107
ayrı-ayrılıqda məskunlaşmışlar. Yunan icması ölkənin
cənub
qərbində (ərazinin 60%-i), türk icması şimal şərqində (40 faiz)
məskunlaşıb. Yunan provaslav kilsəsi dindarların 78 faizini əhatə
edir. İslam dininə etiqad edənlər 18 faizdir. Gözlənilən uzunömür-
lülük 78 ildir (kişilər üçün 74, qadınlar üçün 79 yaş). Hər 1000
nəfərə
anadan olanların sayı 13, ölənlərin sayı 8 nəfərdir. Ölkənin hər km
2
-
də orta hesabla 80 nəfər adam yaşayır. Əhalinin sıxlığı Mesoariya
düzənliyində və sahil bölgələrində nisbətən sıx, Karpas və Troodos
dağlıq ərazilərində nisbətən zəifdir.
Ən sıx əhali paytaxt dairəsində yaşayır.
Kiprdə təhsilin sə-
viyyəsi region miqyasında yüksək hesab oluna bilər. Yaşlı əhalinin
97 faizi savadlıdır. Şəhər əhalisinin sayının sürətlə artmasına baxma-
yaraq Kiprin şəhərləri o qədər də böyük deyil. Bütün göstəricilərinə
görə ölkənin ən
böyük şəhəri Nikosiyadır. Şəhər Mesoariya
düzənliyində 150 m hündürlüklü Pedisos çayı sahilində yerləşmişdir.
Kipr yunanlarının Nikosiya, Kipr
türklərinin Levkoşa ad-
landırdıqları şəhərdə 200 mindən bir qədər artıq adam yaşayır. Əl-
verişli mövqeyi olan şəhər böyük nəqliyyat qovşağıdır. Dəmir və avto-
mobil yolları Nikosiyadan ölkənin hər tərəfinə çəkilmişdir. Şəhərin yax-
ınlığında beynəlxalq dərəcəli aeroport fəaliyyət göstərir.
Nikosiya Kiprin əsas iqtisadi, siyasi mədəni mərkəzidir.
Şəhərdə metal emalı, dəri-ayaqqabı, toxuculuq, yeyinti, poliqrafiya
sənaye müəssisələri fəaliyyət göstərir. Bu müəssisələrlə yanaşı
Nikosiyada dulusçuluq xalq sənətkarlığı da inkişaf etdirilimişdir.
Paytaxtın muzeyləri, tarixi memarlıq
və arxitektura abidələri
turistlərin çox xoşuna gəlir. Şəhərin əsası eramızdan əvvəl təqribən
VII əsrdə qoyulmuşdur. Eramızdan əvvəl 58-ci ildə Roma im-
periyasının sonralar Bizansın tərkibinə daxil edilib. Əvvəllər şəhər
Ledra adlanırdı. Nikosiya adı şəhərə XIII əsrdə verilmişdir. Nikosiya
qədim yunanların qələbə allahı hesab edilən
Nikinin şərəfinə ver-
ilmişdir.
Dostları ilə paylaş: