AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
136
mümkün olmadıqda isə
24
saatdan gec olmayaraq cavab verilməlidir. İnsan həyatı,
sağlamlığı, yaxud şəxsin azadlığı üçün real təhlükə yarandığı hallarda isə axtarılması
və hazırlanması müəyyən vaxt tələb edən informasiya 48 saat ərzində (istirahət,
səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna
olmaqla) təqdim edilir. Əgər sorğu natamam və ya qeyri-dəqiq tərtib olunubsa,
vəzifəli şəxs müəyyən edilmiş çatışmazlıqlar barədə sorğuçuya 5 iş günü ərzində
məlumat verir. Sorğuçu informasiya ilə tanış olduqda əllə üzünü köçürdükdə və ya
öz texniki imkanlarından istifadə edərək surətini çıxardıqda, habelə texniki kömək
göstərilməyən digər hallarda informasiyanın əldə olunmasına görə haqq ödəmir.
İctimai informasiyaların əldə edilməsinə görə ödəniş tələb olunmur. İnformasiya
xidməti üçün haqq alına bilər, bu şərtlə ki, ödəniş məbləği informasiyanın
hazırlanması və təqdim edilməsi üçün çəkilən xərcdən artıq olmasın. Sorğuçu
sorğunun icrasından imtina edilməsi, yaxud lazımınca icra olunmaması
barədə məhkəməyə və ya Azərbaycan Respublikasının İnsan hüquqları üzrə
müvəkkilinə (Ombudsmana) şikayət etmək hüququna malikdir. İnformasiya
sorğusunu icra edən informasiya sahibi sorğuçunun bu hüququnu ona izah edir və
təqdim edilən cavabda (məlumatda) qeyd edir. Keçirildiyi formaya görə sorğu şifahi
və yazılı ola bilər; birinci halda respondentin cavabları tədqiqatçı tərəfindən, ikinci
halda isə respondentin özü tərəfindən qeydə alınır. Rəyi soruşulanla ünsiyyət
üsulundan asılı olaraq tədqiqatçı ilə respondent arasında bilavasitə ünsiyyətin baş
verdiyi əyani sorğu və bu cür ünsiyyətin olmadığı qiyabi sorğu mövcuddur. Şifahi,
əyani sorğu müsahibə adlanır. Yazılı və qiyabi sorğular isə anket sorğuları adlanır.
Dostları ilə paylaş: