Microsoft Word yeni vəSAİT. docx



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə101/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   97   98   99   100   101   102   103   104   ...   140
ADIAK-YENI VƏSAİT (1)

Hisslərin qəbul edilməsi- 
öz hisslərini ifadə etmək və başqalarının emosional 
təsirlərini qəbul etməyə hazır olmaq;
Ø
Özünüdərketmə- 
şəxsi həyatına və davranışlarına tədqiqatçı münasibət, 
başqalarından səni necə qəbul etmələrinə aid istənilən informasiyanı 
eşitməyə və bu zaman özünüqiymətləndirmə aparmağa hazır olmaq;
Biznes sahəsində kommunikasiya mədəniyyətinin səviyyəsinin yüksəldilməsi 
aşağıdakı sosial-psixoloji bacarıqların inkişafına yönəldilməlidir:
Ø
Psixoloji baxımdan düzgün və şərait baxımından uyğun olduqda ünsiyyətə 
daxil olmaq;
Ø
Ünsiyyəti müdafiə etmək, tərəfdaşın fəallığını stimullaşdırmaq;
Ø
Ünsiyyətin bitmə “nöqtəsini” psixoloji baxımdan düzgün 
müəyyənləşdirmək;
Ø
Ünsiyyətin yarandığı kommunikativ vəziyyətin sosial-psixoloji 
xüsusiyyətlərindən ən yüksək səviyyədə istifadə etmək;
Ø
Öz hərəkətlərinə qarşı tərəfin reaksiyasını proqnozlaşdırmaq; 
Ø
Psixoloji baxımdan həmsöhbətin emosional ahənginə köklənmək;
Ø
Ünsiyyətdə təşəbbüsü ələ almaq və saxlamaq; 
Ø
Ünsiyyətdə tərəfdaşı “arzuolunan reaksiyaya” təhrik etmək; 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
144 
Ø
Ünsiyyət tərəfdaşının sosial-psixoloji əhval-ruhiyyəsini formalaşdırmaq və 
“idarə etmək”; 
Ø
Ünsiyyətdə mövcud olan psixoloji maneələri dəf etmək; 
Ø
Artıq gərginliyi aradan qaldırmaq; 
Ø
Həmsöhbətə həm psixoloji, həm də fiziki baxımdan “uyğun gəlmək”; 
Ø
Jestləri, duruşu, davranış ritmini vəziyyətə müvafiq olaraq seçmək; 
Ø
Qarşıya qoyulmuş kommunikativ vəzifəyə uyğun səfərbər olmaq. 
Ünsiyyətin idarə edilməsinin sosial-psixoloji metodları mövcuddur: yoluxdurma, 
təlqinetmə, təqlidetmə, inandırma, dəb, məcburetmə.
Yoluxdurma - 
şəxsiyyət tərəfindən müəyyən psixoloji vəziyyətin təbii şəkildə və 
qeyri-iradi qəbul edilməsidir.
Təlqinetmə- 
bir subyektin başqasına fəal surətdə təsir göstərməsidir. Təlqinetmə 
təlqin mənbəyinin nüfuzlu olması, həmin mənbəyə inamın güclülüyü və təlqinedici 
təsirə müqavimətin olmaması şəraitində baş verir.
Təqlidetmə- 
bir insan tərəfindən başqa insanın müəyyən davranış nümunəsinin, 
danışıq tərzinin və s. təqlid edilməsidir. Təqlidin ən kütləvi təzahürü dəbə 
uyğunlaşma, xüsusilə, geyim, danışıq tərzinin düşünmədən təkrarlanması və özünü 
cəmiyyətin pərəstiş etdiyi ən müxtəlif insanlar kimi aparmaqdır.
İnandırma 
- bir insanın dünyagörüşünün başqa birisinin baxışlar sisteminə 
köçürmək üçün edilən məqsədyönlü təsir olub, şəxsiyyətin şüur sahəsinə təsirin 
əsas üsuludur. Onun məqsədi informasiyanın mənimsənilməsi zamanı şəxsiyyyətin 
təfəkkürünü fəallaşdırmaq, inamım formalaşdırmaqdır. İnandırma metodu həm adi, 
həm də nəzəri təfəkkürə təsir göstərir. Adi təfəkkür səviyyəsində bu təsir 
nəticəsində anlama yaranır. Bu təfəkkür formasında nə haqdasa anlayışlar, ötürülən 
informasiyaya inam mövcuddur. Bütün bunlar sadə dərketmə xarakterinə malikdir. 
Yalnız şəxsiyyət adi dərketmə sərhədlərini aşaraq, hansısa hadisənin əsaslı, 
məzmunlu dərk edilməsi səviyyəsinə yüksəldikdə, onun şüurunda inamlar, yəni 
şəxsi mövqe yaranır. İnandırma insanlara təsir göstərmənin metodu kimi nadir 
hallarda ayrıca tətbiq olur. O, daim təqlid və təlqinetmə ilə qarşılıqlı fəaliyyət 
göstərir. Bu anlayışlar arasında fərq ondan ibarətdir ki, inandırma insanların onlara 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
145 
ünvanlanan informasiyanı şüurlu surətdə dərk etməsini, təqlid və təlqinetmə isə 
onların bu informasiyanı düşünmədən, yalnız onu ötürən insanın nüfuzuna, 
auditoriyanın əhval-ruhiyyəsinə əsaslanaraq, yaxud ictimai fikrin təzyiqi, şəxsi 
dəyərlər sistemi əsasında qəbul etməsini nəzərdə tutur. Bu cür psixoloji təsiri 
mühazirə dinləyərkən, kütləvi teatr, idman tədbirləri keçirilərkən müşahidə etmək 
mümkündür.
Təqlid və təlqinin
yüksək nəticələrə malik olmasını göstərən ən parlaq nümunələr 
dəb və şayələrdir. Təlqinetmə daha mürəkkəb metoddur. Bu, insanın iradəsinin 
ziddinə onun söz, yaxud digər bir vasitə ilə lazım olan psixoloji vəziyyətə (əhval-
ruhiyyə, təəssürat, fəaliyyət) gətirilməsidir. Təlqinetmənin təqlidetmədən fərqi 
ondan ibarətdir ki, təqlidetmə zamanı məqsədə nail olma informasiya mənbəyinin 
əyaniliyi, yaxud ondan gələn informasiyanın yüksək cazibədarlığı ilə əldə olunur. 
Burada obraz ( daha dəqiqi - obyekt) informasiyanın dərk edilməsində əsas rol 
oynayır. Təlqinetmə zamanı isə məqsədə çatma bilavasitə emosional təsirlə 
müəyyən edilir ki, onun da əsas qüvvəsi sözdür.
Məcburetmə 
- əvvəlki metodlarla müqayisədə insanlara təsirin ən zorakı üsuludur, 
çünki insanları öz arzu və inamlarının əksinə getməyə məcbur etməyi nəzərdə 
tutur. Məcburetmənin əsasında cəzalandırma və s. kimi fərd üçün arzuolunmaz 
nəticələrdən qorxmaq dayanır. Etik baxımdan məcburetməni yalnız müstəsna 
hallarda, məsələn, hüquqi qaydaların, yaxud cəmiyyətin əxlaq normalarının 
pozulmasına qədər gedib çatdığı halda haqlı saymaq olar.
Ünsiyyət prosesində inandırma, təlqinetmə, təqlidetmə və məcburetmə bir-biri ilə 
qarşılıqlı əlaqədə olan metodlar sistemi kimi tətbiq olunur. Rəhbər işçi 
yığıncaqların, müxtəlif kütləvi görüş və müşavirələrin keçirilməsi zamanı onlardan 
ağılla istifadə etməyi bacarmalıdır.
Nitq fəaliyyətinə, daha dəqiqi, şifahi və yazılı nitq mədəniyyətinə aid olan bilik, 
bacarıq və vərdişlər kommunikasiya mədəniyyətinin mühüm tərkib hissəsidir. Nitq 
fəaliyyətində 
üç 
istiqaməti göstərmək olar: məzmun, ifadəlilik və sövqedici 
(təhrikedici).


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
146 
1.
Nitqin 
məzmun 
istiqaməti fikirlərin zənginliyi, əhəmiyyətliliyi və 
əsaslandırılmış olması ilə xarakterizə edilir.
2.
Nitqin 
ifadəliliyi 
onun emosional çalarlan ilə bağlıdır: nitq parlaq, obrazlı, 
təsirli, yaxud quru, ölgün, tutqun ola bilər.
3.
Nitq fəaliyyətinin 
sövqedici 
istiqaməti onun insanların fikir, duyğu və 
iradəsinə təsirindən ibarətdir. Nitqin dinləyicilər tərəfindən qavranılma 
dərəcəsi onun məzmun, ifadəlilik və sövqedicilik isti qamətlərini əhatə edən 
nitq mədəniyyətinin səviyyəsindən asılıdır.
İşgüzar ünsiyyətdə şifahi və yazılı 
nitqin əsas göstəriciləri 
sırasına aşağıdakıları 
aid etmək mümkündür:
Ø
Lüğət tərkibini (dinləyiciləri təhqir edən (ədəbsiz) ifadələr, jarqon sözlər və 
dialektizmlər istisna edilir);
Ø
Söz ehtiyatını(o nə qədər zəngin olarsa, nitq o qədər cəlbedici və ifadəli, 
əlvan olur və dinləyiciləri az yorur, çox təsir edir, yadda qalır və cəlb edir);
Ø
Tələffüzü (Müasir Azərbaycan dilində norma Azərbaycan ədəbi dili hesab 
edilir);
Ø
Qrammatikanı (işgüzar nitq qrammatikanın ümumi qaydalarına əməl 
edilməsini, həmçinin bəzi spesifik xüsusiyyətlərin nəzərə alınmasını tələb 
edir, məs., işgüzar nitqdə əsas yeri feillər yox, isimlər tutmalıdır);
Ø
Üslubiyyatı (yaxşı nitq üslubuna artıq sözlərə yol verilməməsi, düzgün söz 
sırası, standart, çeynənmiş ifadələrdən çəkinmək kimi tələblər verilir).
İşgüzar ünsiyyət zamanı
 
sosial iş üzrə mütəxəssislər, sosial menecerlər, xidmət 
sahəsində müxtəlif səviyyəli rəhbər vəzifə tutanlar
üçün mürəkkəb şifahi nitq 
ünsiyyəti sistemində daha çətin olan- 
şifahi monoloji nitqin
əsaslarına yiyələnmək 
çox mühümdür. Məlumdur ki, idarəetmə sahəsində və işgüzar aləmdə daha böyük 
uğurlar çox zaman öz peşə bilikləri ilə yanaşı həm də yaxşı danışmaq, insanları 
inandırmaq, öz tərəfinə çəkmək, özünü və ideyalarını reklam etmək bacarığına 
malik olan şəxslərin payına düşür.

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin