Dövlət quruluşu. Küveyt konstitutsiyalı parlamentli monarxi-
yadır (irsi əmirlik). Dövlətin başçısı əmirdir. Konstitutsiyaya görə
əmir əs-Səbahlar sülaləsindən olmalıdır. 2006-cı ilin 29 yanvarından
əmir şeyx Sabah əl-Əhməd əl Cabir əl-Sabahdır. Vəliəhd-şeyx
Həvvaf əl Əhməd əl-Sabahdır. Əmir öz hakimiyyətini Nazirlər Şurası
vasitəsilə həyata keçirir. O, Baş nazir və Nazirlər Kabinəsinin
118
üzvlərini təyin edir. Hüquqları Milli Məclis tərəfindən formal olaraq
məhdud olsa da əmir dövlət başçısı kimi geniş səlahiyyətə malikdir. O,
Milli Məclis tərəfindən bəyənilmiş bütün qanunları təsdiq etməklə
bərabər, eyni zamanda hərbi qüvvələrin baş komandanı və ali
məhkəmənin sədri funksiyalarını yerinə yetirir.
Qanunverici hakimiyyət Əmirə və birpalatalı Milli Məclisə
məxsusdur. Milli Məclisin deputatları əhali tərəfindən ümumi, gizli
və müstəqil seçki yolu ilə 4 il müddətinə seçilir. 2006-cı ilin
iyununda Küveyt Milli Məclisinə keçirilən seçkilərdə ilk dəfə qad-
ınlara da seçkilərdə iştirak etmək hüququ verildi. Bu vaxta qədər
seçkilərdə ancaq kişilər iştirak edə bilərdilər.
İcraedicilik Nazirlər Şurasına məxsusdur. Nazirlər Şurası Baş
nazir tərəfindən təyin olunur və dövlət başçısı tərəfindən təsdiq edilir.
Şura ölkənin daxili və xarici siyasətini müəyyən edir və onun həyata
keçirilməsini təmin edir. Nazirlər Şurasında məsul şəxslər (Baş nazir,
Xarici İşlər, Daxili İşlər, Müdafiə nazirləri) əs-Səbah sülaləsindəndir.
Küveytdə siyasi partiyaların fəaliyyəti qadağan olunsa da, uzun
illər əhalinin müxtəlif təbəqələrinin marağını müdafiə edən təşkilatlar
fəaliyyət göstərmişdir. Ötən əsrin 30-cu illərində yaranmış gənc-
küveytlilər hərəkatı təşkilatı ölkənin müstəqilliyi uğrunda mübarizə
aparsa da, 1939-cu ildə dağıdılmışdır. Lakin onların ideyaları ölkədə
geniş yayılmışdır.
Küveyt müstəqil dövlət elan olunduqdan sonra ziyalılar, xırda
və orta burjua nümayəndələrindən ibarət ərəb millətçiləri hərəkatı
təşkilatı yaradılır. Bu təşkilatın ölkənin siyasi həyatında rolunun ol-
masına baxmayaraq parlamentə seçkilərdə müvəffəqiyyət qazana
bilməmişdir.
Küveytdə 1978-ci ildə yaradılan Xalq İttifaqı Partiyası gizli
fəaliyyət göstərir. Küveyt fəhlələri və qulluqçularının Ümumittifaqı
ölkədə kütləvi ictimai təşkilatdır. İnzibati cəhətdən ölkə 3 quberna-
torluğa bölünür.
1950-ci ildən etibarən hər ilin 25 fevral günü Küveytdə Milli
bayram günü kimi qeyd olunur.
1970-ci illərdən başlayaraq ölkənin daxili və xarici siyasətinin
əsas istiqamətləri müəyyənləşdirilir. Daxili siyasətdə monarxiya
hakimiyyət üsulunun möhkəmlənməsi, dini-tayfa ənənələrinə
əsaslanaraq neftdən gələn gəlirin bir hissəsi hesabına küveytlilərin hə-
yat səviyyəsinin yüksədilməsi, immiqrant fəhlələrin narazılıqlarının
119
aradan qaldırılması və digər mühüm problemlər ön plana çəkilir. 1991-
ci ildə əməkdaşlıq barədə Küveyt-ABŞ sazişi imzalanmışdır.