Microsoft Word Yaxin ve orta serq olkeleri doc



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə75/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   71   72   73   74   75   76   77   78   ...   229
KÜVEYT DÖVLƏTİ
*
 
 
1. Coğrafi mövqeyi və təbiəti 
 
Coğrafi mövqe. Sahəsinə görə kiçik ərəb dövlətlərindən biri 
olan Küveyt Ərəbistan yarımadasının şimal-şərqində yerləşir. Küveyt 
cənub və  cənub-qərbdə  Səudiyyə  Ərəbistanı (250 km), şimal və  şi-
mal-qərbdə İraq (240 km) ilə həmsərhəddir. Şərqdə onun ərazisi 195 
km məsafədə  İran körfəzinin suları ilə  əhatələnir. Sərhədin ümumi 
uzunluğu 685 km-dir. Ölkə ərazisi şimaldan cənuba 200 km, şərqdən 
qərbə doğru isə  təqribən 170 km məsafədə uzanır.  İran körfəzinin 
Küveytə yaxın yerləşmiş Bubiyan, Feyləkə, Varbə, Məskan, Auxa, 
Qaru, Kubbar, Umm-ən-Nəmil, Umm-əl-Məradim və Kureyn adaları 
ölkənin tərkibinə daxildir. 
Rəsmi məlumatlara görə ölkənin  ərazisi 17,8 min kv. km, 
əsasən  ərəb mənbələrinə görə isə 20,2–20,7 min kv. km təşkil edir. 
Belə  fərq Küveytin Səudiyyə  Ərəbistanı  və  İraq ilə  dəqiq 
sərhədlərinin olmaması ilə izah olunur. 1960-cı illərin axırlarına 
qədər Küveyt ilə  Səudiyyə  Ərəbistanı arasında sərhəd məsələsi 
üstündə ixtilaflar mövcud idi. Hər iki tərəf İran körfəzi sahilinin bir 
sıra sərhəd  ərazilərini özünün hesab edirdi. Məsələ ondadır ki, 
Küveyt və  Səudiyyə  Ərəbistanının köçəri  əhalisi bu mübahisəli 
                                      
*
 Ərəbcə adı Daulət əl-Küveytdir. 
 
112
ərazilərin otlaq sahələrindən və içməli su mənbələrindən daima 
birlikdə istifadə edirdilər. 
Hələ 1922-ci ildə Küveytin, İraqın və Nəcdin (indiki Səudiyyə 
Ərəbistanının bir əyaləti) nümayəndələri arasında sərhəd 
ziddiyyətlərinin nizama salınması  məqsədi ilə danışıqlar keçirilmiş-
dir. Bu danışıqlara görə Küveyt ilə  Səudiyyə  Ərəbistanı arasında 
sahəsi 5,7 min kv. km olan xüsusi «keçid» bölgəsi yaradılmışdır.  
1942-ci ilə  qədər bu bölgə «Bitərəf bölgə» adlandırılırdı. 
Bitərəf bölgədə  zəngin neft yataqları  aşkar edildikdən sonra bu 
ərazilər uğrunda mübahisələr yenidən qızışır. Yalnız 1969-cu ildə 
Səudiyyə  Ərəbistanı ilə Küveyt arasında çətin və uzun sürən dan-
ışıqlardan sonra hər iki dövlətin nümayəndələri «Bitərəf bölgə»nin 
bölüşdürülməsi qərarına gəlmişlər.  
Küveyt və  İraq arasında da sərhəd mübahisələri mövcuddur. 
Bu mübahisələr nəinki  İraq və Küveyt arasında münasibətləri 
kəskinləşdirmiş, hətta silahlı toqquşmalara səbəb olmuşdur. Məsələn, 
1973-cü ildə İraq qoşunları Umm-Qəsr limanı yaxınlığında yerləşən 
Küveyt ərazisinin bir hissəsini işğal etmişlər. İraq həm də Umm-Qəsr 
hərbi-dəniz bazasının girəcəyinə yaxın yerləşən Vərba və Bubiyan 
adalarının ona məxsus olduğunu iddia edir. Bu sərhəd münaqişələri, 
həm də  İraq ilə Küveyt arasında mövcud olan başqa problem 
məsələlər 1990-cı ilin avqustunda daha kəskin xarakter almış  və 
müharibə ilə nəticələnmişdir. 
Ərazi mübahisələri Küveyt ilə  İran arasında da mövcuddur. 
İran Auxa və Kubbar adalarının ona məxsus olduğunu iddia edir. 
Eyni zamanda qitə  şelfi və  məhəlli sulardan istifadə edilməsi 
məsələlərində də region dövlətləri arasında mübahisələr var. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin