16. Mikroorqanizmlərin tənəffüs prosesi
Mikrobların tənəffüsü dedikdə, bakteriya hüceyrələrində mürəkkəb üzvi maddələrin sadə maddələrə parçalanmasını, yəni dissimilyasiyanı başa düşürük. Bu vaxt enerji əmələ gəlir ki, onu mikroblar özlərinin müxtəlif fəaliyyəti üçün istifadə edirlər. Bütün bakteriyalar tənəffüs tipinə görə obliqat aeroblar, mikroaerofillər, fakulatativ anaeroblar və obliqat anaeroblara bölünürlər. Obliqat aeroblar - atmosferdə 20%-ə qədər oksigen olduqda normal yaşaya bilir. Bura Vərəm mikobakteriyaları, göy-yaşıl irin çöpləri və s. Obliqat aeroblara aiddir. Mikroaerofillər öz inkişafı üçün nisbətən az oksigen tələb edir (5 – 10%). Molekulyar oksigen çox olduqda bunlar tələf olmasa da inkişafdan qalır. Məs: aktinomisetlər və s. Fakultativ anaeroblar - həm molekulyar oksigenli və həm də oksigensiz şəraitdə çoxala bilir. Obliqat anaeroblar - molekulyar oksigensiz şəraitdə normal inkişaf edirlər. Bunlar oksigeni istifadə etdikləri qidalı mühitlərin parçalanmsı nəticəsində alırlar. Bunlara ,süd turşusu bakteriyaları misaldır. Beləliklə, mikroblarda maddələr mübadiləsi zamanı daima hüceyrənin qidalanmasını və tənəffüsünü təmin edən müxtəlif maddələrin parçalanması və sintezi prosesi gedir. Belə müxtəlif biokimyəvi proseslərin həyata keçməsini mikrob bədənində çoxlu miqdarda olan fermentlər həyata keçirirlər.
Dostları ilə paylaş: |