Microsoft Word yeni vəSAİT. docx


Tapşırıq. Aşağıdakı nümunə əsasında yazılı sorğu tərtib edin. Azərbaycan Respublikası Nazirlər  Kabinetinə  Sorğuçu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə99/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   95   96   97   98   99   100   101   102   ...   140
ADIAK-YENI VƏSAİT (1)

Tapşırıq.
Aşağıdakı nümunə əsasında yazılı sorğu tərtib edin.
Azərbaycan Respublikası Nazirlər 
Kabinetinə 
Sorğuçu:
Əliyev Əli Vəli oğlu
Ünvan:
Bakı şəhəri, Yasamal rayonu, 
Şəfaət Mehdiyev küçəsi, 142. 
Mobil:
+99450 1234567 
E-mail:
aliyevali@mail.ru 
İNFORMASİYA SORĞUSU 
Xahiş edirəm, ictimai informasiyalar kateqoriyasına aid olduğunu,qanunla 
açıq informasiyalar hesab edildiyini nəzərə alaraq “Ölkədə məktəbyaşlı sağlamlığı 
məhdud uşaqların sayı nə qədərdir? Həmin uşaqların nəçəsi təhsilə cəlb 
olunmuşdur? İnkuliziv təhsilə cəlb olunan uşaqlarla bağlı dərslik və kurrikulum 
varmı? Nazirlər Kobinetinin 2005-ci il 3 fevral tarixli 20 N0 qərarı ilə təstiq edilmiş 
Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiacı olan (sağlamlıq imkanları 
məhdud) uşaqların təhsilinin təşkili üzrə inkişaf proqramı (2005-2009) gözlənilən 
nəticəni nə dərəcədə yerinə yetirmişdir? İnkuliziv təhsilə cəlb olunan uşaqlar üçün
tədris plan və proqramları,dərsliklər və dərs vəsaitləri hazırlanmışdır?” dair 
informasiyaları İnformasiya Əldə Etmək haqqında qanunun müddəalarını rəhbər 
tutaraq,7 iş günü ərzində mənə verilməsini təmin edəsiniz. 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
141 
İnformasiya verilməsi üsulu: yazılı (məktubla yuxarıda göstərilən ünvana 
göndərməklə və ya elektron poçt vasitəsi ilə (yuxarıda qeyd olunan e-mailə):
İmza:_____________
Tarix: 
Tapşırıq.
 
Aşağıda verilmiş sorğu əsasında Bakı əhalisi hansı kitabları oxuyur? 
Sorğunun nəticələrini hesablayıb, müəlliminizə məlumat verin.
11-14 sentyabr 2020–ci il tarixlərində Bakı şəhərində aparılmış olan sorğunun
nəticələrini təqdim edirik. 
Sorğuda iştirak etmiş respondentlərin 47%-i son bir ildə bədii ədəbiyyat 
oxumadığını bildirib. Rəyi soruşulanların 15 %-i bədii əsərləri ayda bir dəfə, 13%-i 
isə ildə bir dəfə oxuduqlarını bildiriblər. 
63 % respondent son bir ildə qeyri ədəbiyyat oxumadığını bildirib. Hər gün 
mütaliə edənlər isə 14 % təşkil edir. 
17 % respondent hər gün dini mövzularda kitablar oxuyur. 57% respondent isə son 
bir ildə ümumiyyətlə dini ədəbiyyatla maraqlanmayıb. 
Sorğuda iştirak etmiş respondentlərin 31%-i detektiv janrda yazılan 
kitabları oxumağa üstünlük verir. Rəyi soruşulanların 24%-i məhəbbət, 22%-i isə 
tarixi romanları seçdiklərini bildiriblər. 
Xarici ədəbiyyat sevənlər rus (63%), ingilis (23%), türk (7%), ərəb (5%) və 
ispan (1%) müəlliflərinin əsərlərini oxumağa üstünlük verirlər. 
Əcnəbi əsərlərin azərbaycan dilinə tərcüməsindən razı qalanlar sorğuda 31% 
səs toplayıb. Narazılar isə 16%-ə bərabərdir. 
Əsərləri elektron formatda oxuyanlar sorğuda 36% nəticə göstərib. Bu 
göstəricinin 51%-ni 18-34 yaş aralığında olan oxucular təşkil edib. Mütaliənin 
ənənəvi formasına – kitablara sadiq qalanlar isə 83% təşkil edib. 
Sorğu 
11-14 
sentyabr 
tarixləri 
arasında 
Bakı 
şəhərində 400 
respondent arasında həyata keçirilib. 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin