AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
164
kütləvi istehsalın artdığı 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərində inkişaf
etmişdir.
Ticarət məqsədli
reklamverənlər öz məhsul və ya xidmətlərinin istehlakını
məhsulun təsvirini və ya adını özündə ehtiva etməklə istehlakçının yaddaşında
məhsulun müvafiq xüsusiyyətləri ilə brend arasında
əlaqə yaratmağa yönəldilmiş
brendləşdirmə yolu ilə artırmağa çalışırlar. Reklam məlumatları ənənəvi qəzet,
jurnal, radio, televiziya, bilbord kimi vasitələr də daxil
olmaqla bir çox müxtəlif
informasiya vasitələri ilə çatdırıla bilər. Reklam şirkət və ya təşkilat adından reklam
agentliyi tərəfindən də yerləşdirilə bilər. Reklama vəsait xərcləyən müxtəlif
təşkilatlar yalnız istehlakçılar üçün nəzərdə tutulan mal və ya xidmətləri deyil həm
də siyasi partiyaları, dini təşkilatları və dövlət agentliklərini də təbliğ edə bilərlər.
Reklam xərcləri son illərdə artmaqdadır. 2007-ci ildə reklam xərcləri ABŞ-da 150
milyon dünya miqyasında isə 385 milyon dollar olaraq hesablanmışdır və
sonuncunun 2010-cu ildə 450 milyonu aşacağı gözlənilir. Hazırda bir çox insanlar
daha ucuz, lakin eyni zamanda daha effektli reklam metodları axtarmaqdadır.
Qədim Misirdə papiruslardan satışla bağlı məlumatlar və divar afişaları
hazırlamaq üçün istifadə edirdilər. Kommersiya və siyasi təşviqat xarakterli
məlumatlara qədim Pompey şəhərinin dağıntıları arasında rast gəlinmişdir.
Günümüzədək Asiya, Afrika və Cənubi Amerikanın bir çox hissələrində rast gəlinən
divar və qaya üzərindəki ticari reklam xarakterli rəsmlər qədim reklam formalarının
başqa bir ifadə formasıdır. Divar rəngləmə ənənəsinin tarixi isə eradan 4000 il əvvəl
Hindistanda daş rəngləmə sənətinə dayandığı güman edilir. Tarixi mənbələrə əsasən
bilbordlar ən qədim reklam formalarından olmuşdur.
Orta əsrlərdə şəhərlərin
böyüməyə başlaması ilə əhalinin böyük bir hissəsi oxuma bilmədiyindən insanlar öz
ticarətləriylə əlaqəli bugün çəkməçi, dəyirmançı, dərzi və dəmirçini təmsil edə
biləcək ayaqqabı, kostyum, papaq, saat, brilliant, nal, şam və hətta un torbası kimi
simvollardan istifadə edirdilər. Meyvə və tərəvəz adətən şəhər meydanlarında
arabaların arxasında və ya furqonlarda satılırdı və satıcılar alıcıların rahatlığı üçün
onların harda olduqlarını elan edən küçə carçılarından istifadə edirdilər.
Təhsilin aşkar bir ehtiyaca çevrilməsi oxuma və çapın da inkişafı ilə reklam
yazılı formada genişlənməyə başladı. 17-ci əsrdə İngiltərədə həftəlik qəzetlərdə artıq
reklama rast gəlinirdi. İlk çap reklamı nümunələri əsasən çap maşınındakı
irəliləyişlərlə əlaqəli inkişafına zəmin yaranan kitab
və qəzetlərə və xəstəlik
Avropanı talan etdikdən sonra axtarılan dərmanlara həsr olunmuşdu. Bununla bele
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
165
reklam məzmununun tənzimlənməsi ehtiyacını yaradan saxta reklamlar problemə
çevrilmişdi.
19-cu əsrdə iqtisadiyyatın inkişafı ilə yanaşı reklam da inkişaf edirdi. ABŞ-
da bu məzmunda reklamın uğuru nəticədə poçtla sifariş reklamının inkişafına gətirib
çıxardı.
1836-cı ilin iyununda Fransanın La Presse qəzeti öz səhifələrində pullu
reklama yer ayıran ilk qəzet olaraq xərclərini aşağı salaraq oxucu sayını və
mənfəətliyini yuxarı qaldırdı.
20-ci illərin əvvəllərində radio avadanlıqları istehsalçıları və daha çox radio
satmaq üçün istehlakçılara proqramlar təklif edən pərakəndə satıcılar tərəfindən ilk
radio stansiyalar quruldu. Vaxt keçdikcə bir çox qeyri-kommersiya təşkilatları öz
radio stansiyalarını açdılar. Sponsorlaşdırma təcrübəsi populyarlaşdırıldıqdan sonra
hər bir radio proqramı proqramın əvvəlində və sonunda adı
çəkilməklə müxtəlif
şirkətlər tərəfindən sponsorlaşdırılmağa başlanıldı. Bununla belə, radio stansiyası
sahibləri tezliklə hər proqram üçün bir sponsor yerinə radio verilişlərində sponsorluq
hüquqlarının çoxsaylı şirkətlərə kiçik vaxt ayırmaqla satılması ilə daha çox pul
qazanmağın mümkün olduğunu başa düşdülər.
50-ci illərin əvvəllərində DuMont Televiziya Şəbəkəsi müasir bir ənənə olan
reklam vaxtını bir neçə sponsora satmaq üsulunu başlatdı. Daha əvvəllər DuMont
proqramlar üçün sponsor tapmaqda çətinlik çəkirdi lakin
kiçik vaxt kəsiklərini
müxtəlif sponsorlara ayırmaqla o öz vəziyyətini yaxşılaşdırdı. Nəticə olaraq bu
ABŞ-da kommersiya məqsədli televiziya sənayesində ümumi təcrübəyə çevrildi.
Bununla belə The United States Steel Hour kimi tək sponsoru olan proqramlar da
hələ də qalmaqdadır. Bəzi hallarda sponsorlar proqram üzərində böyük nəzarətə
sahib olurlar və bu hətta onun məzmununun hazırlanmasına qədər gələ bilir.
60-cı illərdə yaradıcılığa daha çox imkan verməklə istehlakçıya daha cazib
gələ biləcək gözlənilməz ismarıcların istifadə olunduğu müasir reklam yanaşması
ortaya çıxdı. Volkswagenin reklam kampaniyasında istifadə olunan "Kiçik
Düşünün" və "Limon"(maşının görünüşünü təsvir etmək üçün istifadə olunmuşdu)
kimi başlıqlar oxucu və ya izləyən şəxsin yaddaşında hər hansı bir xüsusi ideyanı
brendlə əlaqələndirmək üçün nəzərdə tutulan "nəzər nöqtəsi" və "unikal satış
mühakiməsi"ni irəli çəkməklə yeni reklam erası tarixinə daxil oldu.
ABŞ reklam
tarixində bu dövr Yaradıcı İnqilab adlanır və digərləri arasında inqilabi sayılan
Volkswagen reklam kampaniyasının yaradılmasına kömək edən William Bernbach
AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
166
bu dövrün nümunələrindən idi. Ən yaradıcı və qalıcı amerika reklamlarının bir çoxu
məhz bu dövrə aiddir.
Dostları ilə paylaş: