Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə77/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   73   74   75   76   77   78   79   80   ...   229
İqlimi və hidroqrafiyası. Subtropik zonada yerləşən Küveytin 
iqlimi üçün il boyu yüksək temperatur və yağıntıların az düşməsi 
səciyyəvidir. Yanvar ayının orta temperaturu müsbət 11
0
C, iyulunki 
isə 34
0
C-dir. Qışda orta aylıq temperatur 5-13 dərəcə arasında 
tərəddüd edir. Nadir hallarda temperatur 0
0
C-yə enir. Şimal-qərb 
küləklərinin rütubətli cənub-qərb küləkləri ilə əvəz olunduğu hallarda 
isə  qış aylarında temperatur 20
0
C-dən yuxarı olur. Baharda Küveyt 
üzərində  əs-Suheyl adlanan isti cənub-qərb küləkləri hakim olan 
zaman havanın temperaturu 40
0
C-dək yüksəlir. Bir neçə saat davam 
edən bu küləklər zamanı göyün üzü qum və toz buluduna bürünür. 
Yazın axırlarında yerli əhalinin «Əs-Sarayt» adlandırdığı qum 
tufanları baş verir. Günün ikinci yarısı və çox zaman gecə başlayan 
bu tufanlardan sonra qısa müddətli leysan yağışlar yağır. Yay fəslinin 
əvvəlləri çox quraq keçir. Yay mövsümündə Ərəbistan yarımadasının 
 
114
səhra və yarımsəhralarından əsən səmum
*
 küləkləri narın qumları və 
tozu havaya qaldıraraq İran körfəzi sahillərinə qovur və temperaturu 
44-46
0
C, bəzən isə 50 dərəcəyədək qaldırır. Səmum küləkləri əsərkən 
Küveytdə dövlət müəssisə  və idarələri ancaq səhər və axşam, hava 
nisbətən sərin olan vaxtlarda işləyirlər. Yayın axırlarında Küveyt 
üzərində  şərq və  cənub-şərq küləkləri hakim olur və havada mütləq 
rütubətlilik artır. Payızda havalar sərinləşməyə başlayır və temperatur 
20-25 dərəcə arasında dəyişir. Küveytə yağıntı nadir hallarda düşür 
və illik miqdarı 100-200 mm-dən artıq olmur. Yağmursuz keçən 
illərdə isə 30 mm yağıntı düşür. Yağıntıların fəsillər üzrə paylan-
masında da fərqlər böyükdür. Yağıntılar  əsasən qış mövsümündə 
olur. Bəzən il boyu düşən yağıntı cəmi bir neçə günün ərzində düşür. 
Küveyt yerüstü sulardan məhrum olan ölkələrdəndir. Ölkədə 
yalnız qış mövsümündə müvəqqəti axara malik vadilər mövcud olur. 
Yağmursuz dövrlərdə vadilər tamamilə quruyur. Küveytə içməli su 
uzun illər  İraqdan axan Şətt-əl-Ərəb çayından xüsusi qayıqlarla 
daşınırdı. Əhalinin içməli suya olan tələbatı artdıqca onun müntəzəm 
daşınması çətinləşirdi. Küveyt yeraltı sularla zəngindir. Yerli əhalinin 
yeraltı sulardan istifadə vərdişlərinin olmasına baxmayaraq bu suların 
həddindən artıq duzlu olması onun istər məişətdə, istərsə  də suvar-
mada istifadə olunmasını  məhdudlaşdırır. Qızmar iqlim və suyun 
çatışmaması çox qədimlərdən  İran körfəzi sahilində belə bir xalq 
məsələnin geniş yayılmasına səbəb olmuşdur: «Duzlu suyu olan çay 
bir səhəng içməli sudan ucuzdur». Hazırda müasir texnoloji üsullarla 
İran körfəzi sahillərində  dəniz suyunun təmizləməklə  əhalinin və 
təsərrüfatın suya olan ehtiyacı ödənilir. 
 Torpaq və bitki örtüyü.  İqlimin quraq, su ehtiyatının 
məhdud olması ölkədə torpaq və bitki örtüyünün zəif inkişaf 
etməsinə  səbəb olmuşdur.  Şimalda çınqıllı, mərkəz və  cənub 
bölgələrində qumlu səhra torpaqları yayılmışdır. Yeraltı suların səthə 
çıxdığı yerlərdə – vahələrdə xurma ağacları üstünlük təşkil edir. 
Səhralarda dəvətikanı, yovşan, dəvəqulağı (süpürgə), sahil zonada 
yulğun bitir. Küveytdə akasiyanın müxtəlif növləri və curcub
*
 geniş 
                                      
*
 Səmum – «samma» felindən götürülmüşdür. «Zəhərlənmək» mənasını 
bildirir. 
*
 Curcub – çətirli, yarpaqları qoşa tikanlı ağacdır. 


 
115 
yayılmışdır. Səhraların flora aləmi qış mövsümündə simasını 
tamamilə dəyişir və qum üzərində «yaşıl xalça» kimi sərilir. Səhranın 
əlvan güllər açan ot bitkiləri (efemerlər) cəmi 5-6 həftə ömür sürür və 
günəş şüalarının yandırıcı təsiri ilə quruyur. 
Fauna aləmi kasıbdır. İran körfəzi sahili ovalığında çəyirtkə və 
quşlar çoxdur. Kənd təsərrüfatına böyük ziyan verən çəyirtkələrin 
yayılmasının qarşısı müxtəlif kimyəvi maddələrin tətbiqi ilə alınır. 
Küveytin sahil suları balıqla zəngindir.  İran körfəzində mollyusk, 
xərçəng də ovlanır. 
 Küveyt  təbiətinin qeydinə qalan, ona biganə olmayan 
dövlətdir. Səhra landşaftı ekoloji baxımdan çox həssas və tez pozulan 
bir landşaft olduğundan ona qarşı daima diqqətli olmaq lazımdır. 
Körfəzdə baş vermiş müharibələr, xüsusilə  İraqla müharibə  nəti-
cəsində başqa sahələrdə olduğu kimi ekologiya sahəsinə böyük ziyan 
dəymişdir. Dövlət bu ziyanı aradan qaldırmaq üçün müəyyən 
tədbirlər həyata keçirir. 
 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin