135
XVI yüzilliyin əvvəllərində Bəhreynlə birlikdə Qətəri portu-
qaliyalılar, sonra isə türklər işğal edir.
XVIII yüzillikdə Qətər
ərazisində başda Tani feodal şeyx sülaləsi olmaqla kiçik əmirlik
yaradılır. Sonrakı yüzillikdə əmirlik bütün Qətər yarımadasını öz
təsiri altına salır. Qətər əmiri ilə Bəhreyn əmiri əl-Xəlifə arasında
hakimiyyət uğrunda mübarizə başlayır. Bundan istifadə edən
İngiltərə 1868-ci ildə Qətərlə «müttəfiqlik» barədə müqavilə
bağlayır.
Ölkənin formal hakimi türk qubernatoru olsa da, əslində 1878-
ci ildən Qətəri ət-Tani qəbiləsinin başçısı olan şeyx
Kasim ben-
Məhəmməd ət-Tani idarə etməyə başlayır. Şeyx bir-biri ilə
düşmənçilik edən tayfaları barışdırmış və nisbətən müstəqil siyasət
apara bilmişdir. İngilislərin dəfələrlə Şeyx Kasimi İran körfəzində
İngiltərə və Hindistan gəmilərinin qarət
edilməsində təqsirləndiril-
məsinə baxmayaraq o, ömrünün axırınadək (1913) İngiltərənin pro-
tektoratlığını qəbul etməmişdir. Qətərin belə müstəqil siyasət
yeritməsi ilə İngiltərə heç cür razı ola bilmirdi.
İngilislər yaxşı başa düşürdülər ki, Qətərin nisbətən müstəqil
siyasət yeritməsi İran körfəzinin digər əmirliklərinə də «pis təsir»
göstərə bilər. Birinci dünya müharibəsi ərəfəsində Türkiyənin
mövqeyinin zəifləməsindən istifadə edən İngiltərə onu bir sıra
mübahisəli məsələlərin nizamlaşdırılması üzrə danışıqlar
keçirməyə
məcbur etdi. 1913-cü il iyulun 29-da İngiltərə–Türkiyə arasında
bağlanmış müqaviləyə əsasən, Türkiyə Qətər ərazisinə iddiadan
imtina etmiş, yarımadanın əmir və onun varisləri tərəfindən idarə
edilməsinə etiraz etmədiyini bildirmişdi.
Lakin Qətərin müstəqil inkişafı çox çəkmədi. 1916-cı il
noyabrın 3-də Böyük Britaniya Qətər hakimini ingilis
protektoratlığını qəbul etmək barədə müqaviləni imzalamağa məcbur
idi.
Böyük Britaniya İran körfəzi əmirliklərinin hamısını siyasi
cəhətdən özünə tabe etdirməklə qısa müddətdə bu
regionda iqtisadi
mövqeyini gücləndirdi. XX əsrin birinci rübünün axırlarında İran
körfəzi bir növ «Britaniya malikanəsinə» çevrildi. Artıq bu dövrdə
İngiltərə körfəzin məhəlli sularında mirvari ovu, neft kəşfiyyatı və
hasilatı üzrə əmirliklərlə konsessiya müqavilələri imzalamışdır.
1930-cu ildə Qətərdə neft ehtiyatı aşkar olunmuş və İkinci Dünya
müharibəsindən sonra onun çıxarılmasına başlanıldı.
136
İran körfəzi sahili əmirliklərin ərazisindən çıxmağa hazırlışan
Böyük Britaniya gələcəkdə də bu
regionda öz nüfuz dairəsini
saxlamaq üçün əmirliklərdə hakimiyyəti ona sadiq olan sülalələrə
verməyə təşəbbüs göstərirdi. Vəziyyəti sabit saxlamaq məqsədi ilə
rəsmi London əmirliklərin rəhbərlərinə İran körfəzində federal
dövlətin yaradılmasını məsləhət gördü. Federasiyaya 9 əmirlik
daxil
olmalı idi.
İran körfəzi sahili əmirlikləri başçılarının 1969-ci ilin
fevralında keçirilən birgə konfransında keçmiş müqaviləli Omanın 7
əmirliyi, Bəhreyn və Qətər də daxil olmaqla martın 30-da federasiya
yaradılmasını rəsmiləşdirdi. Lakin federasiyanın Ali Şurasının həmin
ilin mayında keçirilən birinci sessiyasında Abu-Dabi və Qətər
əmirlikləri arasında ziddiyyət yarandığından
bu məsələ öz müsbət
həllini tapa bilmədi. Yaranmış vəziyyət Böyük Britaniyanın özünün
federasiyaya qarşı münasibətini dəyişdirir. O, Bəhreyn və Qətərdə
müstəqil dövlət yaratmağa razı olur. Federasiyanın yaradılması
cəhdlərinin baş tutmadığını görən şeyxlər müstəqil dövlət yaratmağa
hazır olduqlarını bildirirlər. 1971-ci ilin sentyabrın 1-də Qətər
müstəqil dövlət elan edilir.
Dostları ilə paylaş: