115
yayılmışdır. Səhraların flora aləmi qış mövsümündə simasını
tamamilə dəyişir və qum üzərində «yaşıl xalça» kimi sərilir. Səhranın
əlvan güllər açan ot bitkiləri (efemerlər) cəmi 5-6 həftə ömür sürür və
günəş şüalarının yandırıcı təsiri ilə quruyur.
Fauna aləmi kasıbdır. İran körfəzi sahili ovalığında çəyirtkə və
quşlar çoxdur. Kənd təsərrüfatına böyük
ziyan verən çəyirtkələrin
yayılmasının qarşısı müxtəlif kimyəvi maddələrin tətbiqi ilə alınır.
Küveytin sahil suları balıqla zəngindir. İran körfəzində mollyusk,
xərçəng də ovlanır.
Küveyt təbiətinin qeydinə qalan, ona biganə olmayan
dövlətdir. Səhra landşaftı ekoloji baxımdan çox həssas və tez pozulan
bir landşaft olduğundan ona qarşı daima diqqətli olmaq lazımdır.
Körfəzdə baş vermiş müharibələr, xüsusilə İraqla
müharibə nəti-
cəsində başqa sahələrdə olduğu kimi ekologiya sahəsinə böyük ziyan
dəymişdir. Dövlət bu ziyanı aradan qaldırmaq üçün müəyyən
tədbirlər həyata keçirir.
Dostları ilə paylaş: