Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə91/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   87   88   89   90   91   92   93   94   ...   229
İqlimi və hidroqrafiyası. Qətərdə tropikdən subtropikə keçid 
xarakterli iqlim hakimdir. Ölkədə bütün ilboyu havalar isti və 
rütubətli keçir. Yayda üzücü istilər olur. İyul-avqust aylarının orta 
temperaturu 44 dərəcə olsa da, Ərəbistan və  İranın səhra və 
yarımsəhralarından gələn hava axını temperaturun əksər hallarda 50 
dərəcəyədək yüksəlməsinə səbəb olur. Qışda temperatur aşağı düşür. 
Dekabr və fevral aylarının orta temperaturu 10-20 dərəcə arasında 
tərəddüd edir. 
Yay və  qış aylarında gündəlik temperatur fərqi 10 dərəcəyə 
çatır. Qətərdə ilin on ayında  şimal-qərb (yerli əhali bunu «şemal» 
küləkləri adlandırır) küləkləri  əsir. Bu küləklər qışda yağıntı, yayda 
isə qonşu  ərazilərin səhra və yarımsəhralarından toz və qum gətirir. 
Yağıntı mövsümü noyabrdan başlayır və marta qədər davam edir. İlin 
başqa vaxtlarında yağıntı düşmür. Ölkənin cənubunda il ərzində 
düşən yağıntıların miqdarı 60 mm, şimalına isə 130 mm-dir. 
Yağıntılar noyabrdan marta qədər olan dövrdə  də qeyri-bərabər 
düşür. Bəzən bütün ilboyu düşən yağıntı bir-iki gün ərzində düşür. 
Qətərdə çay, göl və digər yerüstü su mənbəyi yoxdur. Ərazidə 
kiçik quru yataqlar (vadilər) vardır. Yağışlardan sonra su ilə dolan bu 
vadilərdəki su ya tezliklə buxarlanır, ya da torpağa hopur. Paytaxtın 
yaxınlığında yerləşmiş  Məşrib ölkənin  ən böyük vadisidir. Qətərdə 
yeraltı suların əhəmiyyəti böyük olsa da, bu sərvət tükənmək üzrədir. 
Ölkənin  şimalı  cənuba nisbətən yeraltı sularla yaxşı  təchiz 
olunmuşdur.  Şimalda yeraltı sular atmosfer mənşəli olduğundan 
şirindir. Cənuba getdikcə yeraltı sular həm  şorlaşır, həm də onların 
debiti azalır. 
XX yüzilliyin əvvəllərində ölkədə 25 min əhali yaşayan zaman 
20-30 su quyusu olduğu halda, 50-ci illərdə 286, 60-cı illərdə 433, 
70-ci ildə 1205, 1980-cı ildə 1589 artezian quyusu qazılmışdır. Buna 
 
134
uyğun olaraq çıxarılan suyun miqdarının artmasına baxmayaraq 70-ci 
illərin ikinci yarısından «su qıtlığı» daha kəskin problemə çevrilir. 
Qətər hökuməti dəniz suyunun təmizlənməsinə də xüsusi fikir verir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin