Microsoft Word yeni vəSAİT. docx



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə100/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   96   97   98   99   100   101   102   103   ...   140
ADIAK-YENI VƏSAİT (1)

 
Mövzu:17 
1.
 
Biznes sahəsində işgüzar ünsiyyət; əsas etik prinsiplər, davranış qaydaları 
və danışıqların aparılması texnikası. Kommersiya yazışmaları və işgüzar 
tövsiyələr. 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
142 
2.
 
İşgüzar e-mail və digər daxili elektron yazışmalar; sosial şəbəkələrdən 
istifadə qaydaları və bu sahədə diqqət edilməsi lazım olan məqamlara aid 
tapşırıqlar və nümunələr üzərində praktik işlər. 
Biznesdə sahəsində işgüzar ünsiyyət mədəniyyətinin əsasında ünsiyyətin hamı 
tərəfindən qəbul edilmiş mənəvi tələbləri durur: 
hər bir fərd təkrarsızdır, 
dəyərlidir.
Onlarla münasibətdə nəzakətlilik, ədəblilik, mərifətlilik, təvazökarlıq, 
dəqiqlik, xeyirxahlıq mütləq nəzərə alınmalıdır.
Nəzakətlilik 
-insanlara, onların ləyaqətinə hörmətli münasibətin salamlaşmada 
ifadəsidir ki, özünü səsin intonasiyasında, mimika və jestlərdə göstərməlidir.
Ədəblilik - 
özünü istənilən vəziyyətlərdə, xüsusilə də münaqişələr zamanı ədəb 
qaydaları çərçivəsində aparmağı bacarmaqdır. Ədəbli davranış, xüsusilə həqiqətin 
axtarılmasına həsr edilən və bu zaman yeni konstruktiv ideyaların meydana 
çıxdığı, fikir və əqidənin sınağa çəkildiyi mübahisələr zamanı mühümdür. Lakin 
əgər mübahisə qarşı tərəfin ünvanına kobud hücumlarla müşayiət olunursa, adi 
qovğaya çevrilir.
Mərifətlilik- 
kommunikasiya mədəniyyətinin mühüm tərkib hissələrindən biridir. 
Mərifət hissi, əvəla, ölçü, ünsiyyətdə sərhədləri gözləmək duyğusudur ki, bunları 
nəzərə almamaq qarşı tərəfi incidə, çətin vəziyyətə sala bilər.
Təvazökarlıq-
qarşı tərəfin qiymətləndirməsinə təmkinlə yanaşmaq, zövqünə, 
əqidəsinə hörmət etmək deməkdir. Təvazökarlığın əksi lovğalıq, açıq-saçıqlıq, 
ədabazlıqdır.
Dəqiqlik- 
işgüzar münasibətlərin uğurlu olmasında mühüm əhəmiyyətə malikdir. 
Həyat fəaliyyətində istənilən formada verilmiş vədlərin və qəbul edilmiş 
öhdəlilkərin dəqiq şəkildə yerinə yetirilməsi olmadan işləri idarə etmək çətindir.
Xeyirxahlıq- 
hər şeydən əvvəl, birinci olaraq hörmət göstərmək, başqa adamı 
narahatlıqdan və xoşagəlm hallardan xilas etməkdir.
Biznes sahəsində kommunikasiya mədəniyyətinin yüksək səviyyəsi adamda 
aşağıdakı şəxsi keyfiyyətlərin mövcudluğu ilə müəyyənləşir:


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
143 
Ø
Empatiyalar - 
dünyanı başqalarının gözləri ilə görmək, onlar kimi dərk 
etmək bacanğı; 
Ø
Xeyirxahlıq- 
hörmət, rəğbət, bəzi hərəkətləri bəyənməsələr də, insanları başa 
düşmək bacanğı, başqalarını müdafiə etməyə hazır olmaq;
Ø
Mötəbərlik- 
başqaları ilə ünsiyyət zamanı özü olaraq qalmaq;
Ø
Konkretlik 
- öz həyəcanları, fikirləri, hərəkətləri haqqında konkret danışmaq, 
suallara birmənalı cavab vermək;
Ø
Təşəbbüskarlıq- 
“daim irəliyə getmək”, təmas qurmaq, fəal müdaxilə tələb 
edən vəziyyətlərdə başqalarının nə isə edəcəyini gözləmədən hansısa işləri 
başlamağa hazır olmaq;
Ø
Səmimilik 
- səmimi danışmaq və “düz dolanmaq” bacanğı;
Ø
Açıqürəklilik- 
başqalarına öz daxili aləmini açmağa hazır olmaq və bunun 
ətrafdakılarla sağlam, möhkəm əlaqələr yaradılmasına səbəb olduğuna qəti 
inamın mövcudluğu;
Ø

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin