15. Mikroorqanizmlərin qidalanma tipləri
Mikroorqanizmlər qida kimi müxtəlif maddələrdən istifadə edirlər. Onların tərkibinə həm orqanogen maddələr, yəni üzvi maddələrin tərkibinə daxil olan maddələr (oksigen, hidrogen, karbon və azot), həm də mineral maddələr (kükürd, fosfor, kalium, kalsium, maqnezium, dəmir) daxildirlər. Bundan əlavə mikroorqanizmlərin normal inkişafı üçün təbi suda və mineral qatlarda olan cüzi miqdarda mikroelementlər də tələb olunur (sink, bor, kobalt və marqansovka). Mikroorqanizmlər oksigen və hidrogeni su və üzvi birləşmələrdən alırlar. Bəzi bakteriyalar havanın sərbəst oksigenini də mənimsəyirlər. Karbondan istifadə mənbəyinə görə mikroorqanizmlər autotrof (avtos-özü, trofe -qidalanma) və heterotrof (heteros - başqqası) qruplara bölünürlər. Autotrof mikroorqanizmlər karbonun üzvi maddələrə çevrilməsində zəruri olan enerjidən istifadə etmələrinə görə 2 qrupa ayrılırlar: 1. Günəş enerjisindən istifadə edənlər- fototroflar və ya fotosintezedicilər. 2. Kimyəvi reaksiyada əmələ gələn enerjidən istifadə edənlər- xemotroflar və ya xemosintezedicilər. Karbonun reduksiyasında hidrogen daşıyıcısı kimi üzvi və mineral maddələrdən istifadə oluna bilər. Bunlara görə də mikroorqanizmlər 2 qrupa: orqanotroflara- üzvi maddələri mənimsəyənlərə və litotroflara mineral maddələrdən istifadə edənlərə bölünürlər. Fototrof bakteriyalar karbon qazını mənimsəmələrinə görə yaşıl bitkiləri xatırladırlar. Bu bakteriyaları 3 qrupa bölünmüşdür. 1. Kükürd mənimsəyən qırmızı rəngli bakteriylar (Athiorhodaceae) 2. Kükürd mənimsəyən purpur bakteriyalar (Thiorhodaceae) 3. Kükürd mənimsəyən yaşıl bakteriyalar (Chlorobiaceae). Xemotrof mikroorqanizmlər fototroflara nisbətən daha geniş yayılmışdır. Bu prosesdə mikroorqanizmlər CO2-ni mənimsəyərkən günəş enerjisindən deyil, üzvi maddələrin oksidləşmə-reduksiya prosesində əmələ gələn enerjidən və qeyri-üzvi maddələrdən istifadə edir. Ona görə də belə orqanizmlərə xemotroflar deyilir. Xemotroflar 2 qrupa ayrılırlar : 1. Xemolitotroflar - enerjini qeyri üzvi maddələrdən, məs: NH3, NO2, CO, Fe+2, H2, H2S və kükürdün digər tam oksidləşmiş birləşmələrindən alırlar. 2. Xemoorqanotroflar - enerjini üzvi maddələrdən alırlar. Bura bakteriyaların əksəriyyəti daxildir. 3. Xemotrof xemosintez prosesi rus alimi Vinoqradski tərəfindən 1887-ci ildə rəngsiz kükürd mənimsəyən və nitritləşdirici bakteriyalarda öyrənilmişdir. Mühit şəraitində asılı olaraq bəzən öz autotrof qidalanmasını heterotrofla əvəz edən mikroblar da vardır ki, bunlara fakultativ xemo autotroflar adı verilir. Həm autotrof qidalanmada CO2-dən, həm də heterotrof qidalanmada üzvi maddələrdən istifadə edən mikroorqanizmlərə miksotroflar deyilir.
Dostları ilə paylaş: |