Microsoft Word yeni vəSAİT. docx



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə17/140
tarix26.12.2023
ölçüsü4,8 Kb.
#198452
1   ...   13   14   15   16   17   18   19   20   ...   140
ADIAK-YENI VƏSAİT (1)

Mövzu: 4. 
 
1.
 
İşgüzar üslubda özünütəsdiq təqdimatı.
2.
 
İşgüzar üslubda özünütəsdiq təqdimatı üzrə nümunələr və kommunikativ 
məzmunlu sual və tapşırıqlar üzərində praktik işlər. 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
22 
İşgüzar ünsiyyət elə bir ünsiyyət növüdür ki, bu zaman qarşılıqlı əlaqələrin məqsədi 
hansısa sövdənin gerçəkləşməsi, mövcud problemin həlli, yeni əməkdaşlığın 
qurulması və s. ola bilər. Ünsiyyətin tərəfləri qismində isə həmkarlar, müdir və 
tabeçilikdə olan şəxslər, tərəfdaşlar və s. çıxış edir. Burada tərəflərin hər birinin 
statusu müəyyən olunur. Hər şeydən əvvəl, şəxs öz işgüzar sahəsindən olan sanballı 
peşəkarların simpatiyasını qazanmalı və həmin insanlarla kontakta girməyi 
bacarmalıdır. Yeni başlayan əksər işgüzarların uğuru düzgün tərəfdaş seçimindən 
asılı olur. Məşhur bir peşəkar ilə əməkdaşlıq yeni başlayan tərəf üçün arzuolunan 
nəticənin əldə edilməsini asanlaşdırır. Başqa sözlə, işgüzar ünsiyyət prosesində biz 
könüllü və ya ixtiyari olaraq özümüzü təqdim etməyi həyata keçiririk. İşgüzar 
ünsiyyətdə öz şəxsiyyətimizin nümayişi bizə ən yaxşı şəkildə reklam etməyə imkan 
verən bir prosesdir. Danışığımız, hərəkətimiz, nitqimiz, davranışımız, insanlara və 
ətrafdakılara münasibətimiz bizim reklamımızdır. Uğurlu iş adamı ətrafdakılar 
tərəfindən etimad qazanmalıdır. O, iş praktikasında etimada bir qabiliyyəti kimi 
xüsusi diqqət yetirməlidir. 
İlk təəssüratın aldadıcı olub olmamasına baxmayaraq, iş adamı məhz ilk andan iş 
yoldaşını məmnun etmək üçün hər şeyi etməlidir. İşgüzar ünsiyyətdə iştirak edən 
tərəfdaş üçün müsbət və nüfuzlu bir imic formalaşdırmaq üçün özünü nitqin köməyi 
ilə təqdim etməlidir (effektiv nitq təqdimatı həyata keçirməlidir). O cümlədən, nitqin 
köməyi ilə formalaşan imicimiz başqalarına göstərdiyimiz portretimizdir. Bu, 
əleyhimizə deyil, bizim üçün çalışmalıdır, ən yaxşı keyfiyyətləri həqiqətdə 
göstərməlidir və eyni zamanda sadə və səmimi olmalıdır. Nitqin özünü təqdim 
etməsinin nəticəsi iş adamının şifahi təsviridir. Nitqlə bağlı problemlər varsa (hamı 
nitqdə düşüncələrini açıq və aydın ifadə edə bilmir), onda “Danışmaq gümüşdür, 
susmaq qızıldır” deyimi burada məqsədəuyğundur. Bir sıra hallarda sükut
həqiqətən, nitqdən üstündür. 
Şifahi monoloqda tez-tez istifadə olunan dörd üsul var. Bu üsullardan bəziləri başqa 
bir vəziyyətdə dialoqa girmək lazım olduqda tətbiq olunur: 
ü
insanlarla danışmaq, nəinki danışmaq; 
ü
həmsöhbətlərin şəxsi maraqlarını nəzərə almaq; 
ü
həmsöhbətlə danışarkən gülümsəməyə başlamağı unutmamaq; 
ü
bəzi sosial tabuları (müəyyən mövzularda əsaslandırılmış və ya arxaik 
qadağaları) aradan qaldırmaq. 


AzTU 
“Humanitar fənlər” kafedrası 
 
 
Azərbaycan dilində işgüzar və akademik kommunikasiya 
 
23 

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin