13. Bakteriyaların çoxalması
Bakteriyalar əlverişli şəraitdə çoxalır və çoxalmaları əsasən sadə yolla hüceyrənin ikiyə bölünməsi yolu ilə olur. Adətən bakteriyalar 15-30 dəqiqədən bir bölünür. Bölünmə zamanı əmələ gələn arakəsmə tədricən hüceyrəni 2 hissəyə bölür. Bakteriya bölünməzdən əvvəl onun hüceyrəsində böyük dəyişikliklər baş verir. Əvvəlcə hüceyrənin protoplastında nukleoproteidlər və ehtiyat qida maddələri çoxalır. Bölünmədən əvvəl bakterial xromosomun DNT-sinin replikasiyası (ikiləşməsi) baş verir. DNT-nin replikasiyasından sonra hüceyrənin bölünməsi başlayır. Əvvəlcə 2 qatlı sitoplazmatik membran sintez olunur, sonradan hüceyrənin daxili divarında iki çıxıntı törəyir və bunlar sürətlə inkişaf edərək halqa formasında hüceyrəni ikiyə bölən ikiqatlı arakəsmə əmələ gətirir və protoplast iki hissəyə bölünür, bu hissələr bir-birindən protoplazmatik membran ilə ayrılır. Bundan sonra yeni əmələ gəlmiş hüceyrələrin arasında hüceyrə divarı əmələ gəlir və nəticədə iki cavan hüceyrələr bir-birindən ayrılır. Əgər əmələ gəlmiş cavan hüceyrələr morfoloji oxşardırsa, belə bölünməyə izomorf, bir-birindən fərqli hüceyrələr əmələ gələrsə buna heteromorf bülünmə deyilir. Son zamanlar alimlər bəzi bakteriyaların maya göbələyində olduğu kimi tumurcuqlanma ilə gedən çoxalmanın olduğunu da qeyd edirlər. Aktinomisetlər qeyri-cinsi partenogenez yolla əmələ gələn sporlarla çoxalırlar. Bakteriyalarda sadə yolla gedən cinsi çoxalma da müəyyən edilmişdir. Bakteriyalar təzə qidalı mühitə daxil edildikdə onlar qidalı maddələri minimuma endirənə qədər çoxalır. Sonra isə çoxalma dayanır. Əgər çoxalma prosesinin gedişində mühitə əlavə qidala maddələr daxil edilməzsə və əmələ gələn ifrazat məhsulları mühitdən ayrılmazsa, buradakı kultura statik və ya dövrü kultura adlanır. Belə kultural papulyasiyalarda çoxalma s formalı çoxalma əyrisi üzrə 4 fazada gedir: embrional inkişaf və ya laq faza, intensiv loqarifmik və ya eksponensial faza, stasionar çoxalma və tələf olma fazaları. I faza embrional inkişaf fazası ( böyünmənin dayanması)dövründə hüceyrələrdə fermentlər, nuklein turşuları və zülallar sintez olunur. Bu dövrdə hüceyrələr bölünmür, lakin mühitə uyğunlaşır. Onlar morfoloji və fizioloji dəyişkənliyə uğrayır, ölçüsü böyüyür və hüceyrələr bu dövrdə xarici mühit amillərinə qarşı çox həssas olurlar. II faza loqarifmik və ya eksponensial faza. Bu dövrdə hüceyrələr kifayət qədər qidalı maddələrlə təmin olunmuş, mühitdə isə hələlik maddələr mübadiləsinin zərərli məhsulları toplanmışdır. Ona görə də bu fazada
hüceyrənin çoxalması hər növün özünə məxsus müddətdə eyni maksimal sürətlə həndəsi proseslə gedir, Qidalı maddələr sürətlə istifadə olunur. Lazımsız metabolizm məhsulları toplanır, çoxalmanın zəifləməsi gedir. Bəzi hüceyrələr bölünmədən qalır, hətta tək-tək tələf olan hüceyrələr də müşahidə olunur. III faza stasionar çoxalma fazası - Bu zaman qidalı maddələrin sərf olunub azalması və ifrazat məhsullarının əmələ gəlməsi hüceyrələrin bölünməsinə mənfi təsir göstərir. Ona görədə bu fazada çoxalan hüceyrələrlə tələf olan hüceyrələrin miqdarı nisbi bərabər olur. IV faza tələf olma fazası – Burada tələf olan hüceyrələrin miqdarı bölünən hüceyrələrdən artıq olur. Ona görə də bu dövrə tələf olmanın laqorifmik fazası deyilir.
Dostları ilə paylaş: |