111
nizamnamə kapitalı 1000 kipr funtundan az olmamalıdır. Şirkətin
katibi Kiprə məxsus fiziki yaxud hüquqi şəxs olmalıdır. Ölkədə
minlərlə offşor şirkəti qeydiyatdan keçmişdir. Onlardan cəmi 10 faiz-
inin adada ofisləri vardır. Həmin ofislərdə əsasən əcnəbilər olmaqla 5
min nəfər çalışır. Ölkə ikiqat vergi tutmaqdan azad olmaq barədə 30
ölkə ilə müqavilə bağlamışdır.
İnvestorlar üçün çox güzəştli sayılan müqavilələr siyahısında
Rusiya da vardır. Bununla belə Kiprin mərkəzi bankı çirkli pulların
yayılması ilə mübarizə çərçivəsində ölkədə Rusiya banklarının
şəbəkələrinin açılmasının qarşısını almış və 10 mln dollardan çox
məbləğdə köçürmələrin ödənilməsinə qərar vermişdir.
Dostları ilə paylaş: