AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
146
1.
Nitqin
məzmun
istiqaməti fikirlərin zənginliyi, əhəmiyyətliliyi və
əsaslandırılmış olması ilə xarakterizə edilir.
2.
Nitqin
ifadəliliyi
onun emosional çalarlan ilə bağlıdır: nitq parlaq, obrazlı,
təsirli, yaxud quru, ölgün, tutqun ola bilər.
3.
Nitq fəaliyyətinin
sövqedici
istiqaməti onun insanların fikir, duyğu və
iradəsinə təsirindən ibarətdir. Nitqin dinləyicilər tərəfindən qavranılma
dərəcəsi onun məzmun, ifadəlilik və sövqedicilik isti qamətlərini əhatə edən
nitq mədəniyyətinin səviyyəsindən asılıdır.
İşgüzar ünsiyyətdə şifahi və yazılı
nitqin əsas göstəriciləri
sırasına aşağıdakıları
aid etmək mümkündür:
Ø
Lüğət tərkibini (dinləyiciləri təhqir edən (ədəbsiz) ifadələr, jarqon sözlər və
dialektizmlər istisna edilir);
Ø
Söz ehtiyatını(o nə qədər zəngin olarsa, nitq o qədər cəlbedici və ifadəli,
əlvan olur və dinləyiciləri az yorur, çox təsir edir, yadda qalır və cəlb edir);
Ø
Tələffüzü (Müasir Azərbaycan dilində norma Azərbaycan ədəbi dili hesab
edilir);
Ø
Qrammatikanı (işgüzar nitq qrammatikanın ümumi qaydalarına əməl
edilməsini, həmçinin bəzi spesifik xüsusiyyətlərin nəzərə alınmasını tələb
edir, məs., işgüzar nitqdə əsas yeri feillər yox, isimlər tutmalıdır);
Ø
Üslubiyyatı (yaxşı nitq üslubuna artıq sözlərə yol verilməməsi, düzgün söz
sırası, standart, çeynənmiş ifadələrdən çəkinmək kimi tələblər verilir).
İşgüzar ünsiyyət zamanı
sosial iş üzrə mütəxəssislər, sosial menecerlər, xidmət
sahəsində müxtəlif səviyyəli rəhbər vəzifə tutanlar
üçün mürəkkəb şifahi nitq
ünsiyyəti sistemində daha çətin olan-
şifahi monoloji nitqin
əsaslarına yiyələnmək
çox mühümdür. Məlumdur ki, idarəetmə sahəsində və işgüzar aləmdə daha böyük
uğurlar çox zaman öz peşə bilikləri ilə yanaşı həm də yaxşı danışmaq, insanları
inandırmaq, öz tərəfinə çəkmək, özünü və ideyalarını reklam etmək bacarığına
malik olan şəxslərin payına düşür.
Dostları ilə paylaş: