Microsoft Word Yaxin ve orta serq olkeleri doc


Kənd təsərrüfatının aparıcı sahələri



Yüklə 1,92 Mb.
Pdf görüntüsü
səhifə85/229
tarix02.01.2022
ölçüsü1,92 Mb.
#1970
növüDərslik
1   ...   81   82   83   84   85   86   87   88   ...   229
Kənd təsərrüfatının aparıcı sahələri. Ümummilli məhsulun 
cəmi 1 faizi bu sahənin payına düşür. Orta illik temperaturun yüksək 
olması, yağıntıların az düşməsi, suyun çatışmaması, qeyri-məhsuldar 
torpaqlar və tez-tez baş verən qum tufanları  kənd təsərrüfatının 
inkişafında, xüsusilə, əkinçilikdə böyük maneələrdir. Şumluq torpaq 
sahələri ölkə ərazisinin cəmi 3 faizini təşkil edir. 
Küveyt hökuməti ötən  əsrin 60-cı illərində hidropon
*
 üsulla 
kənd təsərrüfatı  məhsulları yetişdirməyə başlayır. Artıq ilk 
təcrübədən məlum oldu ki, bu yolla yetişdirilən tərəvəzin 
məhsuldarlığı adi yolla yetişdirilən tərəvəzə nisbətən yeddi dəfə 
yüksək olur, sudan istifadə isə yarıya qədər azalır. Küveytin iqlim 
şəraiti üçün isə bunun olduqca böyük əhəmiyyəti var. 
Yaponiya  şirkətlərinin köməyi ilə ölkədə  kənd təsərrüfatı 
sahəsində bir neçə dövlət ferması yaradılır. Bu təsərrüfatlarda 
                                      
*
 Bitkilərin süni mühitdə torpaqsız becərilməsi. Bu zaman bitkinin kök 
sistemi suda və yaxud rütubətli havada inkişaf edir. Bitkilər qidanı kökləri 
əhatə edən qidalı  məhluldan alırlar. Hidropon üsulu ilə bitki becərmək 
torpaqdan bitki becərməkdən az zəhmət tələb edir, su və qida maddələri 
qənaətlə sərf olunur. 
 
128
pomidor, xiyar, kahı, çiyələk, gül becərilir. Yığılan pomidor, çiyələk 
ilk növbədə qonşu ərəb ölkələrinə ixrac edilir. 
Küveyt və eləcə də, İran körfəzinin digər əmirlikləri qarşısında 
əlverişsiz iqlim şəraitində  kənd təsərrüfatını iqtisadiyyatın faydalı 
sahəsinə çevirmək kimi mühüm məsələ durur. Bu məqsədlə ölkədə 
süni iqlim qurğuları ilə  təchiz olunmuş, yüksək dərəcədə 
mexanikləşdirilmiş  və avtomatlaşdırılmış dövlət eksperimental 
heyvandarlıq və quşçuluq fermaları yaradılmışdır. Bu nümunəvi 
fermalar özünü doğrultmuşdur. Kənd təsərrüfatının daima inkişaf 
etdirilməsi sayəsində ölkə,  əhalinin  ərzaq məhsullarına olan 
tələbatının 35 faizini ödəyir. 
Müasir, yüksək səviyyədə  təchiz olunmuş dövlət fermaları  və 
plantasiyaları ilə yanaşı  kənd təsərrüfatında  ənənəvi vahə  əkinçiliyi 
də mövcuddur. Vahə  əkinçiliyi  əl-Cəhra və  əl-Əhmədi 
rayonlarındadır. Heyvandarlıq son vaxtlara qədər kənd təsərrüfatının 
çox geri qalmış ənənəvi sahəsi hesab olunurdu. Ekstensiv istiqamətdə 
olan bu sahədə bədəvilər dəvə, davar saxlamaqla məşğul olurdu. Neft 
istehsalına başlanılması, müasir nəqliyyat  şəbəkəsinin yaradılması 
bədəvi təsərrüfatlarının  əhəmiyyətini getdikcə itirir. Küveyt 
hökumətinin və xarici mütəxəssislərin köməyilə heyvandarlıqda 
müasir bölmə yaradılır. 
Niderlanddan və Belçikadan məhsuldar cins inəklər gətirilir
dövlət fermalarında xırdabuynuzlu mal-qara inkişaf etdirilir. Ölkədə 
ət, süd, yun istehsalı artırılır. Quşçuluq fermalarının yaradılması 
əhalinin quş  əti və yumurtaya olan tələbatının 60-65 faizinin 
ödənilməsinə səbəb olmuşdur. 
Balıqçılıqla  İran körfəzi sahillərində yaşayan  əhali hələ 
qədimdən məşğuldur. Bu sahədə  əhəmiyyətini tədricən itirməkdə 
olan  ənənəvi bölmə ilə yanaşı müasir dövlət bölməsi də  fəaliyyət 
göstərir. Dövlət bölməsi qüvvətli balıq ovu donanmasına, balıq 
emalı, süni buz istehsalı, hazır məhsulu qablaşdıran və saxlayan 
müasir müəssisələrə malikdir. 

Yüklə 1,92 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin