Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Ölkənin qısa tarixi, idarəolunma sistemi



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə78/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   74   75   76   77   78   79   80   81   ...   229
2. Ölkənin qısa tarixi, idarəolunma sistemi  
və Azərbaycan Respublikası ilə münasibətləri 
 
Küveytin qədim və orta əsrlər tarixi zəif tədqiq olunmuşdur. 
Eramızdan  əvvəl III minillikdə müasir Küveyt ərazisi Dilmun ad-
lanan dövlətin tərkibinə daxil idi. Dilmun mədəniyyətinin izləri 
Feyləkə adasında aşkar olunmuşdur. Küveytin qədim tarixi Babilis-
tan, Assuriya, Finikiya və  Ərəbistan yarımadasının  şimal-şərqində 
mövcud olmuş qədim ərəb dövlətlərinin tarixi ilə bağlıdır. Sasanilər 
dövlətinin inkişafı dövründə İran körfəzi ərəblər və iranlılar arasında 
mübarizə meydanına çevrilir. 
XVI  əsrin başlanğıcında  İran körfəzi sahillərində ilk avropalı 
müstəmləkəçilər – portuqaliyalılar peyda olmuşlar. Yerlilərlə 
müqayisədə daha yaxşı silahlanmış portuqaliyalılar Bəhreyni və İran 
körfəzinin qərb sahillərinin digər  əmirliklərini zəbt edə bilsələr də 
əhalisi Bəni Xaled tayfasının ətrafında birləşən Küveyti özlərinə tabe 
etdirə bilməmişlər. Portuqaliyalılara qarşı mübarizədə  Bəni Xaled 
tayfasının başçıları Osmanlı imperiyasının köməkliyindən istifadə 
edirlər. 
XVII əsrin əvvəllərində İngiltərə, Fransa və Hollandiyanın İran 
körfəzinə daxil olması Küveytdə 
vəziyyəti daha da 
 
116
mürəkkəbləşdirmişdir. Bu bölgədə  rəhbərliyə  İran dövləti də iddia 
edirdi. Bu ölkələr arasında gedən mübarizələr nəticəsində (XVII əsrin 
ortalarında) Küveyt Türkiyənin nəzarəti altına düşür və  Əl-Həsa, 
Cənubi İraq, Bəhreyn ilə birlikdə o, Bəsrə vilayətinin tərkibində Os-
manlı imperiyasına qatılır. Vahid Küveyt əmirliyinin yaranması 
XVIII yüzilliyin ortalarına təsadüf edir. Bu ərazidə yaşayan və daim 
bir-birilə mübarizə aparan qəbilə başçıları Səbah ibn Caber əs-Səbahı 
(1756–1762) özlərinin əmiri elan edirlər. Səbahlar sülaləsinin başçısı 
Küveyt  ərazisində yaşayan tayfaları birləşdirərək müstəqil Küveyt 
əmirliyini yaradır, 1760-cı ildə  əmirliyin mərkəzi hesab edilən  əl-
Küveyt  şəhəri hasara alınır və ölkə miqyasında dəniz ticarətinin 
mühüm mərkəzinə çevrilir. 
Küveytin  əlverişli coğrafi mövqeyi İslam və  Şərq ölkələrinə 
can atan İngiltərənin marağını daha çox cəlb edir. 1776-cı ildə  əl-
Küveyt limanına Ost-Hind ingilis şirkətinə  məxsus ilk gəmi daxil 
olur. İngiltərə Küveytlə «dostluq münasibətləri» yaratmağa nail olur. 
Napaleonun Misir yürüşünü (1798–1801) və  Səudilər dövlətinin 
güclənməsini bəhanə edən İngiltərə İran körfəzi bölgəsində öz dayaq 
məntəqələrini və dəniz bazalarını yaratmağa başlayır. 
XIX  əsrin birinci yarısında  İngiltərə bilərəkdən  İran körfəzi 
rayonunda yerli əhəmiyyətli müharibələr törədir. Nəticədə  İngiltərə 
bir sıra  əmirliklərlə (Məsqət, Bəhreyn, Oman) özünün mənafeyini 
güdən müqavilələr bağlamağa, 1899-cu ilin 23 yanvarında isə 
Küveytlə gizli müqavilə imzalamaqla ölkə üzərində tam nəzarəti ələ 
keçirməyə nail olur. 1914-cü ilin noyabrında isə Küveyt «Britaniya 
protektoratlığı altında müstəqil əmirlik» elan edilir. 
Birinci Dünya müharibəsi illərində Küveyt İngiltərənin tam 
nəzarəti altında olmuşdur. O vaxtlar Nəcd əmirliyi ilə bir neçə dəfə 
baş vermiş silahlı toqquşmalarda Küveyti müdafiə edən İngiltərə onu 
özündən tam asılı  vəziyyətə salmış  və ölkə  əslində onun 
müstəmləkəsinə çevrilmişdir. 
İkinci Dünya müharibəsindən sonra Küveytdə milli-azadlıq 
hərəkatının qüvvətlənməsi Böyük Britaniyanın protektoratlıq barədə 
imzaladığı müqaviləni ləğv etməyə məcbur idi. 1961-ci il iyunun 19-
da Küveyt müstəqil dövlət elan olunur. Müstəqil dövlət elan olun-
duğu vaxtdan 70-ci illərə  qədər Küveytdə daxili siyasi vəziyyət 
qeyri-sabit idi. İraqın Küveytin müstəqilliyini tanımaması «Küveyt 
böhranı» adlanan problemin yaranmasına səbəb olur. Bundan istifadə 


 
117 
edən  İngiltərə Küveytə  hərbi qüvvə  çıxarır və  İran körfəzi 
sahillərində yerləşən digər  ərəb ölkələrinin daxili işlərinə müdaxilə 
etməyə başlayır. 
 1961-ci ilin avqustunda Ərəb Ölkələri Cəmiyyəti Küveytin 
müstəqilliyini qorumaq məqsədilə oraya öz ordusunu göndərir. 
İngiltərə ordusu Küveytdən rəsmi olaraq geri çağrılır. 1963-cü ildə 
isə Ərəb Ölkələri Cəmiyyətinin qoşunları Küveytdən çıxarılır. Daxili 
vəziyyətin kəskinləşdiyini görən Küveyt hökuməti bir sıra tədbirlər 
həyata keçirməyə başlayır. Xüsusi bölməni genişləndirir, qarışıq 
şirkətlər yaradır, neft ixac edən ölkələr təşkilatının (OPEK) 
fəaliyyətində fəal iştirak edir, Ərəb Şərqində iri bank mərkəzlərindən 
birinə çevrilir. 
Küveytin hakim dairələri xarici siyasət sahəsində  də 
fəaliyyətlərini genişləndirməyə başlayır. Misir-Səudiyyə  Ərəbistanı, 
Səudiyyə  Ərəbistanı-İraq, Səudiyyə  Ərəbistanı-İran arasında mü-
nasibətlərin normal hala salınmasında iştirak edir, Asiya və Afrika 
ölkələri ilə  əlaqələr yaratmağa başlayır.  İsrailin təcavüzündən zərər 
çəkmiş  Misir,  Suriya  və Ürdinə maliyyə yardımı göstərir. 1980-cı 
illərdə İran və İraq arasında baş verən münaqişə Küveyti də narahat 
edir və 1981-ci ildə  İran Körfəzi  Ərəb Dövlətlərinin  Əməkdaşlığı 
Şurası yaradılır. 
1990-cı ilin iyul ayında Küveyt ilə  İraq arasında 
münasibətlərdə gərginlik son həddə çatır. Gərginliyi törədən səbəblər 
dünya bazarında Küveyt tərəfindən neftin qiymətinin aşağı salınması 
və bununla da İraqın zəiflədilməsinə yönəldilmiş ABŞ-sionist qəsdini 
həyata keçirmək cəhdləri İraq-Küveyt arasında sərhəd münaqişəsi və 
s. idi. Göstərilən və digər səbəblər 1990-cı il avqustun 2-də  İraqın 
Küveytə qarşı  təcavüzünə  səbəb olur və Küveyt İraqın 19-cu 
mühəfəzəsi (əyaləti) elan edilir. 1991-ci ilin əvvəllərində  İraq ilə 
Küveyt, daha doğrusu ABŞ-ın rəhbərlik etdiyi çoxmillətli qüvvələr 
ilə  İraq arasında müharibə başlanır. 42 gündən sonra İraq ordusu 
Küveytdən çıxarılır və Küveytin müstəqilliyi yenidən bərpa olunur. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin