Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Sənayenin aparıcı sahələri



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə84/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   80   81   82   83   84   85   86   87   ...   229
Sənayenin aparıcı sahələri.  Ölkə iqtisadiyyatının və onun 
maliyyə  gəlirinin  əsasını neft sənayesi təşkil edir. Neft yataqlarının 
ötən  əsrin 30-cu illərində  kəşf edilməsinə baxmayaraq, onun hasi-
latına yalnız 1946-cı ildə başlanılmışdır. Neft çıxarılması, nəql 
edilməsi və satılması  hələ 1934-cü ildə yaradılan ABŞ  və  İngiltərə 
kapitalının nəzarəti altında olan «Küveyt oyl Kompani» şirkətinin 
əlində idi. 1948-ci ildə ABŞ-ın «Aminoyl» şirkəti «Birtərəf bölgə» də 
və Küveytə  məxsus bir sıra adalarda neft kəşfiyyatı  və  çıxarılması 
işlərinə başlayır. 1960-cı ildən milli «Küveyt neşnl petroleum kom-
pani»  şirkəti yaradılır. Ölkədə neft çıxarılması  və onun ixracatı 
üzərinə dövlət nəzarəti tədricən artır. Ölkənin siyasi müstəqillik əldə 
etdiyi onillikdə neft hasilatı tədricən artmış və 1972-ci ildə ən yüksək 
səviyyəsinə (165 mln. ton) çatmışdır. Neft hasilatının artması nəinki 
onun böyük ehtiyatı, həm də onun əlverişli təbii-geoloji şəraiti (səthə 
yaxın yerləşməsi, buruqların fontan vurması, yəni neftin yığılma 
məntəqələrinə boru kəmərləri vasitəsilə öz-özünə axması  və s.) və 
bununla da hasilahatın maya dəyərinin olduqca aşağı olması ilə izah 
olunur. 
Nəzərə almaq lazımdır ki, ölkədə fəaliyyət göstərən xarici neft 
şirkətləri başlıca olaraq daha zəngin yataqları istismar etməyə  cəhd 
göstərirdilər.  Bu  da  az  vəsait sərf etmək və  zəruri texniki tədbirləri 
həyata keçirmədən neft hasilatını artırmağa imkan verirdi. 
Küveyt öz təbii sərvətlərinin tam sahibi olandan sonra, 
hökumət bir tərəfdən neft hasilatının azaldılmasına, digər tərəfdən isə 
xam neftin ixracatının neft məhsulları ilə əvəz edilməsinə yönəldilən 
siyasət aparmışdır. Nəticədə 1973-cü ildən 1987-ci ilə  qədər neft 
hasilatı bir qədər azalmışdır. Neft ixracatının  əhəmiyyətli dərəcədə 
azalmasına baxmayaraq, dünya bazarında neftin qalxması ilə 
əlaqədar onun ixracatından əldə edilən gəlir artmışdır. 
Ölkədə  hər il təqribən 100 mln. ton neft hasil olunur. 
Məlumdur ki, dünya bazarında xam neftin qiyməti, neft məhsullarına 
nisbətən 4-5 dəfə ucuzdur. Bununla əlaqədar Küveyt neft ixracatın-


 
125 
dan  əldə etdiyi vəsaitin  əhəmiyyətli hissəsini ölkə neftinin emalı  və 
neft-kimya sənayesinin yaradılmasına istiqamətləndirmişdir. Ölkənin 
ilk neft təmizləmə müəssisəsi 1949-cu ildə Mina əl-Əhmədi 
şəhərində tikilmişdir. 1986-cı ildə bu müəssisənin istehsalat gücü 
xeyli genişləndirilmişdir. 1958-ci ildə Mina-Abdulla və 1968-ci ildə 
Əş-Şüeyb neft emalı zavodu tikilmişdir. 
Küveytdə  fəaliyyətdə olan neft emalı müəssisələrinin ümumi 
gücü 45 mln. tondur. Neft emalı zavodları avtomobil, təyyarə, mü-
hərrik yanacaqları, bir sıra sürtkü yağları  və s. istehsal edir. Başqa 
sözlə desək, yüksəkkeyfiyyətli texnika və müasir texnologiya ilə 
təchiz edilən neft emalı müəssisələri təbii xammalı kompleks şəkildə 
emal edir. 
Təbii qaz Küveytin ikinci mühüm sərvətidir və  əsasən neftlə 
birgə çıxarılır. Qaz istehsalı 1961-ci ildə 0,98 mlrd. kub m-dən 2003-
cü ildə 11,0 mlrd. kub m-ə çatdırılmışdır. Qazı «Küveyt oyl kom-
pani» və «Arabiyen Oyl» şirkətləri çıxarır. Mina əl-Əhmədi,  Əş-
Şüeyb, Mina-Abdulla şəhərlərindəki emal müəssisələrində istehsal 
olunan propan, butan, mayeləşdirilmiş qaz əsasən ixrac olunur. 
Emaledici sənayedə neft-kimya, xüsusilə inkişaf etmişdir. Bu 
sahə başlıca olaraq ölkənin dövlət bölməsi çərçivəsində yaradılmış və 
inkişaf etməkdə davam edir. Ötən  əsrin 70-ci illərində dünya baza-
rında neftin qiymətinin qalxmasından sonra neft-kimya sənayesi daha 
sürətlə inkişaf etmişdir. İlk növbədə Əş-Şüeyb və Mina əl-Əhmədidə 
fəaliyyət göstərən neft-kimya müəssisələri yenidən qurulmuş və yeni 
müəssisələr tikilmişdir. Bu müəssisələrdə xammal kimi əsasən 
tərkibində etan və propan olan neftlə yanaşı çıxan qaz, həm də neft 
emalı nəticəsində əldə edilən qazdan istifadə olunur. 
Küveytin iqlim şəraitinin xüsusiyyətləri, yəni tarixən mövcud 
olan içməli «su qıtlığı» ölkədə iqtisadiyyatın xüsusi sahəsinin – dəniz 
suyunun təmizlənməsi üzrə təmizləyici qurğular ölkə iqtisadiyyatının 
mühüm sahəsidir.  İlk su təmizləyici qurğu 1950-ci ildə Mina əl-
Əhmədidə, sonralar isə əş-Şüeyb və əş-Şüveyxdə tikilmişdir. Ölkənin 
paytaxtında həm də çirkab suların təmizlənməsi üçün dörd zavod 
fəaliyyət göstərir. Çirkab sular təmizləndikdən sonra onlardan əkin 
sahələrininin suvarılmasında, landşaftın yaşıllaşdırılmasında geniş 
istifadə edilir. Təmizləyici qurğuların sayının və gücünün artırılması 
elektrik enerji istehsalı ilə sıx əlaqədardır. 
1970-ci ilə  qədər Küveytdə elektrik enerjisi neft və qaz 
 
126
əsasında işləyən istilik elektrik stansiyalarında istehsal olunurdu. 
1970-ci ildən isə su təmizlənərkən elektrik enerjisi alınmasına 
başlanılmışdır. Hazırda ölkədə  hər il 19-20 mlrd. kv / saat elektrik 
enerjisi istehsal olunur. 
Son illər ölkədə günəş enerjisinə maraq artır. 1980-ci ildə 
Sülaybitəhdə günəş enerjisi ilə  işləyən elektrik stansiyası 
yaradılmışdır. Enerjinin bu növü Küveytin iqlim şəraiti üçün, 
xüsusilə, əlverişlidir. Hesablamalara görə ölkə ərazisinin cəmi 1,0%-
ində günəş enerjisinin toplanması (akkumulyasiyası) hər birinin gücü 
1 min MVT olan onlarla elektrik stansiyalarına bərabər olardı. 
İqtisadiyyatın sürətli inkişafı, sənayeləşdirilmə, kənd 
əhalisininin  şəhərlərə köçməsi,  şəhərlərin genişləndirilməsi və yeni 
şəhərlərin salınması, infrastruktur sahələrinin yaradılması milli tikinti 
sənayesinin yaradılmasına və sürətli inkişafına səbəb olmuşdur. 
Ölkədə  həyata keçirilən tikinti işləri, xüsusilə  şəhər 
tikintilərinin, liman təsərrüfatının genişləndirilməsi, yaşayış 
məntəqələri yerləşən sahil bölgəsinin yenidən qurulması, yeni sənaye 
obyektlərinin tikintisi və s. həddindən artıq tikinti materialları  tələb 
edir ki, bunu da nə yerli istehsal, nə də idxal hesabına ödəmək müm-
kün deyildi. Buna görə  də ölkə tikinti materialları istehsalını 
gücləndirmək məqsədi ilə tikinti sənayesinin inkişafına daha böyük 
miqdirda vəsait ayırmağa məcbur olmuşdur. Xüsusilə  İraq-Küveyt 
müharibəsində dağıdılmış Küveyt şəhərlərinin bərpası üçün daha çox 
tikinti materialları  tələb olunmuşdur. Bu məqsədlə qonşu  ərəb 
ölkələri, xüsusilə  BƏƏ Küveytə tikinti materialları ixracatını 
artırmışdır. 
«Neft erasına» qədər yüngül və yeyinti sənayesinin  əsasını 
çoxlu sayda kiçik müəssisələr və emalatxanalar təşkil edirdi. Bu 
müəssisələrin  əksəriyyəti demək olar ki, şəhərlərdə, ilk növbədə 
paytaxt mahalında yerləşirdi. Ötən əsrin 70-ci illərində bu sahələrdə 
xüsusi bölmənin fəaliyyətini gücləndirmək üçün dövlət bir sıra 
tədbirlər həyata keçirmişdir. Məsələn, yüngül və yeyinti sənaye 
müəssisələrinin tikintisi üçün ayrılan torpaq sahələri güzəştli 
qiymətlə verilmiş, onlar üçün zəruri olan infrastruktur sahələrinin 
tikintisini dövlət öz üzərinə götürmüş, sahibkarları  bəzi vergilərdən 
azad etmiş  və onlara aşağı faizlə kredit vermişdir. Belə  şəraitdə 
yüngül və yeyinti sənaye sahələrinin müəssisələrinin sayı sürətlə 
artmışdır.  İndi ölkədə bir neçə iri toxuculuq və tikiş fabriki, dəri 


 
127 
məmulatları, ayaqqabı istehsal edən müəssisə  fəaliyyət göstərir. 
Sintetik lif, polietilen, çit məhsulları istehsalı Küveytin yüngül 
sənayesinin yeni sahələridir. Yeyinti sənayesinin 400-dən artıq 
müəssisəsində un, çörək,  şirniyyat, süd, spirtsiz içki, süni buz və 
dondurma və s. istehsal edilir. 
Digər sənaye sahələri başlıca olaraq məişət metal məmulatları 
və  ağac emalı müəssisələri, metal boru, şüşə, avtomobil şinləri, 
sabun, kağız, dəftərxana məmulatları istehsal edən müəssisələr ilə 
təmsil olunur. İrili-xırdalı belə müəssisələrin sayı bir neçə minə 
çatmışdır. 
Ölkənin sənaye müəssisələrinin böyük əksəriyyəti 
sənayeləşdirilmiş  Əş-Şüeyb bölgəsində  cəmlənmişdir.  Əş-Şüeyb 
sənaye bölgəsinin yaradılmasına ötən əsrin 60-cı illərində başlanmış 
və 70-ci illərinin ortalarında başa çatmışdır. Hazırda  Əş-Şüeyb iki 
bölgədən – ümumi sahəsi 10 kv. km olan və paytaxtdan 44 km 
cənubda yerləşən Şərq (Əş-Şüeyb sənayeləşdirilmiş bölgə) və ümumi 
sahəsi 13 kv. km olan və paytaxtdan 50 km cənubda yerləşən Qərb 
(Mina əl-Əhmədi sənayeləşdirilmiş bölgə) hissələrdən ibarətdir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin