Microsoft Word yeni vəSAİT. docx


Fərmandan fərqli olaraq - Sərəncam bir qayda olaraq normativ



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə86/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   82   83   84   85   86   87   88   89   ...   140
ADIAK-YENI VƏSAİT (1)

Fərmandan fərqli olaraq - Sərəncam bir qayda olaraq normativ 
xarakter daşımır.
Hər bir Sərəncam konkret məqsədlərə xidmət edir, hüquqi 
nəticələr əmələ gətirir və hüquqi qüvvəsi dövlətin bütün ərazisinə yayılır. 
Sərəncamların icra edilməməsi-müəyyən hüquqi məsuliyyətə səbəb olur. Qəbul 
edilmiş Sərəncam ya televiziya, radio, mətbuat vasitələri ilə yayılır, yaxud şəxsən 
təqdim olunur. Sərəncamlar əsasən yazılı olur, lakin şifahi də ola bilər və əgər 
Sərəncamda başqa tarix göstərilməyibsə, dərc edildiyi (yayıldığı) gündən qüvvəyə 
minir. 
Göstəriş 
nə etmək, necə hərəkət etmək haqqında əmr, təlimat, məsləhət, izahatdır. 
Təşkilati və inzibati sənədlər üzrə nümunələr və kommunikativ 
məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər 
Tapşırıq: 
Suallara cavab verin. 
 
6.
Təşkilatıi sənədlər hansılardır? İnzibati sənədlər hansılardır? 
7.
Təşkilati və inzibati sənədlərin hansı janr orijinallığı vardır? 
8.
Müqavilənin strukturunun hansı məcburi şərtləri vardır? 
9.
Fərmanla sərəncamı fərqləndirən cəhət hansıdır? 
10.
İnzibati sənədlərin əsas vəzifəsi nədir? 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
123 
Tapşırıq.
Verilmiş nümunəyə uyğun müqavilə hazırlayın və təqdim edin.
 
MÜQAVİLƏ 
 
Bakı şəhəri 24 fevral 2018-ci il 
Biz, aşağıda imza edənlər, gələcəkdə «İydə» adlanacaq Parfümeriya
Kompleksinin direktoru A. Z. Əkbərli və gələcəkdə «Zambaq» adlanacaq Gəncə 
Ətriyyat Evinin direktoru E . İ. Əhmədli arasında belə bir müqavilə bağlanır: 
1.
«İydə» Bakı şəhər, N. Yusifbəyli küç. 59, 2 mərtəbə, 107 kv.m.sahəsi olan 
otaqları kirayə verir. «Zanbaq» isə onları kirayə götürür; 
2.
Kirayə müddəti belə müəyyənləşdirilib: 01.02.2018-ci ildən 01.02.2019-cu ilə 
qədər; 
3.
Tərəflərin razılığına görə kirayə haqqı 2 min (iki min) manatdır; 
4.
Bu müqavilədə göstərilən kirayə verənin hüquqlarının başqasına verilməsi 
yalnız «İydə»nin yazılı razılığı ilə mümkündür; 
5.
«Zanbaq» hər rübün birinci ayının 10-na qədər rüblük kirayə haqqını 
ödəməlidir; 
6.
Müqavilə iki nüsxədə imzalanır ki, biri «İydə» də qalır, o biri isə «Zanbağ»a 
verilir. 
Tərəflərin ünvanı: 
Tədris kompleksi, Parfümeriya Kompleksinin Bürosunun Yaradıcılıq Birliyi: 
Bakı, N.Yusifbəyli küç. 59, 2 mərtəbə, hesab N-7325487, Binəqədil rayonu. 
mənzil-təsərrüfat bankı. 
Bakı ş., Səbail rayonu, 24. Hesab № 6439856, Nərimanov rayonu. 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin