Microsoft Word Yaxin ve orta serq olkeleri doc


 Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə81/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   77   78   79   80   81   82   83   84   ...   229
3. Əhalisi və şəhərləri. Paytaxtın qısa səciyyəsi 
 
Əhalisinin sayına görə region ölkələri içərisində 14-cü 
yerdədir. 1957-ci ildə ölkədə 995 min, 2005- ci ildə isə 2,3 mln nəfər 
 
120
əhali yaşayırdı. Ölkə əhalisinin 60 faizi başqa ölkələrdən gələnlərdir. 
Küveytdə digər ərəb ölkələri, Pakistan, Hindistan və Asiyanın başqa 
ölkələrindən olan immiqrantlar çoxdur. 
 Əhalinin təbii artım sürəti 1957-ci ildə 11 faizdən 2005-ci ildə 
3,0 faizə  qədər azalmışdır. «Ailənin planlaşdırılması» adlı demo-
qrafik siyasət aparan «üçüncü dünya» dövlətlərindən fərqli olaraq 
Küveyt uşaq doğumunu artırmaq məqsədi ilə müxtəlif tədbirlər 
həyata keçirir. Proqnozlara görə 2015-ci ildə ölkə əhalisinin sayının 
3,4 mln. nəfərə çatması gözlənilir. 
1930-cu ildə Küveytdə neft yataqlarının kəşfi və xüsusilə 
İkinci Dünya müharibəsindən sonra onun istismarına başlanılması 
ölkəyə digər ölkələrdən, əsasən müsəlman dövlətlərindən əhali axın-
ına səbəb olur. Hazırda ölkə  əhalisinin 90 faizi yerli və  gəlmə 
ərəblərdir. Lakin immiqrant ərəblərin uşaqları Küveytdə doğulsalar 
da, həmin ölkənin vətəndaşı sayılmırlar, Küveytdə yaşayan im-
miqrantların hüquqları o qədər də geniş deyil. 
Küveyt  əhalisinin orta ömür müddəti 77 yaşdır (kişilər üçün 
76, qadınlar üçün 78). Küveyt hökuməti  əhalinin oturaq həyata 
keçməsi üçün gördüyü tədbirlər nəticəsində ölkədə köçərilərin sayı 
kəskin sürətdə azalmışdır
*
. Ölkə əhalisinin təqribən 1 faizi köçəridir. 
Küveytdə  rəsmi dövlət dili ərəb dilidir. Ziyalılar arasında və 
işgüzar dairələrdə ingilis dili geniş yayılmışdır. 
Hakim din İslam dinidir. Əhalinin 95 faizi islam dininə, o 
cümlədən, 70 faizi sünni, qalanı isə şiə məshəlinə etiqad edir. 
Ölkənin ictimai-siyasi və mədəni həyatında islam dini olduqca 
böyük rol oynayır. Dövlətin başçısı eyni zamanda Küveyt 
müsəlmanlarının ali ruhani rəhbəri hesab edilir. Bütün dövlət 
ümumtəhsil məktəblərində Quran və şəriət qanunları öyrədilir. Küvet 
universitetində islam fakültəsi fəaliyyət göstərir. Bununla yanaşı bəzi 
küveytlilər özlərini dini təhsillərini dünyanın  ən iri müsəlman 
                                      
*
 Küveytdə  əhalinin oturaq həyata keçməsi digər ölkələrlə müqayisədə 
hökumətin məcburiyyəti nəticəsində baş verir. Ölkənin neft mədənlərində 
əmək ehtiyatlarının çatışmaması,  əhalinin müəyyən hissəsinin isə köçəri 
həyat tərzi sürməsi Küveyt hökumətini qısa müddət  ərzində neftdən gələn 
gəlir hesabına sosial imkanları genişləndirməyə məcbur edir. Oturaq həyata 
keçməyə  həvəsi olmayan bədəvilərin  əksəriyyəti müasir evlərlə  təmin 
edilərək daimi işə cəlb olunur. 


 
121 
universitetlərində, məsələn, Misirin məşhur əl-Əzhar universitetində, 
Məkkənin ali ruhani məktəblərində artırırlar. 
Küveytdə yaşlı əhalinin 85 faizi savadlıdır. Dünyanın hər hansı 
ölkəsindən asılı olmayaraq orada təhsil alan küveytli gəncin təhsil 
xərcini dövlət öz üzərinə götürür. 
Küveyt beynəlxalq və regional təşkilatlarda, xüsusilə  İslam 
Konfransı Təşkilatı (İKT) və İslam İnkişaf Bankının (İİB) işində fəal 
çıxış edir. İKT-nin başlıca vəzifəsi islamı müdafiə etmək və 
müsəlmanlar arasında həmrəyliyi gücləndirməkdir.  İİB müsəlman 
dövlətlərinin iqtisadi və sosial tərəqqisinə köməklik məqsədi ilə 
yaradılmışdır. Küveyt 1963-cü ildən BMT-nin üzvüdür. 
İmmiqrasiya prosesinin sürətli inkişafı sayəsində əhalinin ölkə 
üzrə sıxlığı da sürətlə artır. Hazırda Küveyt Ərəbistan yarımadasının 
sıx məskunlaşan ölkələrindən birinə çevrilmişdir. Bununla yanaşı 
əhali ölkə üzrə olduqca qeyri-bərabər məskunlaşmışdır.  İran körfəzi 
sahilində,  əsasən  Əl- Küveyt şəhəri və onun ətrafında, dənizsahili 
qəsəbələrdə, neft mədənləri bölgələrində əhali daha sıxdır. Məsələn, 
paytaxt mahalında əhalinin 1 kv. km-də sıxlığı 2500-2700 nəfər təşkil 
edirsə,  əl-Əhmədi və  Cəhrə  əyalətlərində bu göstərici 600 və 300 
nəfərdir. İşləyən əhalinin çoxu xidmət sahələrində, tikinti və sənayedə 
(xüsusilə neftçıxarmada) çalışır.  
1970-ci ilə qədər Küveytdə əmək ehtiyatları «qıtlığı» mövcud 
olduğu halda neft istehsalının azalması ilə  əlaqədar olaraq işsizlərin 
sayı artır. Küveyt hökuməti ölkəyə immiqrant axınını 
məhdudlaşdırmaq məqsədilə bir sıra qanunlar qəbul etmişdir. Küveyt 
dövlətinin təbəəliyinə keçmək (xüsusilə qeyri-ərəb mənşədən olanlar 
üçün) çox çətindir. 
Ölkə əhalisinin 80 faizi şəhərlərdə yaşayır. Ən böyük şəhərləri 
əl-Küveyt, Mina əl-Əhmədi,  əs-Salamiyyə,  əl-Cəhrə  və Mina-
Səuddir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin