Tapşırıq.
İşgüzar ünsiyyət müxtəlif formalarda ifadə oluna bilər. Bu həm müşavirə,
həm söhbət, həm polemikadır... Lakin ünsiyyət hansı formada olur-olsun, o həmişə
özündə iştirakçıların monoloq və dialoqlarını, kiçik və böyük çıxışlarını birləşdirir.
Kütlə qarşısında çıxış-
incə söz sənəti, ritorik çalışma deyil. O, məqsəd yox,
işgüzar
məqsədlərə çatmaq
vasitəsidir. Bununla bərabər, o, bir sıra tələblərə cavab
verməlidir ki, nitqi inandırıcı, sübutlu, məntiqli, düşünülmüş olsun.
Bu məqsədlə
sosial şəbəkələrdə görkəmli şəxslərin çıxışlarında göstərilən qaydalara əməl
edildiyinə diqqət yetirin.
Ø
Auditoriyaya köklənin. Əvvəlcə sizin nitqinizin məzmununun auditoriyanın
maraqlarına uyğun olub-olmadığını aydınlaşdırın. Əgər sizin maraqlarınız
onların maraqlarından fərqlənirsə, qarşılıqlı anlaşma körpüsü yaratmağa səy
göstərin.
Ø
Çıxış zamanı inamlı olun və öz sözlərinizə qəti inam nümayiş etdirin.
Ø
Baxışlarınız auditoriyaya, dinləyicilərə yönəlməlidir. Heç bir halda sizə
yönəlmiş baxışlardan qaçmayın. Bir nöqtəyə baxmayın. Çıxışa başlamazdan
əvvəl auditoriyanı nəzərdən keçirin, sanki onların sizin sözlərinizi qəbul
etməyə hazır olub-olmadığını yoxlayırsınız.
Ø
Yalnız sakitlik yarandıqdan sonra danışmağa başlayın.
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
149
Ø
Nitqinizi auditoriyaya qısa xitabla başlayın, bunun ardınca ani (ehtiyac
yaranarsa daha uzun) pauza verilməlidir.
Ø
İlk sözünüzdən başlayaraq, auditoriyanın reaksiyasını diqqətlə müşahidə
edin.
Ø
Nitqin aydın olmasını nəzarətdə saxlayın, çox sürətlə və heç bir halda
yeknəsəq danışmayın.
Ø
Əgər auditoriyanın bir qismi sizi az diqqətlə dinləyirsə, sanki məhz onlara
müraciət edirmiş kimi, baxışlarınızı onlara tərəf yönəldin.
Ø
Əgər auditoriyanın yorulduğunu hiss edirsinizsə, yavaş danışmağa başlayın,
sonra birdən səsinizi ucaldın (lakin o qədər yox ki, auditoriya sizin onları
canlandırmaq üçün bunu qəsdən etdiyinizi başa düşsün).
Ø
Əgər indicə dediyiniz sözlərin auditoriya tərəfindən müdafiə edildiyini hiss
edirsinizsə, toxunduğunuz məsələni ləngimədən inkişaf etdirməyə səy
göstərin.
Ø
Auditoriya tərəfindən müsbət reaksiyaya nail olduğunuz anda çıxışın əsas
hissəsinə keçin. Dinləyicilərdə yaratdığınız müsbət emosiyalar sizə
sözlərinizi onlara bəyəndirmək imkanı verər.
Ø
Auditoriyanın fikirlərinizi bəyənməsindən doğan mənəvi coşqunluq anında
da özünə nəzarəti itirməyin.
Ø
Ən təhrikedici atmacalar da sizi müvazinətdən çıxarmamalıdır.
Ø
Çıxış zamanı hətta yerdən təhrikedici səslər eşidilsə belə, diskussiyaya
girməyin. Söyləyin ki, çıxış bitdikdən sonra böyük həvəslə istənilən suallara
cavab verməyə hazırsınız. Bununla diskussiyaya köklənmək üçün vaxt
qazanmış olarsınız. Bundan başqa, çıxışınızın sonrakı gedişində diskussiya
suallarının hamısı, yaxud böyük bir qismi öz aktuallığını itirə bilər və
deməli, diskussiyaya da ehtiyac öz-özünə aradan qalxar.
Ø
Çıxışın böhranlı anlarında inamla, hər sözü vurğu ilə deyərək danışmaq
lazımdır.
Ø
Çıxışınızın auditoriya üçün xoşagəlməz ola biləcək hissələrini aydın görünən
nümunələrlə əsaslandırmağa səy göstərin. Qeyd edin ki, yalnız zərurət sizi
bu cür mövzuya toxunmağa məcbur edir, sonra isə bu sərt fikirlərinizi bir
neçə xoş sözlə yumşaltmağa çalışın.
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
150
Ø
Hətta əgər auditoriyanın sizdən məhz bunu gözlədiyini düşünrüsünüzsə belə,
səmərəlilik baxımından mühüm olmayan ümumiləşdirici nəticələr
çıxarmayın.
Ø
Heç bir vəchlə nitqi çətinliklə söylədiyinizi, yorulduğunuzu, yaxud bəzi
anlarda özünüzü inamsız hiss etdiyinizi büruzə verməyin.
Ø
Nitqi başa çatdırdıqdan sonra iştirakçılara diqqətlərinə görə təşəkkür etməyi
unutmayın. Heç bir zaman, hətta bu, çox cəlbedici olsa da, çıxışdan sonra
sizə hər hansı formada təzim etməyə və yaxud susmayan alqışlarla yola
salmağa yol verməyin.
Dostları ilə paylaş: |