Microsoft Word yeni vəSAİT. docx


İşgüzar e-mail və digər daxili elektron yazışmalar; sosial şəbəkələrdən



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə102/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   98   99   100   101   102   103   104   105   ...   140
ADIAK-YENI VƏSAİT (1)

İşgüzar e-mail və digər daxili elektron yazışmalar; sosial şəbəkələrdən 
istifadə qaydaları və bu sahədə diqqət edilməsi lazım olan məqamlara aid 
tapşırıqlar və nümunələr üzərində praktik işlər. 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
147 
Tapşırıq.
 
Suallara cavab verin.
 
1.
Biznesdə sahəsində işgüzar ünsiyyət mədəniyyəti deyəndə nə nəzərdə 
tutulur? 
2.
Biznes sahəsində kommunikasiya mədəniyyətinin yüksək səviyyəsi adamda 
hansı şəxsi keyfiyyətlərin mövcudluğu ilə müəyyənləşir?
3.
Biznes sahəsində ünsiyyət mədəniyyətinin səviyyəsinin yüksəldilməsi hansı 
sosial-psixoloji bacarıqların inkişafına yönəldilməlidir? 
4.
Ünsiyyətin idarə edilməsinin hansı sosial-psixoloji metodları mövcuddur?
5.
Nitq fəaliyyətinə, daha dəqiqi, şifahi və yazılı nitq mədəniyyətinə aid olan 
bilik, bacarıq və vərdişlər kommunikasiya sahəsində hansı əhəmiyyətə 
malikdir? 
Tapşırıq. 
Sosial şəbəkələrdə ünsiyyət üslubuna təsir göstərən amillərə 
diqqət edin. Müxtəlif idarə və təşkilatların sosial şəbəkələrdəki səhifələrini və 
paylaşımlarını nəzərdən keçirin. Unutmayın ki, işgüzar ünsiyyətin bir neçə 
növü 
mövcuddur: 
ü
Mentorçu - öyrədici, nəsihətamiz; 
ü
Ruhlandırıcı - insanları ruhən yüksəldən, onlara öz mənəvi qüvvələrinə və 
şəxsi keyfiyyətlərinə inam aşılayan; 
ü
Qarşıdurma yaradan- insanlarda etiraz etmək, razılaşmamaq arzusu doğuran; 
ü
İnformasiya verən- izləyicilərə müəyyən məlumatların verilməsinə, onların 
yaddaşında hansısa biliklərin bərpa edilməsinə yönəldilən.
Ünsiyyət üslubuna təsir göstərən 
amillər

1.
Auditoriyanın(sizin dostluğunuzda olan insanların) tərkibi. Burada onun 
mədəni-təhsil, milli, yaş, psixoloji və peşəkarlıq keyfiyyətlərini 
səciyyələndirən hər bir məsələnin nəzərə alınması vacibdir. Müxtəlif 
auditoriyalar yaxşı kommunikasiya təsirinin əldə edilməsi üçün xüsusi 
yanaşma tələb edir. 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
148 
2.
Paylaşılan materialının məzmunu və xarakteri. Məsələn, peşəkar fəaliyyətin 
aktual məsələlərinin işıqlandırıldığı paylaşımda avtoritar intonasiya, sərt 
mülahizələr yolverilməzdir. İnsanlara daha çox inam nümayiş etdirmək, bu 
prosesində onlarla məsləhətləşmək lazımdır. Bu zaman dostyana şəkildə 
fikir mübadiləsi, biliklərinizi qarşılıqlı surətdə zənginləşdirmək arzusunun 
açıq göstərilməsi kommunikativ ünsiyyətin etibarli variantıdır. 
3.
Paylaşım edənin öz şəxsi-işgüzar keyfiyyətlərini, insanlara şərh etmək 
istədiyi problemlərə peşəkar bələdliyini obyektiv şəkildə qiymətləndirməsi. 
Elmi-iqtisadi və əməli hazırlığını qiymətləndirərkən nə çox yüksəyə 
qalxmaq, nə də olduqca aşağı enmək lazımdır. Şəxsi kommunikasiya 
keyfiyyətlərini tənqidi şəkildə qiymətləndirmək lazımdır. Paylaşım edən 
ünsiyyət texnikası üzərində ciddi düşünməli, ünsiyyət prosesində özünü 
nəzarətdə saxlamalıdır.

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin