AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
147
Tapşırıq.
Suallara cavab verin.
1.
Biznesdə sahəsində işgüzar ünsiyyət mədəniyyəti deyəndə nə nəzərdə
tutulur?
2.
Biznes sahəsində kommunikasiya mədəniyyətinin yüksək səviyyəsi adamda
hansı şəxsi keyfiyyətlərin mövcudluğu ilə müəyyənləşir?
3.
Biznes sahəsində ünsiyyət mədəniyyətinin səviyyəsinin yüksəldilməsi hansı
sosial-psixoloji bacarıqların inkişafına yönəldilməlidir?
4.
Ünsiyyətin idarə edilməsinin hansı sosial-psixoloji metodları mövcuddur?
5.
Nitq fəaliyyətinə, daha dəqiqi, şifahi və yazılı nitq mədəniyyətinə aid olan
bilik, bacarıq və vərdişlər kommunikasiya sahəsində hansı
əhəmiyyətə
malikdir?
Tapşırıq.
Sosial şəbəkələrdə ünsiyyət üslubuna təsir göstərən amillərə
diqqət edin. Müxtəlif idarə və təşkilatların sosial şəbəkələrdəki səhifələrini və
paylaşımlarını nəzərdən keçirin. Unutmayın ki, işgüzar ünsiyyətin bir neçə
növü
mövcuddur:
ü
Mentorçu - öyrədici, nəsihətamiz;
ü
Ruhlandırıcı - insanları
ruhən yüksəldən, onlara öz mənəvi qüvvələrinə və
şəxsi keyfiyyətlərinə inam aşılayan;
ü
Qarşıdurma yaradan- insanlarda etiraz etmək, razılaşmamaq arzusu doğuran;
ü
İnformasiya verən- izləyicilərə müəyyən məlumatların verilməsinə, onların
yaddaşında hansısa biliklərin bərpa edilməsinə yönəldilən.
Ünsiyyət üslubuna təsir göstərən
amillər
:
1.
Auditoriyanın(sizin dostluğunuzda olan insanların) tərkibi. Burada onun
mədəni-təhsil, milli, yaş, psixoloji və peşəkarlıq keyfiyyətlərini
səciyyələndirən hər bir məsələnin nəzərə alınması vacibdir.
Müxtəlif
auditoriyalar yaxşı kommunikasiya təsirinin əldə edilməsi üçün xüsusi
yanaşma tələb edir.
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
148
2.
Paylaşılan materialının məzmunu və xarakteri. Məsələn, peşəkar fəaliyyətin
aktual məsələlərinin işıqlandırıldığı paylaşımda
avtoritar intonasiya, sərt
mülahizələr yolverilməzdir. İnsanlara daha çox inam nümayiş etdirmək, bu
prosesində onlarla məsləhətləşmək lazımdır. Bu zaman dostyana şəkildə
fikir mübadiləsi, biliklərinizi qarşılıqlı surətdə zənginləşdirmək arzusunun
açıq göstərilməsi kommunikativ ünsiyyətin etibarli variantıdır.
3.
Paylaşım edənin öz şəxsi-işgüzar keyfiyyətlərini, insanlara şərh etmək
istədiyi problemlərə peşəkar bələdliyini obyektiv şəkildə qiymətləndirməsi.
Elmi-iqtisadi və əməli hazırlığını qiymətləndirərkən nə çox yüksəyə
qalxmaq, nə də olduqca aşağı enmək lazımdır. Şəxsi kommunikasiya
keyfiyyətlərini tənqidi şəkildə qiymətləndirmək lazımdır. Paylaşım edən
ünsiyyət texnikası üzərində ciddi düşünməli, ünsiyyət prosesində özünü
nəzarətdə saxlamalıdır.
Dostları ilə paylaş: