Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Səth quruluşu və faydalı qazıntıları



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə76/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   72   73   74   75   76   77   78   79   ...   229
Səth quruluşu və faydalı qazıntıları. Küveytin səthi qumlu 
və daşlı (xüsusilə qərbdə) səhralarla örtülüdür. Çox da yüksək olma-
yan səhra yaylası  şərqə doğru getdikcə alçalır, sahil xəttində isə 
bataqlaşmış ovalıqlara çevrilir. Ovalığın ayrı-ayrı hissələri, dəniz su-
larının buxarlanması  nəticəsində  əmələ  gələn  şoranlıqlar ilə tutul-
muşdur. Səth quruluşuna görə ölkə  ərazisi materik yüksəkliyi
mərkəzi təpəliklər və sahil düzənliyi təbii bölgələrinə ayrılır. 
Materik yüksəkliyi təbii bölgəsi dəniz səviyyəsindən 200-300 m 
hündürlükdə olub, ölkənin cənub-qərbini  əhatə edir. Materik 
yüksəkliyi  şimal-qərbdə  İraq sərhəddinə  qədər uzanan əl-Batin 
vadisinə qovuşur. 


 
113 
Mərkəzi təpəliklər təbii bölgəsi nisbətən geniş sahəni  əhatə 
edərək  şimal-qərbdən cənub-şərq istiqamətində uzanır. Bu isə 
hündürlüyü 25-30 m olan maili təpəliklər və çox saylı quru vadilər ilə 
səciyyələnir. Mərkəzi təpəliklər təbii bölgəsi cənub-şərqdə qumlu 
sahillərlə əvəz olunur. 
Sahil düzənliyi təbii bölgəsi Səudiyyə  Ərəbistanı  ərazisində 
yerləşən  əl-Həsa ovalığının davamıdır. Düzənliyin səthi qumla ör-
tülüdür, sahil xətti kəskin parçalanmışdır. Qabarma vaxtı düzənliyin 
xeyli hissəsini su basır, Küveyt körfəzi sahillərindən  şimalda isə 
geniş sahədə şoranlıq əmələ gəlmişdir. 
Geoloji baxımdan Küveyt ərazisi Ərəbistan platformasının bir 
hissəsidir. Bu ərazilərdə  zəngin neft-qaz ehtiyatı toplanmışdır. Neft 
ehtiyatına görə (13,0 mlrd. t, dünya ehtiyatının 10 faizi) Küveyt re-
gion ölkələri arasında Səudiyyə  Ərəbistanı  İran və  İraqdan sonra 
dördüncü yeri tutur. Müasir neftçıxarmanın səviyyəsi olduğu kimi 
qalsa belə onun ehtiyatı ölkəyə 180-200 ilə çatar. 
Neft ölkənin cənub (Böyük Burhan, Minaqiş, Vəfra yataqları) 
və şimal (Raudateyn, Bəhrə, Muğribə) bölgələrində çıxarılır. Ehtiyat-
ına görə ikinci böyük sərvəti təbii qaz olsa da, bəzi hallarda təbii qaza 
olan daxili ehtiyacını idxalat hesabına ödəyir. Küveytin digər təbii 
sərvətləri zəif öyrənilmişdir. Neft kəşfiyyatı zamanı kvars qumları, 
təbii asfalt, əhəngdaşı və s. aşkar edilmişdir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin