113
Mərkəzi təpəliklər təbii bölgəsi nisbətən geniş sahəni əhatə
edərək şimal-qərbdən cənub-şərq istiqamətində uzanır. Bu isə
hündürlüyü 25-30 m olan maili təpəliklər və çox saylı quru vadilər ilə
səciyyələnir. Mərkəzi təpəliklər təbii bölgəsi cənub-şərqdə qumlu
sahillərlə əvəz olunur.
Sahil düzənliyi təbii bölgəsi Səudiyyə Ərəbistanı ərazisində
yerləşən əl-Həsa ovalığının davamıdır. Düzənliyin səthi qumla ör-
tülüdür, sahil xətti kəskin parçalanmışdır. Qabarma vaxtı düzənliyin
xeyli hissəsini su basır, Küveyt körfəzi sahillərindən şimalda isə
geniş sahədə şoranlıq əmələ gəlmişdir.
Geoloji baxımdan Küveyt ərazisi Ərəbistan platformasının bir
hissəsidir. Bu ərazilərdə zəngin neft-qaz ehtiyatı toplanmışdır. Neft
ehtiyatına görə (13,0 mlrd. t, dünya ehtiyatının 10 faizi) Küveyt re-
gion ölkələri arasında Səudiyyə Ərəbistanı İran və İraqdan sonra
dördüncü yeri tutur. Müasir neftçıxarmanın səviyyəsi olduğu kimi
qalsa belə onun ehtiyatı ölkəyə 180-200 ilə çatar.
Neft ölkənin cənub (Böyük Burhan, Minaqiş, Vəfra yataqları)
və şimal (Raudateyn, Bəhrə, Muğribə) bölgələrində çıxarılır. Ehtiyat-
ına görə ikinci böyük sərvəti təbii qaz olsa da, bəzi hallarda təbii qaza
olan daxili ehtiyacını idxalat hesabına ödəyir. Küveytin digər təbii
sərvətləri zəif öyrənilmişdir. Neft kəşfiyyatı zamanı kvars qumları,
təbii asfalt, əhəngdaşı və s. aşkar edilmişdir.
Dostları ilə paylaş: