olunması,
saxlanılması, təmizlənməsi, təbii qazın çıxarılması, emalı, satışı, neft-
qaz sənaye müəssisələrinin tikintisinə tam nəzarət
bu təşkilata
144
tapşırılmışdır. 70-ci illərin ortalarından başlayaraq Qətərin neft
ixracatında əldə etdiyi gəlir bir neçə dəfə artmışdır. 1974-1975-ci
maliyyə ilindən başlayaraq Qətər tarixində ilk dəfə olaraq «neft
dollarlarının» böyük bir hissəsi sənaye istehsalının inkişafına və kənd
təsərrüfatının yüksəldilməsinə ayrılır. Ölkənin ÜDM-da sənayenin
payı 49 faiz, xidmət sahələrinin payı 50 faiz, kənd təsərrüfatınin payı
isə 1 faizə bərabərdir.
Dostları ilə paylaş: