Sənayenin aparıcı sahələri. Kipri vahid dövlət kimi götür-
dükdə onun əmək qabiliyyətli əhalisinin 2/3 hissəsi xidmət, sənaye və
tikinti sahələrində çalışır. Ötən əsrin 80-ci illərindən sonra Kipr
sənayesinin strukturu böyük dəyişikliklərə məruz qalmışdır. Emal-
edici, xidmət və mədən sənaye sahələri dünya standartları
səviyyəsinə qədər yüksələ bilmişdir. Buna baxmayaraq ölkədə xırda
kustar tipli müəssisələr hələ çoxdur.
İri müəssisələrin əksəriyyəti xarici kapitalın (əsasən yunan,
türk və ingilis) əlində cəmləşib. Kiprdə mədən sənayesi ilə çox qədim
zamanlardan məşğul olurlar. Ölkənin əsas sərvəti mis filizidir. Onun
kəşf olunmuş ehtiyatı təxminən 400 min tondur. Filizin çıxarılması
və ilkin emalı ilə ABŞ və Böyük Britaniya şirkətləri məşğul olurlar.
Mədən sənayesinin yerli istehsal sahələri və yerli bazar ilə əlaqələri
çox zəifdir.
Çıxarılan faydalı qazıntının çox hissəsi ilkin emalı keçdikdən
sonra dünya bazarına çıxarılır. Sənaye sahələrinin yaxşı inkişaf
etməməsinin bir səbəbi də energetika bazasının zəifliyi ilə bağlıdır.
Kipr yanacağı idxal edir. İdxal olunan yanacaqla ölkədə İES-lər
fəaliyyət göstərir. Ərəb ölkələrindən gətirilən neftin hesabına Lar-
naka şəhərində neft emalı zavodu inşa olunub. Kiprdə elektirik ener-
jisi istehsalı 5 mlrd kv/saat-dan çox deyil. Bütün ölkədə yeyinti,
toxuculuq, mebel, metal emal edən müəssisələrə rast gəlmək olar.
Xidmət sahəsində turizm və əcnəbi gələnlərin qeydiyyatı
mühüm əhəmiyyət kəsb edir. Ölkədə gəmiqayırma sənayesi inkişaf
109
etməsə də Kipr bayrağı altında əsasən Yunanıstana, Almaniyaya, Ru-
siyaya və Latviyaya məxsus irili-xırdalı 1500-ə qədər gəmi üzür.