AzTU
“Humanitar fənlər” kafedrası
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
170
arqument irəli sürürsünüzsə, fikrinizi mövzu üzrə yazı nəşr etdirmiş bir və ya bir
neçə müəllifin mövqeyi ilə əlaqələndirərək əsaslandırmanız gözlənilir. Əslində,
digər müəlliflərin işlərindən sitat gətirmək akademik yazının əsas şərtlərindən
biridir, çünki bu, sizin mövzu ilə əlaqədar ədəbiyyatı oxuduğunuzu, ideyaları
anladığınızı, bu ideyalar və digər müxtəlif perspektivlərdən öz yazı işinizdə istifadə
etdiyinizi göstərir.
Üçüncüsü, akdemik yazıda siz hər zaman orfoqrafiya
qaydalarına, punktuasiyaya və qrammatik standartlara əməl etməlisiniz. Çünki
dostunuzdan fərqli olaraq, oxucunuz böyük ehtimal ki, sizdən fərqli bir şəxsdir və
sizin nəyə işarə etdiyinizi heç də hər zaman bilməyə bilər. Bu səbəbdən də,
fikirlərinizi yazıda aydın ifadə etməniz çox önəmlidir.
Düşüncənin ifadə
olunmasında fikir aydınlığını qoruyub saxlamaq və ikimənalılıqdan uzaq olmaq
üçün punktuasiya, eyni zamanda qrammatik qaydalar akademik yazıda böyük önəm
daşıyır. Ənənəvi olaraq, akademik mövzular konkret və fiziki forması olmayan ideya
və anlayışlar kimi mücərrəd məfhumlara əsaslanmışdır. Bir sıra akademik
mövzuların mücərrəd strukturuna baxmayaraq, siz
yenə də konkret sözlərdən
istifadə etməklə, mücərrəd ideyaları və onlar arasındakı münasibətləri izah edə
bilərsiniz. Adətən, akademik yazı sizdən mücərrəd ifadələri və onların
komponentlərini, onların digər mücərrəd ifadələrlə əlaqəsini aydın təsvir etməyi
tələb edir. Bəhs etdiyimiz bu giriş bölməsini yekunlaşdıraraq qeyd edirik ki,
akademik yazı öz qayda və təcrübələrini diqtə edən xüsusi bir yazı janrıdır. Yazı
işləri sizi daha fəal öyrənməyə təşviq edir. Onlar sizin bilik və anlayışınızı, o
cümlədən mühakimə etmək və akademik şəkildə yazmaq bacarığınızı oxucunuza
nümayiş etdirmək üçün bir vasitədir. Lakin Akademik yazı işləri son dəqiqədə icra
edilməli tapşırıqlar deyil. Onlar düşünmə və planlaşdırma tələb edir.
Onlar sizə
əsasən, ədəbiyyata əsaslanaraq və ondan istiqamət götürərək, öz rəylərinizi
formalaşdırmağa imkan verir. Onlar həmçinin, sizdən öz fikirlərinizi aydın şəkildə
təqdim edə biləcəyiniz arqumentlərə çevirməyi tələb edir.
Eyni zamanda, onlar
sizdən cümlələrinizin mümkün qədər aydın yazıldığına əmin olmağınızı tələb edir,
çünki yazı dili asanlıqla yanlış anlaşılmaya səbəb ola bilir. Nəhayət, yazı işləri sizə
düşünmə, yazma və qiymətləndirmə bacarıqlarınızı gücləndirmək imkanı yaradır.
Dostları ilə paylaş: