Microsoft Word yeni vəSAİT. docx



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə103/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   99   100   101   102   103   104   105   106   ...   140
ADIAK-YENI VƏSAİT (1)

Tapşırıq. 
İşgüzar ünsiyyət müxtəlif formalarda ifadə oluna bilər. Bu həm müşavirə, 
həm söhbət, həm polemikadır... Lakin ünsiyyət hansı formada olur-olsun, o həmişə 
özündə iştirakçıların monoloq və dialoqlarını, kiçik və böyük çıxışlarını birləşdirir. 
Kütlə qarşısında çıxış- 
incə söz sənəti, ritorik çalışma deyil. O, məqsəd yox,
 
işgüzar
məqsədlərə çatmaq 
vasitəsidir. Bununla bərabər, o, bir sıra tələblərə cavab 
verməlidir ki, nitqi inandırıcı, sübutlu, məntiqli, düşünülmüş olsun.
 
Bu məqsədlə
sosial şəbəkələrdə görkəmli şəxslərin çıxışlarında göstərilən qaydalara əməl 
edildiyinə diqqət yetirin. 
Ø
Auditoriyaya köklənin. Əvvəlcə sizin nitqinizin məzmununun auditoriyanın 
maraqlarına uyğun olub-olmadığını aydınlaşdırın. Əgər sizin maraqlarınız 
onların maraqlarından fərqlənirsə, qarşılıqlı anlaşma körpüsü yaratmağa səy 
göstərin.
Ø
Çıxış zamanı inamlı olun və öz sözlərinizə qəti inam nümayiş etdirin.
Ø
Baxışlarınız auditoriyaya, dinləyicilərə yönəlməlidir. Heç bir halda sizə 
yönəlmiş baxışlardan qaçmayın. Bir nöqtəyə baxmayın. Çıxışa başlamazdan 
əvvəl auditoriyanı nəzərdən keçirin, sanki onların sizin sözlərinizi qəbul 
etməyə hazır olub-olmadığını yoxlayırsınız.
Ø
Yalnız sakitlik yarandıqdan sonra danışmağa başlayın.


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
149 
Ø
Nitqinizi auditoriyaya qısa xitabla başlayın, bunun ardınca ani (ehtiyac 
yaranarsa daha uzun) pauza verilməlidir.
Ø
İlk sözünüzdən başlayaraq, auditoriyanın reaksiyasını diqqətlə müşahidə 
edin.
Ø
Nitqin aydın olmasını nəzarətdə saxlayın, çox sürətlə və heç bir halda 
yeknəsəq danışmayın.
Ø
Əgər auditoriyanın bir qismi sizi az diqqətlə dinləyirsə, sanki məhz onlara 
müraciət edirmiş kimi, baxışlarınızı onlara tərəf yönəldin.
Ø
Əgər auditoriyanın yorulduğunu hiss edirsinizsə, yavaş danışmağa başlayın, 
sonra birdən səsinizi ucaldın (lakin o qədər yox ki, auditoriya sizin onları 
canlandırmaq üçün bunu qəsdən etdiyinizi başa düşsün).
Ø
Əgər indicə dediyiniz sözlərin auditoriya tərəfindən müdafiə edildiyini hiss 
edirsinizsə, toxunduğunuz məsələni ləngimədən inkişaf etdirməyə səy 
göstərin.
Ø
Auditoriya tərəfindən müsbət reaksiyaya nail olduğunuz anda çıxışın əsas 
hissəsinə keçin. Dinləyicilərdə yaratdığınız müsbət emosiyalar sizə 
sözlərinizi onlara bəyəndirmək imkanı verər.
Ø
Auditoriyanın fikirlərinizi bəyənməsindən doğan mənəvi coşqunluq anında 
da özünə nəzarəti itirməyin.
Ø
Ən təhrikedici atmacalar da sizi müvazinətdən çıxarmamalıdır.
Ø
Çıxış zamanı hətta yerdən təhrikedici səslər eşidilsə belə, diskussiyaya 
girməyin. Söyləyin ki, çıxış bitdikdən sonra böyük həvəslə istənilən suallara 
cavab verməyə hazırsınız. Bununla diskussiyaya köklənmək üçün vaxt 
qazanmış olarsınız. Bundan başqa, çıxışınızın sonrakı gedişində diskussiya 
suallarının hamısı, yaxud böyük bir qismi öz aktuallığını itirə bilər və 
deməli, diskussiyaya da ehtiyac öz-özünə aradan qalxar.
Ø
Çıxışın böhranlı anlarında inamla, hər sözü vurğu ilə deyərək danışmaq 
lazımdır.
Ø
Çıxışınızın auditoriya üçün xoşagəlməz ola biləcək hissələrini aydın görünən 
nümunələrlə əsaslandırmağa səy göstərin. Qeyd edin ki, yalnız zərurət sizi 
bu cür mövzuya toxunmağa məcbur edir, sonra isə bu sərt fikirlərinizi bir 
neçə xoş sözlə yumşaltmağa çalışın.


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
150 
Ø
Hətta əgər auditoriyanın sizdən məhz bunu gözlədiyini düşünrüsünüzsə belə, 
səmərəlilik baxımından mühüm olmayan ümumiləşdirici nəticələr 
çıxarmayın.
Ø
Heç bir vəchlə nitqi çətinliklə söylədiyinizi, yorulduğunuzu, yaxud bəzi 
anlarda özünüzü inamsız hiss etdiyinizi büruzə verməyin.
Ø
Nitqi başa çatdırdıqdan sonra iştirakçılara diqqətlərinə görə təşəkkür etməyi 
unutmayın. Heç bir zaman, hətta bu, çox cəlbedici olsa da, çıxışdan sonra 
sizə hər hansı formada təzim etməyə və yaxud susmayan alqışlarla yola 
salmağa yol verməyin.

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin