10. Kimyəvi amillərin mikroorqanizmlərə təsiri
Bunlara mühitin tərkibi və reaksiyası, oksidləşmə-reduksiya reaksiyası aiddir. 1) Mühit reaksiyası mikroorqanizmlərin həyat fəaliyyətinə təsir edən mühüm kimyəvi amil hesab olunur. pH kəmiyyəti neytral mühit üçün 7,0; turş mühit üçün 0-6,0 və qələvi mühit üçün 8,0-14,0 bərabərdir. Mikroorqanizmlərin mühit reaksiyasına münasibəti çox müxtəlifdir. Əgər bəziləri pH kəmiyyətinin geniş həddində inkişaf edirsə, digər mikroorqanizmlərin inkişafı üçün isə pH dəyişməsi az həddə olur. Bir çox kif və maya göbələkləri üçün pH 3,0-6,0, əksər bakteriyalar üçün isə pH7,0-7,5 əlverişlidir. Özləri turşu yaradan bakteriyalar (sirkə turşusu, süd turşusu, limon turşusu və yağ turşusu)istisna təşkil edir. Kəskin turş mühit bakteriyalara məhvedici təsir göstərir. oksigenə olan münasibətlərinə görə mikroorqanizmləri 4 qrupa bölürlər: obliqat və ya ciddi aeroblar, obliqat anaeroblar, fakültativ və ya şərti anaeroblar və mikro aerofillər. Fakültativ anaeroblar obliqat aeroblarla anaeroblar arasında keçid təşkil edirlər. Bunlar həm oksigenli, həm də oksigensiz mühitdə yaşama qabiliyyətinə malikdirlər. Məsələn, stafilokokklar, streptokokklar bu qrupa aiddir. Mikroorqanizmlər öz həyat fəaliyyətində inkişaf etdikləri qidalı mühitlə sıx əlaqədar olur. Ona görə də ilk növbədə qidalı mühitin tərkibinin təsiri nəzərə alınmalıdır. Müəyyən olunmuşdur ki, qidalı mühiti mikrob hüceyrəsini qıcıqlandırır və bunun nəticəsində hüceyrədə mühitə qarşı müəyyən hərəkət –xemotaksis əmələ gəlir. Bəzən hüceyrələr bir qidaya meyilli olduğu halda digərindən uzaqlaşır. Mikroorqanizmlərin qidalı mühit tərəfindən cəlb olunmasına müsbət xemotaksis, mühitdən uzaqlaşmasına mənfi xemotaksis deyilir. Müxtəlif təbiətli kimyəvi maddələr mikroorqanizmlərə təsir etdikdə 3 effekt nəzərə çarpır: stimuləedici, bakteriostatik və bakteriosid. Kimyəvi birləşmələr ola bilsin ki, mikroorqanizmlər üçün faydalı olub, qida maddəsi kimi istifadə olunsun bu stimuləedici effekt verir. Həmin orqanizm böyüyüb çoxalır. Bakteriyaları tələf edən hər hansı birləşmə əlverişsiz – antimikrob xassəli bakteriosid təsirli olur, onlara məhvedici və öldürücü təsir edir. Bəzi maddələr isə mikroorqanizmlər bakteriostatik təsir göstərir. Müəyyən müddət ərzində onların çoxalmasının və inkişafının qarşısını alır.
Dostları ilə paylaş: |